effektiv sayılır, kök sistemi ilə BP ilə çirklənmiş bitkidə belə yuyulma fayda
vermir. Bəzi qida məhsullarında BP-in miqdarı aşağıdakı hüdudda dəyişir
(mkq/kq).
Kələm
12,6... 28,5
Kartof
1,8 23,5
Taxıldəni 0,08... 1,44
Pomidor
0,05...0,22
Balıq
0,3 ....... 3,9
Süd
0,01....0,02
Bitkinin orqanlarında BP qeyri-bərabər paylanır. Taxıl bitkilərinin
dənində onun yarpaq,gövdə və kök sisteminə nisbətən BP-in miqdarı 100 dəfə
az olur. BP-nin maksimal miqdarı kartofun qabığında toplanıb 0,34...3,72
mkq7kq-a çatır.
Günəbaxan bitkisinin toxumunda BP, əsasən, onun qabığında toplanır,
toxumunda isə 9 dəfə az olur. Bitki yağlarında toplanan BP-nin əsas mənbəyi
onun qabığı sayılır. Bitki yağlarında və marqarində BP- nin miqdarını
azaltmaq üçün toxumun qabığı təmizləndikdən sonra istehsal edilməsi
məsləhət görülür.
24.2.8. Polixlorbifenillər (PxB)
Dünyada PXB-in istehsalı 4 mln. tondan artıqdır. 400 min ton PXB
qlobal ekosistemdə dövr edir.
PXB probleminin başlıca həlli onun yalnız qapalı istehsal sistemində
istifadəsi hesab olunur.
PXB-in sintezi dünyada sənaye miqyasında 1920-ci illərin sonunda
həyata keçirilməyə başlandı. 1970-ci illərdə bir sıra məhsulların hazırlanması
zamanı ondan istifadə olunması qadağan edildi. Lakin PXB-in buraxılması
davam etdirildi, çünki transformatorların, kondensatorların və müxtəlif
hidravlik avadanlıqların yığılmasında ona tələbat çox idi. Kondensator və
transformatorların sovol (PXB) sovtal (PXB) və tri- xlorbifenilin (TXB)
qarışığı) doldurucuları ilə kütləvi buraxılmasına
1960-
cı illərdən başlandı və 1989-1990-cı illərə qədər bu buraxılış
dayandırılmadı. PXB-dən həm də lak, mum, sintetik qətran, epoksidli boyalar
və gəmilərin alt hissəsi üçün rənglər, sürgü-soyuducu mayelər və s.
hazırlanmasında istifadə olunur.
—
PXB ilə çirklənmiş düyüdən qadınların istifadə etməsi nəticəsində ölü
doğulan uşaqlar və uşaqlarda ölüm hadisəsi artmışdır.
—
Tərkibində yüksək miqdarda PXB olan balıqla qidalanan anaların
uşaqları azçəkili olmuşdur (ABŞ, Miçiqan ştatı); İsveçin Baltikyanı
sahillərində balıqçıların (anaların) qanlarında PXB-in miqdarı müqayisə
qrupuna nisbətən 30% çox olmuşdur.
491
Rusiyada yüksək konsentrasiyalı benz(a)pirenin təsirinə 14 mln.-a qədər
insan məruz qalır, o cümlədən 3 nq/m-^ konsentrasiyalı uzun müddətli təsirə
məruz qalanların 10 mln.-da ağciyər xəstəliyinin baş verməsi ehtimalının
tezliyi yüksəkdir.
Dünyanın müxtəlif ölkələrində aparılan ekoloji-epidemioloji tədqiqatlar
bir sıra sənaye şəhərlərində ağciyər xərçəngi xəstəliyindən ölənlərin sayı artır.
İri poladəridən istehsalı yerləşən Rusiyanın Krivoy-Roq şəhərində atmosfer
havasrnda benz(a)pirenin konsentrasiyası 3 nq/m-'^- dən artıq olduğundan
ağciyərin xərçəngi xəstəliyindən ölənlərin sayı xeyli yüksəkdir. Havada
benz(a)pirenin konsentrasiyası yüksək olan sənaye şəhərlərində həm kişilərdə,
həm də qadınlarda tənəffüs yollarında bəd- xassəli şişlərin olması ilə əlaqədar
ölümün sayının yüksək olması aşkar edilmişdir. Bura alüminium və
poladəridən zavodlar (Sverdlov vilayəti) və neftayırma sənayesi (Ufa,
Sterlitamak və İşim), nikel istehsalı (Yuxarı Ufaley, Rey, Norilsk və b.)
zavodları daxildir. Maqnitoqorskda hava hövzəsində benz(a)pirenin orta
konsentrasiyası
YVK-nı
9,4-12,1
dəfə
(9,4-12,lnq/m-'^)artıqdır.
V.S.Koşkinanm (1998) məlumatına görə bu şəhərdə ağciyər xərçəngi
xəstəliyinin göstəricisi kişilərdə 1,5 dəfə yüksəkdir. Benz(a) pirenlərin əsas
çirklənmə mənbəyi avtomobil nəqliyyatı (qurum və işlənmiş qazlar) sayılır.
Bu zaman yalnız torpaq deyil, həm də kənd təsərrüfatı sahələri və orada
becərilən bitkilər çirklənməyə məruz qalır. Avtomobil nəqliyyatının havaya
buraxdığı qazlarla birlikdə ayrılan BP müxtəlif ekosistemlərin torpağının səthi
üzərinə düşərək ətraf mühitdə gedən fıziki-kimyəvi və biokimyəvi proseslərdə
aktiv iştirak edir. Bunun nəticəsində yola yaxın BP-lə zəhərlənən zona ayrılır.
BP-lər əmələ gəldiyi mənbədən 3...25 km aralı məsafəyə qədər aparılır.
Ətraf mühitdə BP və onun törəmələrinin yüksək davamlığı bu maddələrin
tədricən torpaq, su, hava və digər təbii obyektlərdə toplanmasına səbəb olur.
Torpağın çirklənməsi BP-nin kənd təsərrüfatı bitkilərində toplanmasına səbəb
olur. Lakin BP ilə çirklənmiş torpaqlarda olan mik- roorqanizmlər
oksidləşdirici fermentlərin köməyi ilə bu maddələrin parçalanmasına şərait
yaradır. BP ilə çirklənmiş torpaqların bioloji təmizlənmə yolu da mövcuddur.
Torpaqda BP-nin fon miqdarı 0,2... 12,8 mkq/kq arasında tərəddüd edir.
Avtomobil yollarına yaxın yerlərdə bu miqdar 200 mkq/kq-a qədər qalxa bilər.
Torpaqda BP-in yüksək miqdarı yarandığı mənbədən (müəssisədən) 1 km
məsafədə aşkar edilmişdir, mənbədən uzaqlaşdıqca BP- nin miqdarı azalır. BP
ilə aktiv çirklənmiş atmosfer havasından və torpaqdan bu maddə orada
becərilən bitkilər tərəfindən udulur. BP ilə çirklənmiş bitkini 30 dəqiqə
müddətində isti su ilə yuduqda onun miqdarı
1,5..
.2 dəfə azalır. Lakin bu əməliyyat hava ilə çirklənmiş bitkilər üçün
490