Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə156/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   152   153   154   155   156   157   158   159   ...   216

kəskinləşir:  oksigen  çatışmazlığı,  baş  ağrısı,  zəiflik,  ürək  döyüntüsü,  huşun 

itirilməsi  müşahidə  olunur.  Methemoqlobinin  miqdarının  50%-i  keçməsi 

ölümlə nəticələnir. 

2.

 



Nitratlar xüsusən südəmər uşaqlar üçün təhlükəlidir, belə ki, onlarda 

ferment əsası natamamdır və methemoqlobinin hemoqlobinə bərpa olunması 

zəif gedir. 

3.

 



Nitratlar  patogen  (zərərli)  bağırsaq  mikroflorasımn  inkişafına  səbəb 

olur,  bu  isə  insan  orqanizminə  zəhərli  maddələr  -  toksinlər  ayırır,  nəticədə 

toksikasiya, yəni orqanizmin zəhərlənməsi baş verir. Nitratla zəhərlənmənin 

əsas əlamətləri bunlardır: 

 

dırnaq, üz, dodaq və görünən selikli qişaların göyərməsi; 



 

ürək bulanması, qusma, qarında ağrı; 



 

ishal (çox vaxt qanlı), qaraciyərin böyüməsi, göz ağının saralması; 



 

baş ağrısı, yorğunluq, yuxuculluq, iş qabiliyyətinin azalması; 



 

təngnəfəslik, güclü ürək döyüntüsü (huşun itirilməsinə qədər); 



 

çox zəhərləndikdə ölümlə nəticələnir. 



4.

 

Nitratlar,  bir  çox  fermentlərin  tərkibində  olan,  hormonları 



stimullaşdıran  və  maddələr  mübadiləsinin  bütün  növlərinə  təsir  göstərən 

vitaminlərin miqdarını qidada azaldır. 

5.

 

Nitratlar  uzun  müddət  insan  orqanizminə  daxil  olduqda  (hətta  kiçik 



dozalarda),  yodun  miqdarını  azaldır  və  qalxanvari  vəzin  böyüməsinə  səbəb 

olur. 


6.

 

Nitratların  mədə-bağırsaq  yollarında  xərçəng  şişlərinin  əmələ 



gəlməsinə yüksək dərəcədə təsir göstərməsi müəyyən edilmişdir. 

7.

 



Nitratlar damarların kəskin  genişlənməsinə səbəb olur, nəticədə qan 

təzyiqi aşağı düşür. 

Qeyd  etmək  lazımdır  ki,  nitratların  özü  deyil,  müəyyən  şəraitdə 

çevrildikləri nitritlər insan orqanizminə zərər yetirir. Çilidə mədədə xərçəng 

xəstəliklərinin  digər  regionlarla  müqayisədə  çox  olmasını,  bu  ölkənin 

torpağında təbii nitratların yüksək olması ilə. də izah edirlər. 

Alimlərin fikrincə, insan orqanizmində nitratlar digər nitrobirləşmə- lərə, 

daha  çox  nitroaminlsrə  də  çevrilir.  Nitroaminlər  bədxassəli  şişlərin  əmələ 

gəlməsinə səbəb olur və onkoloji xəstəliklərin 70-80%-i onunla əlaqədardır. 

İnsan gün ərzində 150-200 mq dozaya nisbətən asan dözür; 500 mq - yol 

verilən  doza  hesab  olunur;  gündə  600  mq  böyük  adamlar  üçün  toksik  təsir 

göstərir, südəmər uşaq üçün isə hətta 10 mq nitrat güclü zəhərlənməyə səbəb 

ola bilər. 

Orqanizmə daxil olan nitratların miqdarını qiymətləndirərək



477 


C  vitamininin  nitratlarla  2:1  nisbətində  nitrozoaminlər  əmələ  gəlmir. 

Belə  nisbət  bir  çox  tərəvəzlərə  xasdır,  onlar  təbii  yolla  nitrozoamin-  lərin 

əmələ  gəlməsinin  qarşısını  alır.  C  vitamini  xərçəng  xəstəliyinə  qarşı  təsirə 

malikdir.  Odur  ki,  qida  rasionuna  yüksək  miqdarda  vitaminlərlə  zəngin 

(xüsusilə C vitamini ilə) məhsul əlavə olunmalıdır (tərəvəz və meyvələr). 

Hazırda dünya əhalisinin əksəriyyəti  gübrələr tətbiq  etməklə, becərilən 

kənd  təsərrüfatı  bitkilərindən  qida^(ərzaq)  kimi  istifadə  edir.  Hazırda 

adambaşına ildə 23 kq-a yaxın gübrə istehsal edilir və bütün gübrələrin yarısı 

azot gübrələrinin payına düşür. 

Azot  elementi  bitkinin  böyüməsinə  stimul  yaradır,  onun  meyvəsinin 

(toxumunun)  keyfiyyətinə,  tərkibində  olan  zülalın  miqdarına  təsir  göstərir. 

Azotun böyük ehtiyatı atmosferdə mövcuddur. Fasiləsiz olaraq azot bu təbii 

«anbardan» göy-yaşıl yosunlar və paxlalı bitkilərin köklərində yaşayan xüsusi 

bakteriyalar tərəfindən mənimsənilir. 

Tərkibində  azot  birləşmələri  olan  üzvi  və  mineral  gübrələr  torpaqda 

nitratlara (azot turşusunun duzları) çevrilərək, su ilə birlikdə bitkiyə daxil olur. 

Kök sistemi, budaqlar, yarpaqlar və meyvələrdə nitratlar fer- mentlərin təsiri 

ilə ammoniumun ionu NHVə qədər bərpa olunur və amin turşusunun əsasına 

təşəkkül tapır, sonra isə zülallara çevrilir, yəni mineral azot zərərsiz üzvi azota 

-  təbii  birləşmənin  komponentinə  çevrilir.  Gübrə  həddindən  artıq  daxil 

olduqda isə bitki onu mənimsəyə bilmədiyindən nitratlar meyvələrdə toplanır 

və insanlar ondan istifadə edir. 

Nitratlar və nitritlər (azot turşusunun duzları) bir çox qida məhsullarının 

(o cümlədən hisə verilmiş donuz əti, vetçina, bəzi pendir və balıq çeşidləri) 

hazırlanmasında və konserviləşdirilməsində istifadə olunur. 

Nitratların  mənfi  təsiri  haqqında  ilk  dəfə  XX  əsrin  70-ci  illərində 

Özbəkistanda  söhbətlər  yarandı,  burada  qarpız  bitkisinə  həddindən  artıq 

ammonium selitrası verildiyindən, qarpızdan kütləvi olaraq, mədə- bağırsağın 

zəhərlənmə hadisələri baş verdi. 

Dünya  elmində  nitrat  haqqında  çoxdan  məlumat  var  idi.  Hazırda 

nitratların insan və kənd təsərrüfatı heyvanları üçün yüksək toksikliyə malik 

olması hamıya məlumdur. 

1.  Nitratlar  nitratreduktaz  fermentinin  təsiri  ilə  nitritlərə  kimi  bərpa 

olunur,  bu  da  qanın  hemoqlabini  ilə  qarşılıqlı  əlaqəyə  girərək,  ondakı 

ikivalentli  dəmiri  üçvalentli  dəmirə  oksidləşdirir.  Bunun  nəticəsində 

metbemoqlobin  maddəsi əmələ gəlir. Onun oksigenə dözümü olmadığından 

orqanizmin  hüceyrə  və  toxumalarının  normal  tənəffüsü  pozulur  (toxuma 

hipoksiyası),  nəticədə  süd  turşusu,  xolestrin  toplanır  və  zülalların  miqdarı 

kəskin  azalır.  Methemoqlobinin  qanda  miqdarı  10%-ə  çatdıqda  əlamətsiz 



sianoz xəstəliyi müşahidə edilir, 20-50% olduqda bu xəstəlik 

476 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə