Cədvəl 18.1
Ölkələr
Ekoloji təmiz məhsul istehsal edən
fermaların sayı
Sahə, min ha
Belçika
150
1,0
Böyük Britaniya
575
13,0
Almaniya
2685
54,3
Danimarka
500
7,0
İrlandiya
97
1,5
İspaniya
350
2,8
İtaliya
800
9,0
Lüksemburq
11
0,45
Niderland
410
6,2
Polşa
34
0,42
Fransa
3000
20,0
ABŞ
30000
200,0
18.2.1.
Üzvi əkinçilik
Bu əkinçiliyin aparılmasında mineral gübrələrdən və pestisidlərdən
imtina edilir və ya onun istifadəsi olduqca azaldılır. Bu əkinçilik ABŞ-da geniş
yayılmışdır. Üzvi əkinçiliyin üsulları təbii resurslardan səmərəli istifadəni
təmin edir, əlverişsiz torpaq-iqlim şəraitində qarğıdalı və soya bitkisinin
məhsuldarlığını minimum aşağı salır, bəzi halda hətta məhsul- radlıq yüksəlir,
taxıl, qarğıdalı, kartof və alma yetişdirdikdə təbii enerjidən effektiv istifadə
olunur. Lakin bu zaman əmək xərcləri artır (12 .... 20%), məhsuldarlıq aşağı
düşə bilər (məsələn, taxıl - 43%-ə qədər).
ABŞ-da üzvi əkinçilikdə növbəli səpin apardıqda, adətən, paxlalı bitkilər
azota yüksək tələbat göstərən bitkilərlə növbələnir. Torpaq qatı çevrilmədən
becərilir, şumlanır (diskləmə-torpağı kultivator vasitəsilə becərmək,
yarıqaçma və s.). Alaq otları ilə mübarizə növbəli əkində istifadə edilən
bitkilərin köməyi ilə, sıx səpinlə və cərgə aralarında qoruyucu bitkilərdən
istifadə etməklə aparılır.
Bitkiləri həşəratlardan entomofaqlar mühafizə edir: zlatoqlazka, tri-
xoqratn, yırtıcı gənələr (fitoseyulyus), həmçinin biopreparatlar. Belə ki,
pulcuqlu qanadlılar əleyhinə bakterial ştamdan (Bacillus thurigiensis) istifadə
edilir. O, bir sıra sənaye preparatlarının komponenti sayılır. Ko- lorada
böcəyinin əleyhinə göbələk preparatı - boverin effektli hesab olunur, onun
tərkibinə Beaverin bassiana göbələyi daxil olur. Həşəratın orqanizminə daxil
olduqda göbələk toksinlər - boverin və siklodepepsi- peptid ayırır. Pulcuqlu
qanadlılara qarşı bitki mənşəli insektisidlər, xəstəliklərə qarşı isə bitkilərin
tərkibi və zəif toksik preparatlar yaxşı nəticə göstərir. Üzvi əkinçilikdə mineral
azot gübrələri yüksək keyfiyyətli üzvi gübrələrlə (peyin, kompost, yaşıl
gübrələr) əvəz olunur.
353
üzvi gübrəbrdon istifadə bioloji əlverişli vaxtda apanidıqda yaxşı nəticə
verir, gübrənin forması isə aqrosistem tərəfindən qida maddələrinin
maksimum mənimsənilməsinə şərait yaradır. Bu, ilk növbədə kom- posta
aiddir. Kompostun hazırlanması böyük gigiyenik əhəmiyyət kəsb edir.
Kompostlaşdırma zamanı bir çox xəstəlik törədicilərin inaktivasiy- ası baş
verir. Yüksək temperaturda kompost topası daxilində bakteriya- lar məhv olur,
bu isə mədəni bitkilərin zədələnməsinə səbəb olur.
Peyin aerob şəraitdə sıra ilə uzunluğu 100 ... 120 m eni, 2,5...4 m
qalaqlarda hazırlanır. Kompostlaşdırma prosesi kifayət qədər nəmlik olmayan
zəif havalı şəraitdə gedərsə, asanlıqla konservasiya prosesinə keçər. Odur ki,
samanın peyinlə birlikdə parçalanması zamanı kifayət qədər oksigen
olmalıdır. Kompost kütləsi daxilində temperatur 52^C-dən yuxarı
qalxmamalıdır.
Yerli iqlim şəraitindən asılı olaraq kompostlaşdırma prosesi 3-dən 6 aya
qədər davam edir. Yetişmiş halda kompost öz dəyərini itirməyib uzun müddət
saxlanıla bilər.
Tələb olunan temperatur rejimini almaq üçün aşağıdakı üsullardan
istifadə etmək olar:
-
5-10% torpaq əlavə edərək onu kompostun bütün həcmi üzrə bərabər
bölüşdürməli;
-
bərabər qalınlıqda təzə peyin əlavə etməli (bunu hər gün etmək olar).
Qida maddələrinə tələbkar olan bitkilər üçün (kələm, kartof, qarğıdalı,
çuğundur) kompost olduqca yaxşı gübrə sayılır.
Hazır komposta bəzən kalium və fosfor gübrələri də qatılır.
18.2.2.
Biodinamik əkinçilik
Bu əkinçilik tipinin inkişafı 1930-cu illərin sonuna təsadüf edir.
Biodinamik əkinçilik kənd təsərrüfatında daha qədimdən təşkil olunmuş
hərəkat hesab edilir. Yaranışının ilk vaxtlarında bu istiqamət kənd
təsərrüfatının bioloji, texniki, iqtisadi və sosial aspektlərini birləşdirirdi.
1928-ci ildən başlayaraq biodinamik hərəkat ilk olaraq sertifikatlaşdırılmış
ərzaq məhsulunun satışını təşkil etdi. Belə halda, əkinçiliyin problemi
kompleks şəkildə, yəni kənd təsərrüfatı, insan, ətraf mühit, kosmos, həmçinin
onların qarşılıqlı təsiri kimi müzakirə olunurdu. Mineral gübrələrdən və
pestisidlərdən, ümumiyyətlə, istifadə edilmirdi. Bitki xəstəlikləri ilə
mübarizədə bitki mənşəli preparutlarm və digər bitkilərin (boymadərən,
gicitkən, birəotu, pişikotu (valerian otu) və s.) cövhərindən istifadə olunurdu,
Biodinamik əkinçiliyin banisi alman alimi Rudolf Şteyner (1861- 1925)
idi.
354