Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə143/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   139   140   141   142   143   144   145   146   ...   216

XX FƏSİL 

AQROEKOLOJİ MONİTORİNQ. 

ONUN APARILMASININ METODİKİ VƏ TƏŞKİLİ ƏSASLARI 

20.1.

 

İNTENSİV ƏKİNÇİLİKDƏ AQROEKOLOJİ 

MONİTORİNQ 

Aqroekoloji  monitorinq  ümumi  monitorinq  sisteminin  mühüm  tərkib 

hissəsi  olub,  intensiv  kənd  təsərrüfatı  prosesində  aqroekosistemin  (və  ona 

qonşu  ərazilərin)  vəziyyətini  və  çirklənmə  dərəcəsini  müşahidə  və  nəzarət 

edən  ümumdövlət  sistemidir.  Onun  əsas  son  məqsədi  təbii-  resurs 

potensialından səmərəli istifadə etmək və kimyalaşdırma vasitələrinin düzgün 

tətbiqi  əsasında  yüksək  effektli,  ekoloji  balanslaşdırılmış  aqrosenoz 

yaratmaqdır. 

Aqroekoloji monitorinqin vəzifələrinə aşağıdakılar daxildir: 

 



aqroekosistemin vəziyyətinə müşahidələrin təşkili; 

 



-  aqroekosistemin  əsas  komponentlərinin  vəziyyətini  və  fəaliyyətini 

səciyyələndirən  nizama  salınmış  vacib  göstəricilərinin  yığımı  üzrə  sistemli 

obyektiv və operativ informasiyanın əldə edilməsi; 

 



əldə edilən informasiyanın qiymətləndirilməsi; 

 



yaxın  gələcəkdə  və  uzaq  zamanda  perspektivdə  müəyyən  aqrose- 

nozun vəziyyətinin dəyişməsinin proqnozunu vermək; 

 

qərar  və  tövsiyələrin  hazırlanması;  ekstremal  vəziyyətin  baş 



verməsinə  xəbərdarlıq  və  həmin  vəziyyətdən  çıxmaq  yollarının 

əsaslandırılması; aqroekosistemin effektliyinin idarə olunması. 

Aqroekoloji  monitorinqdə  informasiya  bazası  üzrə  qarşılıqlı  əlaqəli  iki 

yarımsestem ayrılır: elmi və istehsalat. 

Texnoloji qərarların icrası üçün ilkin məlumatların hazırlanmasının elmi 

bazası  aqroekoloji  monitorinqin  poliqonu  sayılır.  Belə  monitorinq  uzun 

müddət  təcrübə  aparılan  sahələrdə,  reper  nöqtələrində  aparıla  bilər.  Müasir 

cihaz  və  avadanlıqlarla  təchiz  olunduqda  belə  monitorinq  geniş  məsələlər 

spektrində fundametal tədqiqatların aparılmasına imkan yaradır. 5... 15 ildən 

bir hər hansı ölkədə istifadə edilən bütün kənd təsərrüfatı sahələrində nisbətən 

çox olmayan göstəricilərin toplanması istehsalat sisteminə daxil edilir. 

Aqroekoloji sistemin vahid sistemi müxtəlif təşkilatların gücünü bir yerə 

cəmləşdirərək,  hərtərəfli  müşahidələrin  aparılmasına,  torpağın  və 

aqroekosistemin digər baza elementlərinin məkan və zaman daxilində ekoloji 

vəziyyətinin  qiymətləndirilməsinə  imkan  yaradır.  Bunun  əsasında 

qısamüddətli və uzunmüddətli aqroekoloji məsələlərin həlli üçün ki- 



368 


XXV FƏSİL 

KƏND TƏSƏRRÜFATI VƏ İNSAN SAĞLAMLIĞI 

25.1.

 

ƏKİNÇİLİK VƏ İNSAN SAĞLAMLIĞI 

Əkinçilik insanın digər təsərrüfat fəaliyyti növləri ilə müqayisədə təbiətin 

dəyişdirilməsində  ən  böyük  radikal  vasitə  hesab  olunur.  Xam  və  dincə 

qoyulmuş torpaqların şumlanması, səpin işləri, plantasiyaların salınması təbii 

biotopları kənd təsərrüfatı sahələri ilə əvəz edərək, torpağın üst horizontlarının 

fıziki-kimyəvi  strukturunu  dərindən  dəyişdirir,  yabanı  bitən  floranın  əsas 

kütləsini məhv edir. Nəticədə təbii biotoplar kökündən dəyişilir, onlara uyğun 

biosenozlar  pozulur,  bunun  sayəsində  biosenozların  üzvləri  arasında  təbii 

mənbə xəstəliklərinin törədicilərinin dövran sistemi də pozulur. 

Buna  Cənubi  Qafqaz  düzən-dağətəyi  taun  mənbəyinin  deqradasiyası 

nümunəvi misal ola bilər. Əvvəllər Kür-Araz ovalığı landşaftlarında yayılan 

qırmızı  quyruq  qum  siçanı  bu  mənbələri  saxlayırdı.  1950-ci  illərdə  Şirvan, 

Mil, Qarabağ bozqırlarının, yarımsəhranın ərazisi mənimsənilməyə başlandı, 

ərazinin  şumlanması  və  irriqasiya  sisteminin  yaradılması  bu  gəmiricinin 

məskunlaşdığı  yerləri  bir-birindən  aralı  saldı.  Taunun  törədicilərinin  kök 

salması üçün şərait ləğv olundu, onun mənbələri sönməyə başladı. Beləliklə, 

xam  torpaqların  başdan-başa  şumlanması  Cənubi  Qafqazın  bu  hissəsinin 

sağlamlaşdırılmasına səbəb oldu. 

Şimali  Qazaxıstanın  ilkin  bozqır  (step)  

torpaq  massivlərinin  şumlanması  bu  xəstəliyin  əsas  infeksiyası  epizootik 

zəncirindəki başlıca üzvlərindən biri sayılan Marmota-bobasm sayının kəskin 

azalmasına səbəb oldu. 

l'orpağm  müntəzəm  hazırlanaraq  mədəni  bitkilərin  səpilməsi  bir  çox 

digər yoluxucu xəstəliklərə qarşı başlıca sağlamlaşdırıcı tədbir hesab olunur. 

Belə ki, Qazaxıstanın geniş xam torpaqlarında hər il taxıl bitkiləri becərilən 

ərazilərdə  biosenozlarla  əlaqədar  yayılan  çöl  gəmiricilərinin  yuvaları 

dağıdıldığı  üçün  gənə  səpmə  yatalağı  və  digər  yoluxucu  xəstəliklərin  təbii 

mənbələri (ocaqları) yox edildi. 

«Qolodnıy»  çölündə  pambıq  altında  becərilən  torpaqlarda  leyşma- 

niozlarm  təbii  mənbələri  məhv  edildi.  Türkmənistanın  Sumbar  vadisi 

başdan-başa bağa çevrildikdən sonra mığ-mığa, gənə ilə birlikdə gəmiricilərin 

biosenozları  tamamilə  dağıdıldı  və  gənə-səpmə  yatalağının  mənbələri  yox 

edildi. 

Ərazinin  kənd  təsərrüfatı  mənimsənilməsi  prosesinin  yoluxmanın 

(infeksiyanm) təbii ocağına (mənbəyinə) təsir mexanizmi aşağıdakı kimi 

506 



 

istehsalat  tullantılarının  ekoloji  baxımdan  təhlükəsizliyi  və  istifadəsinin 

qiymətləndirilməsi.  Bu  vəzifələrin  həlli  məhsulun  keyfiyyətinin  idarə 

olunmasının təkmilləşdirilməsinə kömək etməlidir. 



Vəzifə (proqram) 



 

▼ 

1 1 1 1  



Mshsulun 

keyfiyyətini 

formalaşdıran proses 

Becərilən və tədarük olunan 

xammalın həcminə və keyfiyyətinə 

təsir göstərən mühüm faktorlar 

Hazır məhsulun 

keyfiyyəti 

Qida müəssisəsində 

xüsusi keyfiyyət 

xidməti 




idarəetmə 

təsiri 

K :

 

Şəkil 24.4. Qida məhsullarının keyfiyyətini idarəetmə sisteminin quruluşunun mümkün 



fəaliyyəti sxemi: Kı, K

2

, K

3

 - idarəetmə təsiri (Kipriyanov, 1997) 

505 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə