Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə146/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   142   143   144   145   146   147   148   149   ...   216

paq-ekoloji  faktorları  qiymətləndirərkən  aşağıdakılara  diqqət  yetirmək 

lazımdır. Torpaqda humus bir sıra ekoloji funksiya daşıyır. Humus maddələri 

yüksək sorbsiya (udma) qabiliyyətinə malik olub toksikant- larla (məs., ağır 

metallarla)  az  hərəkətdə  olan  birləşmələr  əmələ  gətirir  və  bununla  da, 

toksikantlann kənd təsərrüfatı məhsullarına daxil olmasının qarşısını alır. Belə 

ki,  4%  humus  tərkibli  humin  turşuları  özündə  17929  kq  dəmir,  4500  kq 

qurğuşun,  1517  kq  mis,  1015  kq  sink,  913  kq  manqan  saxlaya  bilər  (1  ha 

hesabı ilə). 

Humus  maddələri  udmaqla  yanaşı,  həm  də,  torpağın  biotasını 

aktivləşdirir,  mikrob  seriozunu  normaya  salır,  bununla  da,  mikotoksinlərin 

peyda olmasını və onlarla qida məhsullarının çirklənməsini təcrid edir. 

Kənd  təsərrüfatı  məhsullarının  ekoloji  təhlükəsizliyi  toksikantlann  həll 

olmasına  və  onların  bitkiyə  daxil  olmasına  təsir  göstərən  torpağın 

turşuluğundan  (pH)  da  asılıdır.  Normal  və  ona  yaxın  reaksiyah  torpaqlarda 

kənd  təsərrüfatı  məhsullarının  çirklənməsi  təhlükəsi  (məs.,  ağır  metallarla) 

azalır.  Turşuluğun,  həmçinin  qələviliyin  yüksəlməsi  zamanı  ağır  metalların 

həll olması və onun bitkiyə miqrasiyası artır. Humus kimi torpağın pH-ı da 

mikrob  senozunun  strukturuna  təsir  göstərir,  qida  məhsullarının  mikotoksin 

çirklənmə  təhlükəsini  azaldır  və  ya  artırır.  Kənd  təsərrüfatı  bitkilərinin 

yerləşdirilməsində  torpağın  faktiki  turşu-  luğunun  nəzərə  alınması  və 

əhənglənmənin köməyi ilə yüksək turşuluğun aradan qaldırılması təhlükəsiz 

məhsul əldə etmək üçün olduqca mühüm məsələ sayılır. 

Torpağın qranulometrik və mineraloji tərkibi kation mübadiləsinə təsir 

göstərərək,  toksikantlann  müxtəlif  hərəkətinə,  nəticədə,  onların  kənd 

təsərrüfatı məhsullarına müxtəlif dərəcədə daxil olmasına şərait yaradır. Belə 

ki, səth hissələri böyük sahə təşkil edən ağır qranulometrik tərkibli torpaqlarda 

kation  mübadiləsi  həcmi  yüksək  olub  toksikantlann  hərəkətini  və  qida 

məhsullarına daxil olmasını azaldır. 

Hədsiz  rütubətli  torpaqlarda  (qleyli)  kənd  təsərrüfatı  məhsullarının 

toksikantlarla çirklənmə təhlükəsi (ağır metallarla) və hərəkəti artır. 

Torpaqda  olan  izafi  su  orada  azvalentli  və  həll  olan  metalların  peyda 

olmasına şərait yaradır. Hidroloji rejimi pozulmuş torpaqlarda kənd təsərrüfatı 

bitkilərinin yetişdirilməsi orada yalnız meliorasiya işləri apa- rıldıqdan sonra 

yerinə yetirilməlidir. 

Torpağın  kipləşməsi  toksikantlann  (ağır  metalların)  hərəkətini  artırıb 

kənd  təsərrüfatı  bitkilərinin  yetişdirilməsini  təhlükə  altına  alır.  Belə  ki, 

torpağın kipliyinin 0,6... 1,O-dən 1,3... 1,8 q/sm^-a qalxması ağır metalların 

hərəkətini bir neçə dəfə artırır. 

Torpağın «sağlamlığı» və bununla bağlı olan becərilən kənd təsərrüfatı 

məhsullarının keyfiyyəti məsələlərində torpaqda olan canlı orqa- 



499 


normasına  riayət  edilməli,  tövsiyə  olunan  dozada  azot  gübrəsi  verilməlidir; 

toxumlar  göbələyin  inkişafına  şərait  yaratmayan  nəmlikdə  saxlanmalıdır. 

Aşağı temperaturun aşağı nəmliklə uyğunlaşan şərait daha yaxşı nəticə verir. 

Aflatoksinlər  hər  hansı  bir  şəraitdə  müxtəlif  heyvanların  yeminə  və  insanın 

qidasına  düşə  bilər.  Məsələn,  heyvanların  kiflənmiş  düyü  ilə  qidalanması 

nəticəsində  aflatoksinlər  qaraciyərdə  daha  çox  toplandığından  heyvanların 

qaraciyərində  xərçəng  xəstəliyi  əmələ  gəlmişdir.  Aflatoksinlərin  toksiki 

təsirinə qarşı həssaslıq heyvanların növündən asılıdır. Qoyunlar nisbətən az, 

quşlar (ördək, toyuq, hinduşka), həmçinin ev dovşanları daha çox həssasdırlar. 

Mikotoksinlər arasında steriqmatosistin məlum olub qaraciyərdə xəstəlik 



törədir. Elaiomitsin mikotoksini kanserogen təsir göstərir. Öz təsirinə görə o, 

nitrozoamini xatırladır.  Fusarium  göbələyinin həyat  fəaliyyəti məhsulu olan 

fuzariotoksin saxlanılan taxıl toxumlarında toplanaraq insan və heyvanlarda 

xəstəliklər  törədir.  Günəbaxan  tumları  ağ  kiflə  (törədicisi  -  Sclerotinia 

sclerotiorum  göbələyidir)  zədələndikdə  məhsuldarlıq  50%-ə  qədər  aşağı 

düşür,  göbələk  toksinlərinin  toplanması  ilə  əlaqədar  tumlar  acı  tam  verir.. 

Günəbaxandan  başqa  ağ  kiflə  lOO-dən  artıq  bitki  növü  (o  cümlədən  paxla, 

qağıdalı) zədələnir. 

Mübarizə tədbirləri: davamlı bitki sortları və hibridləri yetişdirmək, səpin 

dövriyyəsinə  riayət  etmək,  məhsul  toplandıqdan  sonra  sahəni  məhsul 

qalıqlarından təmizləmək, 2...3 dəfə üzdən şumlama və dərin dondurma şumu 

aparmaq lazımdır. 

Aflatoksinlər  və  digər  mikotoksinlərdən  mühafizə  olunmaq  üçün  qida 

maddələri  üzərində  kif  göbələyini  əmələ  gətirən  əlverişli  şəraiti 

kənarlaşdırmaq  mühüm  şərt  sayılır,  belə  ki,  göstərilən  toksikantlar 

temperatura  qarşı  davamlı  olub  məhsul  qaynadıldıqda  və  qızardıldıqda  belə 

məhv  olmurlar.  Məhsulun  saxlanması  üçün  quru  hava  və  lO^C-yə  qədər 

temperatur optimal şərait hesab olunur. 

24.7. ÇİRKLƏNDİRİCİLƏRİN NEQATİV TƏSİRİNİN 

KƏNAR EDİLMƏSİ VƏ YA MİNİMALLAŞDIRILMASI 



24.7.1.

 

Kənd  təsərrüfatı  məhsulunun  «təmizliyi»nin  torpaq 

örtüyünün vəziyyəti ilə əlaqəsi 

Torpaq  resurslarından  istifadə  edərək  insan  təxminən  90...94%  qida 

məhsulunu  ondan  alır.  Bu  məhsulların  «təmizliyi»  torpağın  xassələri,  onun 

özünütəmizləmə və buferlik xüsusiyyətləri ilə təyin olunub burnusun miqdarı, 

turşuluq dərəcəsi, qranulometrik və mineraloji tərkib, ok- sidləşmə-reduksiya 

şəraiti və torpağın kipliyi ilə sıx bağlıdır. 

Kənd təsərrüfatı məhsullarının təhlükəsizliyini təyin edən əsas tor- 

498 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə