Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə145/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   141   142   143   144   145   146   147   148   ...   216

bantoxmağı,  qarabaşaq  və  s.  göstərmək  olar.  Bu  bitkilərin  köməyi  ilə 

toksikantlan  torpaqdan  çıxarmaq  olar.  Üzvi  maddələrin  verilməsi,  əhə- 

ngləmə, torpağın kipliyini azaltmaq yolu ilə çox toksik birləşmələri az toksik 

birləşmələrə çevirmək mümkündür. 

Qeyd edildiyi kimi, mineral və üzvi gübrələr, kimyəvi meliorantlar, bitki 

mühafizəsi  üçün  preparatlar,  retardantlar  və  digər  kimyəvi  vasitələr 

aqroekosistemin,  sonra  isə  kənd  təsərrüfatı  məhsullarının  keyfiyyətinə  təsir 

göstərir.  Onlar  ciddi  şəkildə  elmi  əsaslarla  aparılmalıdır.  Klassik  rus 

aqrokimyaçısı  D.N.Pryanişnikov  qeyd  edirdi  ki,  izafi  kimyəvi  gübrələrlə 

aqronomiya elminin çatışmayan cəhətini təkmilləşdirmək olmaz. 

Bitkilərin  tələbatından,  torpaqda  qida  elementlərinin  miqdarından, 

həmçinin  planlaşdırılan  məhsuldarlıqdan  asılı  olaraq  gübrələrin  dozasına, 

verilmə üsuluna, vaxtına və formasına ciddi riayət olunmalıdır. 

Tullantıların  ənənəvi  istifadəsi,  onların  20  km-dən  uzaqdan  gətirilməsi 

iqtisadi baxımdan özünü doğrultmur. Peyinin yalnız yaxın məsafədəki tarlaya 

verilməsi ərazinin çirklənməsinə səbəb olur. Bu öz növbəsində arzuolunmaz 

inqrediyentlərin  kənd  təsərrüfatı  bitkilərində  izafi  toplanması  təhlükəsi 

yaradır. 

İri heyvandarlıq kompleksləri peyin saxlama anbarları, peyin kütləsinin 

zərərsizləşdirmə  məntəqələri  və  üzvi  gübrə  hazırlayan  sexlərlə  təmin 

olunmalıdır.  1  ha  ərazidə  mal-qara  yükünün  (sayının)  normasına  riayət 

edilməli; 1 ha sahəyə verilən peyin şirəsi ildə 50 m-'-u keçməməlidir. 

Ekoloji  təhlükəsiz  məhsulun  yetişdirilməsində  çirkab  sularından  gübrə 

kimi və suvarmada istifadə edilməsi də müəyyən əhəmiyyət daşıyır. Çirkab 

sularının  tərkibində  çoxlu  miqdarda  qida  maddələri  olur.  Bununla  yanaşı, 

onların  bitkiçilik  obyektlərində  çökdürülməsi  nəticəsində,  tərkibindəki  bəzi 

komponentlər  insan  üçün  təhlükə  ola  bilər.  Torpağın  və  kənd  təsərrüfatı 

bitkilərinin  toksiki  maddələrlə  çirklənməməsi  üçün  çirkab  suları  suvarmada 

istifadədən  qabaq  mexaniki  və  bioloji  təmizlənmədən  keçməlidir.  Çirkab 

sularının  ümumi  minerallaşma  dərəcəsini  1,5...2  q/l-ə,  ümumi  azotun 

miqdarını 150...300 mq/l-ə endirmək üçün tərkibinə aqrokimyəvi və gigiyena 

tələblərinə uyğun təmiz su qatılmalıdır. 

24.8. BİOTEXNOLOGİYANIN NAİLİYYƏTLƏRİNDƏN 

İSTİFADƏ 

Ekoloji  təhlükəsiz  məhsul  əldə  etmək  üçün  texnologiyanın  yeni 

istiqamətlərindən  mikrobioloji  gübrələrdən  istifadəni,  məişət  tullantılarının 

sənayedə  yenidən  işlənməsini  (emalı),  heyvandarlıq  tullantılarının  kom- 

poslaşdırılmasmın  sənaye  texnologiyasını  -  peyin  milçəklərindən  istifadə 

edərək mal-qara ifrazatının (ekskrementlərinin) hazırlanma texnologiy- 

501 



nizmlər, xüsusilə də, mikrobiota müəyyən  rol oynayır. Toksikantlar torpağa 

düşdükdə onların sonrakı taleyi torpağın özünütəmizləmə qabiliyyətini təyin 

edən mikrob senozlarının aktivliyindən asılıdır. 

Pestisidlərin  çevrilməsi  yüksək  humuslu,  əlverişli  mühit  reaksiyalı, 

yüksək  bioloji  aktivliyə  malik,  müəyyən  strukturlu  mikrob  senozunun  və 

mikrob  müxtəlifliyi  ilə  səciyyələnən  qaratorpaqlarda  daha  intensiv  gedir. 

Qaratorpaqlar  torpağa  daxil  olan  toksikantların  təsirinə  qarşı  müqavimət 

göstərmək  qabiliyyətinə  malikdir.  Beləliklə,  torpaqda  humu-  sun  miqdarını 

saxlamaq  və  artırmaq,  torpağın  turşuluğunu  optimallaş-  dırmaq,  rütubətli 

torpağın  qurudulması  və  kipliyinin  azaldılması  ekoloji  təhlükəsiz  kənd 

təsərrüfatı bitkilərinin becərilməsi üçün mühüm şərtdir. 

24.7.2.

 

Toksikantların neqativ təsirinin aşağı salınması üsulları 

Ayrı-ayrı  regionlarda  yüksək  dərəcədə  çirklənmiş  torpaqlar  bir  çox 

illərdir  ki,  həmişəlik  kənd  təsərrüfatı  dövriyyəsindən  çıxmışdır.  Lakin  uzun 

illərdən  bəri  alimlərin  apardığı  tədqiqatlar  təsərrüfata  çirklənmiş  torpaqların 

rekultivasiyasını  tam  və  ya  qismən  təmin  edən  kifayət  qədər  inanılmış 

tövsiyələr hazırlannuşlar. Bura kimyəvi, flziki-kimyəvi, bioloji meliorasiya və 

xüsusi aqrotexniki tədbirlər daxildir. 

Əhəng  materiallarından,  kalium  gübrələrindən  və  başqa  kimyəvi 

vasitələrdən meliorant kimi istifadə olunması aşağıdakı nəticələr əldə etməyə 

imkan yaradır: 

 

mühit  reaksiyasını  (torpağın  pH-nı)  ağır  metallar,  radioaktiv 



elementlər  və  digər  toksikantların  mütəhərrik  birləşmələri  kənd  təsərrüfatı 

bitkiləri  üçün  əlverişsiz  və  ya  az  əlverişli  olan  formaya  keçdiyi  səviyyəyə 

çatdırmalı; 

 



torpaq  məhlulunda  antaqonist  elementlərin  (məs.,  kalium,  fosfor, 

kalsium  və  s.)  yüksək  konsentrasiyasmı  yaratmaqla,  toksik  elementlərin 

becərilən bitkilərə daxil olmasını azaltmaq; 

 



kimyəvi  reaksiyalar  nəticəsində  torpaq  məhlulunda  toksik 

birləşmələri az təhlükəli formaya keçirmək. 

Fiziki-kimyəvi  meliorasiya  müxtəlif  meliorantların  toksiki  elementləri 

adsorbsiya  edərək  (udaraq),  onları  səthində  və  ya  kristallik  çərçivədə 

saxlamaqla toksikantların kənd təsərrüfatı bitkilərinə daxil olmasının qarşısını 

almaq  qabiliyyətinə  əsaslanır.  Belə  melionatlara  aktivləşdiril-  miş  kömür, 

seolitlər,  montmorillonitlər,  vermikulitlər  və  s.  aiddir.  İonit-  lərdən  istifadə 

edərək,  onların  təsirilə  qeyri-toksik  elementlərin  (maddələrin)  toksik 

elementlərlə  müadilə  olunması  prosesini  fiziki-kimyəvi  meliorasiyaya  misal 

göstərmək olar. 

Bioloji  rekultivasiyanın  bir  neçə  istiqaməti  müəyyən  edilmişdir. 

Onlardan bitkinin yetişdirilməsini göstərmək olar. Buna misal olaraq ço- 



500 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə