Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə155/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   151   152   153   154   155   156   157   158   ...   216

 

Şəkil 24.2. Pestisidlərin ətraf mühitdə sirkulyasiyası (N.N.Melnikov, 1977) 

Pestisidlər  təbiətə  də  ciddi  təsir  göstərir.Adətən  istifadə  olunan 

pestisidlərin  yalnız  bir  faizindən  istənilən  məqsəd  əldə  etmək  olur,  qalan 

99%-i ətraf mühitə düşərək torpağı, havanı çirkləndirir, biotanı zəhərləyərək 

çox  vaxt  gözlənilməz  nəticələr  verir.  Torpağın  münbitliyində  torpaq  biotası 

böyük  rol  oynayır.  Zərərvericiləri  pestisidlərlə  məhv  edərkən  torpaq 

orqanizmlərinin,  o  cümlədən  torpaq  soğulcanlarmm  sayını  azaldır.  Bununla 

əlaqədar qara torpaqlarda torpaq soğulcanlarmm miqdarı on və yüz dəfələrlə 

azalıb.  Müxtəlif  pestisidlər  landşafta  və  onun  komponentlərinə  mənfi  təsir 

göstərir. Pestisidlərlə daha çox zərər çəkən heyvan qrupları çoxa doğru sıra ilə 

aşağıdakı 

kimidir: 

onurğasızlar, 

balıqlar, 

quşlar, 


məməlilər, 

mikroorqanizmlər. 

Ətraf  mühitə  düşən  pestisid  bioakkumulyasiya  prosesinə  qoşulur,  bu 

zaman pestisid qida zənciri ilə hərəkət etdikcə onun konsentrasiyası dəfələrlə 

(yüz min dəfəyə qədər) arta bilər. 

Xlorüzvi  pestisidlərin  Sağlamlığa  təsiri.  Bu  qrupa  aldirin,  heptaxlor, 

heksaxlor-benzol və DDT daxildir. 

DDT. Xlorüzvi pestisidlər arasında insanın sağlamlığı və ekosistem üçün 

ən  təhlükəlisi  DDT-in  kütləvi  istifadəsi  hesab  olunur.  DDT  xlorüzvi 

pestisidləri və onun çevrilmələri (DDE və DDD) aromatik birləşmələr 

480 



 

Şəkil 24.1. Yüksək miqdar nitratlar və onların törəmələrinin insan 

orqanizminə təsirinin mümkün effektləri (İlnitski, 1991) 

24.2.4.

 

Pestisidlər və onların qalıq miqdarı 

Pestisidlərin  ətraf  mühitə  və  sağlamlığa  təsiri.  Kənd  təsərrüfatı 

zərərvericiləri ilə, həşərat, gəmiricilər, göbələk, alaq otları ilə əsas mübarizə 

istiqamətlərindən  biri  pestisidlər  adlanan  kimyəvi  maddələrdən  istifadə 

etməkdir. Pestisidlər aşağıdakı əsas siniflərə bölünür: akarisidlər - gənə- lərlə 

mübarizədə  istifadə  edilən  maddələr;  antifidinqlər  -  cücüləri  məhv  edən 

maddələr;  herbisidlər-  alaq  bitkilərinə  qarşı  mübarizədə  istifadə  edilən 

preparatlar;  zoosidlər  -  zərərli  onurğalı  heyvanları  məhv  edən  zəhərlər; 

bakterisidlər,  virusosidlər,  funqisidlər  -  bitkilərdə  viruslu  və  göbələk 

xəstəlikləri  ilə  mübarizə  aparmaq  üçün  istifadə  edilən  maddələr;  ne- 



matosidbr  -  bitkilərdə  nematod  xəstəliyinin  törədicisi  olan  girdə  qurdları 

məhv  edən  preparatlar:  molyuskosidlər  -  zərərli  ilbizləri  məhv  edən 

maddələr. 

Dünyada 180 pestisid  növündən və bir neçə min preparat  formasından 

istifadə edilir. 

Pestisidlərdən  istifadənin  bir  çox  problemləri  onların  ksenobiotik,  yəni 

təbiət üçün yad kimyəvi birləşmələr olmalarından irəli gəlir. 

Ümumdünya  Səhiyyə  Təşkilatının  (ÜST)  verdiyi  qiymətə  görə  bütün 

dünyada  pestisidlərin  istifadəsindən  hər  il  20000  adam  ölür  və  1  milyona 

yaxın  adam  zəhərlənərək  sağlamlığını  itirir.  Əgər  dünyada  pestisidlərdən 

istifadə çoxalarsa, ona müvafiq olaraq xəstəliklər və ölüm hadisəsi də artar. 

479 



Ümumdünya  Səhiyyə  Təşkilatı  (ÜST)  ürək-damar  və  onkoloji  xəstəliklərin 

profilaktikası üçün hər gün 500 qram, yəni ildə 180 kq tərəvəz və meyvədən 

istifadə olunmasını tövsiyə edir. 

Nitratların insan orqanizminə daxil olma yolları 

İnsan orqanizminə nitrcUlar müxtəlif yollarla düşür: 

1)

 

Qida məhsulları ilə: 



a)

 

bitki mənşəli; 



b)

 

heyvan mənşəli; 



2)

 

İçməli su ilə; 



3)

 

Dərman preparatları ilə. 



İnsan orqanizminə nitratların əsas kütləsi konservlər və təzə tərəvəzlərlə 

nitratların gündəlik miqdarının 40-80%-i daxil olur. 

Nitratlar  az  miqdarda  çörək-bulka  məmulatları  və  meyvələr  vasitəsilə 

insan  orqanizminə  düşür;  süd  məhsullarının  payına  isə  1%  (10-100  mq/1) 

düşür. 

Nitratların  bir  hissəsi  insan  orqanizminin  özündə  maddələr  mübadiləsi 



zamanı əmələ gələ bilər. Nitratlar insan orqanizminə həmçinin su ilə də daxil 

olur,  bu  isə  insanın  normal  həyatı  üçün  əsas  şərait  sayılır.  Mövcud 

xəstəliklərin 70-80%-i çirklənmiş içməli su ilə əlaqədar baş verir və insanın 

ömrünü 30% qısaldır. ÜST-nin məlumatına əsasən bu səbəbdən Yer üzərində 

2  mlrd.-dan  artıq  adam  xəstələnir,  onlardan  3,5  milyonu  dünyasını  dəyişir 

(onların 90%-ni  5  yaşa çatmamış uşaqlar təşkil edir). Yeraltı  içməli sularda 

200 mq/1 nitratlar olur, bu isə artezian quyularının suyundakmdan xeyli azdır. 

Yeraltı  sulara  nitratlar  tarlalardan  müxtəlif  kimyəvi  gübrələrlə  (nitrat, 

ammonium) və bu gübrələri istehsal edən kimyəvi müəssisələrin tullantıları ilə 

daxil  olur.  Nitratlar  qrunt  sularının,  həm  də  artezian  quyularının  sularının 

tərkibində olur. Şəhər əhalisinin içdiyi suyun tərkibində nitratların miqdarı 20 

mq/1,  kənd  yerlərinin  adamlarınmkmda  isə  20-80  mq/1  olur.  Heyvan 

qidasında  (məhsulunda)  da  nitratlar  mövcuddur.  Balıq  və  ət  məhsullarının 

təbii halda tərkibində nitratlar az (ətdə - 2-25 mq/kq, balıqda - 2-15 mq/kq) 

olur. İstifadə xassələrini yaxşılaşdırmaq və uzun müddət saxlamaq məqsədilə 

onlara  (əsasən  kolbas  məmulatları)  nitrat  və  nitritlər  əlavə  edilir.  Alabişmiş 

hisə verilmiş kolbasda nitritlərin miqdarı 150 mq/kq, bişirilmiş kolbasda isə 

50-60 mq/kq təşkil edir. 

İnsanın  orqanizminə  nitratlar həmçinin  tütün vasitəsilə daxil olur. Bəzi 

tütün sortlarmın 100 qram quru maddəsinə 500 mq nitrat düşür. 

Nitratlar  və  onların  törəmələri  bioloji  təsirinin  öyrənilməsi,  onların 

yüksək  konsentrasiyasmın  insanın  mühüm  həyat  funksiyalarına  mənfi  təsir 

göstərməsini təsdiqləyir (şəkil 24.1). 

478 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə