dər qala bilər. DDT-in suda pis həll olması, yüksək temperatura davamlılığı,
yağlarda və lipidlərdə yaxşı həll olması ilə əlaqədardır.
ABŞ-da qadağan olunan kimyəvi agentlər arasında DDT birincilər
sırasındadır.
DDT-nin ekosistemin vəziyyətinə və əhalinin sağlamlığına təsiri artıq
uzun illərdir ki, öyrənilir. Pestisidlərin təsirinə onun istehsalı ilə məşğul olan
işçilər, həmçinin kənd təsərrüfatı aviasiyası personalı, fermerlər, aqronomlar
və kənd təsərrüfatının digər mütəxəssisləri daha çox məruz qalır. Bu şəxslərdə
xlorakne adlanan tipik xəstəlik qeydə alınır.
Hazırda dünyanın əksər ölkələrində DDT-dən istifadənin qadağan
olunmasına və praktiki olaraq ondan istifadə olunmamasına baxmayaraq, onun
insanların reproduktiv sağlamlığına və endokrin sisteminə sonrakı təsirinin
nəticələri ciddi problem olaraq qalır. ..........................................
DDT konserogen təsirə malikdir, odur ki, bu maddə MAİR tərəif- ndən
insan üçün konserogen qrupuna (2 B qrupu) aid edilmişdir. Son illərin
tədqiqatları nəticəsində qadınların piy toxumasında DDT-nin miqdarı ilə süd
vəzilərində xərçəng xəstəliyi (P.Cocco et al., 2000), DDT-nin peşə təsirilə
mədəaltı vəzinin xərçəngi arasında bağlılıq aşkar edilmişdir. DDT-nin
istifadəsi məhdudlaşdırıldığı ilə əlaqədar ana südündə onun miqdarı xeyli
azalmışdır (D.Smith, 1999). Lakin bu Avropa ölkələrinə, ABŞ-a və Kanadaya
aiddir; Tacikistan və Qazaxıstanda isə ana südündə DDT-nin miqdarı əvvəllər
olduğu kimi yenə də yüksək (2300-600 nq/q) olaraq qalır.
DDT-yə həmçinin digər DÜÇ-lərə şimal Arktika regionlarının ətraf
mühitində də rast gəlinir. Bunlar bu regionlarm azsaylı əhalisinə təhlükə
yaradır. DDT qrupu pestisidlər Arktikanın yerli sakinlərinin qanında əsasən
DDE halında olur, bu, həmin toksinlərin orqanizmə nisbətən çoxdan daxil
olmasını təsdiq edir.
M.Avazovanın (2003) apardığı müşahidələr göstərir ki, respublikamızda
ən böhranlı ekotoksikoloji şərait keçmiş pambıq və taxıl yetişdirilən rayonların
ərazilərində (0,1, 086-0,01 UVQH) qeydə alınmışdır.
Respublikamızda 1980-ci ilin ortalarına qədər pestisidlərdən istifadə
oluninuşdur, hələ indiyə kimi Göyçay və Türyançay hövzəsində torpaqlarda
qalıq pestisidlərə rast gəlinir. DDT-nin 1945-ci ildən tətbiqindən sonra
əvvəllər pambıq bitkisində müşahidə olunmayan digər pambıq biti, pambıq
sovkası, gənə, mənənə və s. cücülərin çoxalması baş verdi. K.Edvardsa görə
T50 DDT-nin torpaqda qalma müddəti torpağın nəmliyindən çox asılıdır. Belə
ki, mülayim qurşaq rayonlarında o, 2,5 il, subtropik və tropik ölkələrin
torpaqlarında isə cəmi 3-9 ay qala bilir.
Tədqiqat materialları və çoxillik müşahidələr göstərir ki, DDT-in yüksək
qalıq miqdarı ən çox gilli torpaqlarda rast gəlinir. Bu torpaqlar-
482
qrupuna daxildir (dioksinlər/furanlar, QXB və PXB də bu qrupa aiddir).
Xlorüzvi pestisidlər Moskvada «Sintez» zavodunda (1946-1970- ci illər),
Dzerjinskidə (1965-1990), Novoçeboksarskda (1968-1990) və Çapayevskdə
(1960-1987) istehsal olunmuşdur.
SSRİ-də 1969-cu ildə DDT-dən istifadə edilməsi qadağan edilsə də,
ondan 1980-ci ilin sonuna kimi istifadə olunmuşdur. SSRİ ərazisində istifadə
edilən DDT-in miqdarı 1960-cı ildə 10,8 min ton, 1970-ci ildə 8,9 min ton,
1980-ci ildə 0,3 min ton təşkil etmişdir. 1971-ci ildə kənd təsərrüafatında
ziyanvericilərlə mübarizədə istifadə olunan kimyəvi vasitələrin siyahısından
DDT çıxarıldı və ondan yalnız təbii-mənbə xəstəliklərinə qarşı mübarizədə
istifadə edildi.
İlk dəfə DDT 1874-cü ildə sintezləşdirildi, XX əsrin 30-cu illərinin
sonunda İsveçrə kimyagəri Paul Müller ondan insektisid kimi istifadə
olunması imkanını kəşf etdi. DDT-dən səhiyyədə və hərbi gigiyenada (əsasən
bitə qarşı dezinsektant kimi) o qədər effektli oldu ki, 1948-ci ildə P.Müllerə
tibb və fiziologiya sahəsində Nobel mükafatı təqdim olundu. DDT malyariya
və səpkili tifion törədicilərinə qarşı işlədilən ən birinci və güclü
insektisidlərdən biri hesab olundu. Onun istifadəsi bu xəstəliklərdən ölənlərin
xeyli azalmasına imkan yaratdı. Belə ki, 1948-ci ildə malyariyadan 3 mln.
adam ölmüşdür, 1965-ci ildə bu xəstəlikdən ölüm hadisəsi baş verməmişdir.
1938-ci ildə Yunanıstanda malyariya xəstəliyinə 1 mln., 1959-cu ildə cəmi
1200 adam tutulmuşdur. 1945-ci ildə İtaliyanın Lasiya əyalətində bir ay
ərzində malyariyadan 65-70 adam ölmüşdür, DDT-dən istifadə edildikdən
sonra isə bu səbəbdən ölənlərin sayı 1-2 nəfər olmuşdur. 1943-44-cü illərdə
Neapolda səpkili tifin epidemiyası* olmuş, sutka ərzində bu xəstəliyə 60 nəfər
tutulmuşdur. Əhali üçün sistemli olaraq DDT-dən istifadə olunduqdan sonra
(yanvar, 1944) fevralın sonunda sutka ərzində bu xəstəliyə tutulanların sayı 5
nəfərə kimi aşağı düşdü. DDT-dən bir çox ölkələrdə geniş istifadə olunmağa
başlandı. Lakin onun geniş spektrli təsiri və olduqca davamlılığı hazırda ondan
istifadədən imtina olunmasına gətirib çıxardı. Zərərli həşəratlarla yanaşı, həm
də, faydalıları da məhv edildi, DDT-nin davamlılığı onun qida zəncirində
toplanmasına səbəb oldu. Nəticədə quş, balıq və məməli orqanizmlərdə onun
konsentrasiyası yüksəldi. Qida zəncirinin hər həlqəsində DDT-nin miqdarı
artdı: bitkilərdə (yosunlarda) -10 dəfə, xırda orqanizmlərdə (kiçik xərçəng) -
100 dəfə, balıqlarda - 1000 dəfə, yırtıcı balıqlarda - 10000 dəfə (DDT-nin lildə
olan miqdarına nisbətən).
DDT-nin köməyi ilə insanlar öz həyat şəraitini yaxşılaşdırmağa ümid
edirdi, lakin sonralar tədricən məlum oldu ki, belə tərəqqi onlara baha başa
gəlir. Hesablamalar göstərir ki, atmosfer havasından torpağın səthinə DDT-nin
çökməsi üçün 4 il lazımdır. Torpaqda isə o, 20 ilə qə-
481