Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə139/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   135   136   137   138   139   140   141   142   ...   216

ladıqda  450  litr  və  kövşək  halda  saxladıqda  100  litr  peyin  şirəsi  çıxır, 

'lərkibindo  fosfor  olmur,  azot  (0,3%)  və  kalium  (0,5%)  isə  azdır.  Azot 

karbamid  şəklində  olur.  Durulaşdırılmış  şəkildə  əlavə  yemləmə  şəklində  (5 

t/ha) kənd təsərrüfatı bitkilərinə verilir. 



Quş  zılı  güclü  təsiir  edən,  tərkibində  çoxlu  miqdarda  qida  elementləri 

olan üzvi gübrədir. İl ərzində hər toyuqdan 5-6 kq, hər ördəkdən 8-9 kq və hər 

qazdan 10-11 kq zıl yığılır. Tərkibində olan fosfor və kaliumun miqdarına görə 

quş zıh peyinlər içərisində ən keyfiyyətlisidir, toyuq zilinin tərkibində 1,63% 

azot, 1,54% fosfor və 0,85% kalium vardır. Hər hektar əkin sahəsinə 5-9 sent, 

quş zılı kifayətdir. 



Yaşıl gübrələr. Torpağın tərkibində üzvi maddələrin miqdarını artırmaq, 

onda  gedən  bioloji  prosesləri  sürətləndirmək,  quruluşunu  yaxşılaşdırmaq 

məqsədilə yaşıl gübrələrdən istifadə edilir. Yaşıl gübrə torpağı üzvi maddə ilə 

və azotla zənginləşdirmək üçün şumlama zamanı çevrilib basdırılan təzə bitki 

kütləsidir. Bu məqsədlə acı paxla, seradella, xə- şənbül, payızlıq çöl noxudu və 

digər  birillik  paxlalı  bitkilər  becərilir.  Bəzi  hallarda  yaşıl  gübrə  kimi 

qeyri-paxlalı bitkilər (xardal, qarabaşaq) və ya paxlalı bitkilər taxıl fasiləsinə 

aid  bitkilərlə  qarışdırılıb  əkilir.  Kifayət  qədər  yaşıl  kütlə  əmələ  gəldikdən 

sonra torpağa basdırılır. Bu proses si- derasiya, torpağa yaşıl kütlə şəklində 

basdırılan bitkilər isə sideratlar adlanır. Bəzən bir sahədə becərilən yaşıl kütlə 

alındıqdan sonra başqa sahəyə daşınıb basdırılır. Belə halda ona çalınmış yaşıl 

gübrə deyilir. Yaxşı  inkişaf etmiş  paxlalı  bitkilər torpağa basdırıldıqda əkin 

sahəsinin  hər  hektarına  35-40t  üzvi  maddə  basdırılır,  bununla  da  sahəyə 

150-200  kq  azot  verilmiş  olur.  Sideratlar  yaxşı  kök  sisteminə  malik 

olduqlarından  torpağın  dərin  qatından  kül  maddələrini  mənimsəyib  üst  şum 

qatını  zənginləşdirir.  Yaşıl  gübrənin  peyindən  üstün  cəhəti  onun  becərildiyi 

yerdə basdırılması, tərkibində olan azotun peyindəki azota nisbətən daha çox 

mənimsənilməsi və onun itməməsidir. 



Baktcrial  gübrələr  üzvi  və  mineral  gübrələrdən  başqa  torpaqda 

bitkilərin  qida  rejimini  yaxşılaşdıran  bir  sıra  bioloji  preparatlar  var:  torpaq 

bakteriyalarmdan  hazırlanan  nitragin,  azotabakterin  və  fosforabakte-  rin, 

sellüloz  və  üzvi  fosfor  birləşmələrini  parçalamaq  qabiliyyəti  olan 

bakteriyalardan hazırlanan AMB preparatı. 

Mineral və üzvi gübrələr verildikdə bitkinin normal inkişafı üçün zəruri 

olan  qida  maddələri  torpağa  daxil  olur.  Bakterial  gübrələrlə  torpağa  qida 

maddələri  deyil,  onları  toplaya  bilən  bakteriyalar  daxil  olaraq,  intensiv 

fəaliyyətləri ilə torpağı azot və fosforla zənginləşdirir. 

359 



Nitragin  şiş  bakteriyalarından  ibarətdir.  Bu  bakteriyalar  yalnız  paxlalı 

bitkilərin onlarla simbioz həyat tərzi keçirərək inkişaf edə bilir. Ona görə də 

bu preparat ancaq səpin zamanı paxlalı bitkilərin toxumlarına qarışdırılır. Bir 

qrup paxlalı bitkilərin kökündə özünəməxsus  yumrucuq bakteriyalar inkişaf 

edə  bildiyindən,  toxuma  yalnız  o  bakteriyalardan  ibarət  olan  nitragin 

qarışdırılır. 



Azotobakterin  preparatı paxlalılar fəsiləsindən olmayan bitkilər əkilən 

sahələrə verilir. Bu preparatın tərkibində azotobakter hüceyrələri vardır. Ona 

bəzən azotogen də deyilir. Dənli bitkilərin hər hektarına səpiləcək toxuma bir 

şüşə, kartof yumrularına isə 2-8 şüşə azotobakterin qatılır. 



Fosforobakterin  preparatı  tərkibində  üzvi  fosfor  birləşmələrini 

minerallaşdıra  bilən  bakteriya  hüceyrələrindən  ibarətdir.  Bu  bakteriyalarla 

yoluxdurulmuş  toxumlar  torpağa  səpildikdə  onlar  torpaqdakı  üzvi  fosfor 

birləşmələrini  parçalayıb  minerallaşdırır  və  bitkinin  mənimsəyə  biləcəyi 

formaya keçirir. 

AMB  bakterial  preparatının  tərkibində  bir  sıra  fəal  bakteriyalar  olur. 

Bunlar  üzvi  maddəni  parçalayaraq  onun  tərkibində  olan  qida  maddələrini 

bitkinin  mənimsəyə  biləcəyi  formaya  keçirir.  Bu  preparat  neytral  torf 

kütləsindən  ibarətdir.  Onun  tərkibində  ammonifıkatorlar,  nitrifıkatorlar, 

azotfıkatorlar,  sellüloz  parçalayan  bakteriyalar,  eləcə  də,  fosforlu  üzvi 

birləşmələr olur. Bu mikroorqanizmlər toplusuna autoxon mikroflora «B» və 

ya qısaca olaraq AMB deyilir. 



360 


XIX FƏSİL 

VERMİKULTURA VƏ BİOHUMUS, HAZIRLANMASI 

VƏ TƏTBİQİNİN EKOLOJİ ASPEKTLƏRİ 

Son  illər  bir  çox  ölkələrdə  biotexnologiyanın  yeni  bir  istiqaməti  - 

vermikultura,  yəni  sənaye  miqyasında  torpaq  soğulcanının  (Vermes-  torpaq 

soğulcanı cinsindən) bəzi formalarının yetişdirilməsi geniş vüsət almışdır. 

Bu  istiqamətin  formalaşması  və  inkişafı,  bioloji  əsasda  aktual  ekoloji 

vəzifənin  həll  olunmasına  imkanın  olmasıdır  (üzvi  tullantıların  istifadəsi, 

torpağın  münbitliyinin  artırılması,  yüksək  keyfiyyətli  təmiz  üzvi  gübrələrin 

alınması, təhlükəsiz kənd təsərrüfatı məhsulunun yetişdirilməsi və s.). 

Vermikultura  metodu  müxtəlif  poliyutantlarla  ətraf  mühitin  çirklənmə 

təhlükəsini olduqca azaldır, yaxud aradan qaldırır. 

Torpaq  soğulcanlarmın  tullantılarda  süni  yetişdirilməsi  üzrə  ilk 

təsərrüfatlar yarım əsr bundan əvvəl ABŞ-da yaradılmışdır. 

Hazırda  vermikulturanın  tətbiqi  praktikası  kənd  təsərrüfatında  və 

istehsalatın digər sahələrində geniş yayılmışdır. 



19.1.

 

VERMİKULTURANIN BİOLOJİ XARAKTERİSTİKASI 

Vermikultura  (vermikultur)  üzvi  substratda  kompost  soğulcanları-  dır. 

Vermikulturu  mədəni  landşaftın  tərkibində  müəyyən  məhdud  bio-  topda 

mürəkkəb biosenotik qruplaşma kimi təsvir etmək olar. 

Soğulcanlar  (qurdlar)  onurğasızlar  qrupunun  bir  neçə  tipini  birləşdirir, 

onların  arasında  rotatorilər,  nematodlar,  enxitreidlər,  halqalı  və  torpaq 

soğulcanları vardır. Məhz torpaq soğulcanları torpaqəmələgəlmə prosesində, 

torpağın münbitliyinin formalaşmasında və saxlanmasında böyük əhəmiyyət 

kəsb edir. 

Torpaq  soğulcanları  onurğasızlar  arasında  torpaq  makrofaunasının 

tərkibihə  daxil  olan  torpaq  sakinlərinin  ən  irisi  hesab  olunur,  torpaq 

biokütləsinin  yarısına  qədəri  onun  payına  düşür.  Məsələn,  meşə 

ekosistemlərində soğulcanların kütləsi torpaq biokütləsinin 50...72%-ni təşkil 

edir. Torpaq soğulcanlarmın əksəriyyəti hazırki MDB dövlətlərinin ərazisində 

lümbrisid  (Lumbricidal)  ailəsinə  daxil  olub,  özündə  180-nə  qədər  növ 

birləşdirir. 

Ümumiyyətlə, kütləvi şəkildə 16 torpaq soğulcanı növünə rast gəlinir və 

onların arasında Nicodrilus caliginosus növü dominantlıq edir. Bu növ adətən 

şumlanmış torpaqlarda məskunlaşır. 

361 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə