Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə149/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   145   146   147   148   149   150   151   152   ...   216

xorçong  xəstolikbrindon  ölüm  hadisələrinin  3-6  dəfə  çox  olması  aşkar 

edilmişdir. 



Yu-çenq xəstəliyi. Bu da digər yağ xəstəliyi olub 1979-cu ildə Tayvan 

adasında  baş  vermişdir.  Qida  çeşidli  PXB  ilə  çirklənmiş  düyü  yağından 

istifadə  etməklə  2  mindən  artıq  insan  ziyan  çəkmişdir.  1979-1986-cı  illər 

ərzində  doğulan  uşaqlarda  qaraciyərin  funksiyasında  pozuntular  müşahidə 

edilmiş, min doğulan uşaqda ölümün sayı 26 nəfər, yəni orta qiymətdən 2-2,5 

dəfə artıq olmuşdur. 



24.3.

 

BİTKİNİN BOY TƏNZİMLƏYİCİLƏRİ 

(NİZAMLA YICILARI) 

Bitkinin boy nizamlayıcıları yüksək bioloji aktivliyə malik olan kimyəvi 

birləşmələrdir. Onlar bitkinin boy, inkişaf və fəaliyyətinə təsir etmək, məhsul 

yığımını asanlaşdırmaq, onun keyfiyyətini yaxşılaşdırmaq üçün tətbiq olunur. 

Boy  nizamlayıcıları  təbii  və  sintetik  növlərə  bölünür.  Təbii  nizam- 

layıcılar  bitkilərə  xas  olan  və  fitohormon  rolunu  oynayan  birləşmələrdir 

(auksinlər, sitokunlar, etilen və s.). Göstərilən birləşmələr insan üçün təhlükəli 

sayılmır,  çünki  təkamül  prosesi  zamanı  onda  bu  birləşmələri 

biotransformasiya  etmək  mexanizmi  yaranmışdır.  Təəssüf  ki,  təbii  bitkinin 

boy nizamlayıcılarını tələb olunan həcmdə əldə etmək çətin və baha başa gəlir, 

odur Kİ, sintetik maddələrin tətbiqindən istifadə olunur. 

Sintetik boy nizamlayıcıları kimyəvi və mikrobioloji yolla alınır. Onlar, 

əsasən, azdavamlı olub yarımparçalanma dövrü 1 aya yaxın çəkir. 

Boy  nizamlayıcılarmm  neqativ  təsiri  də  ehtimal  olunur,  bu  hüceyrə- 

daxili  mübadilənin  pozulması  və  toksiki  birləşmələrin  əmələ  gəlməsi  ilə 

əlaqədardır.  Bundan  başqa,  xammal  və  qida  məhsulunda  bitki  nizam- 

layıcılarının  qalıq  miqdarı  da  toksik  xassə  daşıya  bilər.  Bitki  boy 

tənzimləyiciləri  insan  üçün  təhlükəlidir,  odur  ki,  bu  maddələrin  qida 

məhsuluna düşməməsi üçün münasib texnologiya işlənib hazırlanmalıdır. 

24.4.

 

DƏRMAN VASİTƏLƏRİ 

Qida  (yem)  məhsulları.  Xəstəlikdən  müalicə  və  profilaktika  üçün 

boğazlıq  vəziyyətini  nizamlamaq,  yemin  mənimsənilməsini  yaxşılaşdırmaq, 

böyüməsini  sürətləndirmək,  məhsulları  saxlamaq  məqsədilə  istifadə  olunan 

dərman  maddələri  ilə  heyvanlar  zəhərlənməyə  məruz  qala  bilər.  Bu 

dərmanlardan  bəziləri  heyvan  məhsullarında  uzun  müddət  qalaraq,  insan 

orqanizminə keçib onun sağlamlığında təhlükə yarada bilər. 

Bu baxımdan, antibiotiklər, sulfanilamid preparatları, nitrofuranlar 

493 



— Qanlarında PXB-in miqdarı çox olan qadınların uşaqları anadangəlmə 

qüsurlarla doğulur. 

MAİR PXB-ni 2A qrupuna, ABŞ-ın ətraf mühitin mühafizəsi Agentliyi 

isə insanda kanserogen ehtimalı qrupuna aid etmişdir. 

Epidemioloji  tədqiqatların  nəticələrinə  əsasən  PXB-in  təsiri  ilə  dəridə 

melanomanın,  qaraciyərdə  xərçəng  xəstəliyinin,  mədə-bağırsaq  trak-  tında 

(yolunda) şişlərin, digər bədxassəli  yeni törəmələrin əmələ gəlməsi arasında 

əlaqəlik  müəyyən  edilmişdir.  Əsasən  müayinə  kondensator  istehsalı 

fəhlələrində aparılmışdır. 

Suyu  PXB  ilə  çirklənmiş  Miçiqan  gölündə  tutulmuş  balıqla  qidalanan 

anaların  uşaqlarında  əqli  (zehni)  göstəricilərin  aşağı  olması  müşahidə 

olunmuşdur (J.Jacobson, S.Yacobson, 1996). 



«Yağ»  xəstəlikləri.  Yu-şo  xəstəliyi.  Yaponiyada  PXB-nin  qida 

məhsullarına  izafi  daxil  olması  əhalinin  sağlamlığında  kəskin  nəticələr  baş 

vermişdir. 

1968-ci  ildə  Yaponiyada  düyü  yağının  təmizlənməsi  mərhələsində 

məhsula  «kanexlor-400»  (PXB  və  PXDF,  az  miqdarda  isə  PXDD-in  əlavə 

edilməsi  qarışığı  ticarət  adı)  düşmüşdür.  Bunun  nəticəsində  Fukuoka  və 

Naqasaki prefekturalarında yaşayan adamlarda əmələ gələn xəstəlik «yu-şo» 

adlandırılmışdır.  Düyü  yağında  tapılan  PXB  (TE)-in  orta  kon-  sentrasiyası 

0,98mkq/q, dioksinlər isə lap az olmuşdur. PXB-in orqanizmə gündəlik daxil 

olması 154 nq/kq-a çatmış (dioksin ekvivalentində), bu isə fon səviyyəsindən 

xeyli  çoxdur.  Zərər  çəkən  adamların  qanında  və  yağ  toxumalarında  xeyli 

miqdarda PXB aşkar olunmuşdur. 

Qidada  çirklənmiş  yağdan  istifadə  edilməsi  nəticəsində  2  minə  yaxın 

adam  ziyan  çəkmiş,  onların  149-u  ölmüşdür.  Xəstəliyin  ilk  simptomları  bol 

tüpürcək  axma,  üst  göz  qapağının  şişməsi,  sızanaqşəkilli  (civəşəkilli)  səpki 

(kamedon), piy vəzilərinin fəaliyyətinin güclənməsi, dərinin piq- mentləşməsi, 

tərləmək, zəiflik hissiyyatı olmuşdur. Xəstəlik ümumi yorğunluq, baş ağrıları, 

əzginlik (süstlük), ağır nəfəsalma ilə səciyyələnir. Yu-Şo xəstəliyinə tutulmuş 

qadınlarda  vaxtından  qabaq  doğum,  bəzən  ölü  uşaq  doğumu  olmuşdur. 

Doğulan 11 uşaqdan 9-nun dərisinin piq- menti qeyri adi tünd-qəhvəyi (tünd 

qəhvəyi  ləkəli  boz  dəri),  həmçinin  dırnaqların  və  diş  ətinin  selikli  qişasının 

piqmentləşməsi qeydə alınmış, çox yaş axması müşahidə edilmişdir . 

Vaxtilə zəhərlənməyə məruz qalan qadınların  yeni  doğulan uşaqlarının 

dərisi  tünd  rəngli  olması  ilə  seçilir.  Belə  uşaqları  «qara  bəbələr»  (black 

babies) adlandırılırdı. Onların çəkiləri sağlam anaların uşaqları ilə müqayisədə 

azçəkili,  anadangəlmə  qüsurlu  olub  dişləri,  diş  ətləri,  dəri  və  ağciyərlərində 

xəstəlik  müşahidə  olunur.  Sonrakı  epidemioloji  tədqiqatların  nəticələri 

göstərdi ki, Yu-Şo xəstəliyinə məruz qalan adamlarda 



492 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə