Çəmən əkin dövriyyəsində birillik ot bitkilərindən istifadə olunurdu, bu, onun
məhsuldarlığını artırırdı.
V.R.Vilyams bərk topavari strukturu münbitliyin əsas inteqral göstəricisi
hesab edirdi. Onun konsepsiyasına görə, əkin dövriyyəsində çoxillik paxlalı
və taxıllı otların əsas rolu möhkəm topavari strukturun yaradılmasıdır.
Çoxillik otlar tərəfindən yaradılmış torpağın struktur halından yalnız yazlıq
taxıllar istifadə etməlidir. Bu sahələrdə payızlıq taxıl və cərgəarası becərilən
bitkilərin yerləşdirilməsi yolverilməzdir.
Ot-tarlah əkinçilik sistemi çərçivəsində əkinçiliyin digər halqaları -
torpağın becərilmə qaydası, gübrələmə, alağa, zərərvericilərə və xəstəliklərə
qarşı mübarizə, meliorativ tədbirlər, toxumçuluq ətraflı işlənmişdir.
Ot-tarlalı əkinçilik sisteminin başlıca nöqsan cəhəti bu sistemdə ölkə
ərazisinin
ayrı-ayrı
zonalarının
torpaq-iqlim
şəraitlərinin
nəzərə
alınmamasıdır. Bu isə onların səmərəsizliyinə və məhsuldarlığın aşağı
düşməsinə gətirib çıxarırdı. Digər mənfi cəhəti bu əkinçilik sistemində
mineral gübrələrdən istifadə minimuma endirilmişdi.
17,4,
İNTENSİV ƏKİNÇİLİK SİSTEMLƏRİ
İntensiv əkinçilik sisteminin klassik nümunəsi növbəli əkinli əkinçilik
sistemlərinin ortaya çıxmasıdır. Növbəliəkinli əkinçilik sistemi intensiv
əkinçilik sistemi tipi olub, əsas əlamətləri aşağıdakılardır:
1)
burada kənd təsərrüfatı bitkilərinin becərilməsi və torpaq
münbitliyinin geniş təkrar istehsalı intensiv formalarda həyata keçirilir;
2)
tarla növbəli əkinlərə üçyarpaq yonca və cərgəarası becərilən bitkilər
daxil edilir, bunlar dənli taxıl əkinləri ilə növbələşdirilir.
Növbəli əkinli əkinçilik sisteminə klassik nümunə kimi Norfolk
dördtarlalı əkinçilik sistemini göstərə bilərik:
1
- cərgəaraları becərilən bitkilər;
2
- payızlıq buğda;
3
- arpa+üçyarpaq yonca;
4
- üçyarpaq yonca.
Burada sahənin 50%-i taxıl altında, qalan yarısı isə cərgəarası becərilən
bitkilər və yonca altında istifadə olunur.
Növbəliəkinli əkinçilik sistemi Qərbi Avropa ölkələrində geniş tətbiq
olunaraq bu ölkələrin kənd təsərrüfatının inkişafında mütərəqqi rol
oynamışdır. Onun tətbiqi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını və
torpaqların münbitliyini artırmağa imkan vermişdir. Bu əkinçilik sisteminə
keçid təmiz taxılçılıq təsərrüfatlarından dəyərli texniki (kartof, şəkər
çuğunduru) və digər çəcgəaraları becərilən bitkilərin yetişdirildiyi
taxıllı-heyvandarlıq təsərrüfatlarına keçəmyə imkan vermişdir. Bu əkin
348
çilik sistemi müasir dövrdə üzvi və mineral gübrələrin və pestisidlərin geniş
tətbiqi ilə seçilir.
İntensiv əkinçilik sistemləri arasında sənaye-zavod (cərgəaraları
becərilən) əkinçilik sistemi daha intensiv və enerjitutumlu hesab olunur. Bu
əkinçilik sistemində əkinlərin 50%-dən çoxu yüksək üzvi (50-60 t/ha) və
mineral gübrə (1 t/ha) norması, herbisidlər və kimyalaşmanın digər
vasitələrini, həmçinin suvarma tələb edən cərgəaraları becərilən bitkilər üçün
ayrılır.
Taxıliı-hcrikli torpaqqoruyucu əkinçilik sistemi haqqında bir qədər
əvvəl məlumat verildi. Bu əkinçilik sistemində ərzaq (payızlıq buğda, yazlıq
buğda, payızlıq çovdar) və yem (arpa, yulaf və s.) dənli bitkilərinə üstünlük
verilir. Bununla belə, becərilən torpaqların müəyyən hissəsi (5- 25%) herik
altına ayrılır. Torpaqların münbitliyinin bərpası və artırılması üzvi və mineral
gübrələrin yüksək dozada verilməsi və torpaqoruyucu qaydalara riayət etmək
(əkinləri və heriki zolaqlar şəklində yerləşdirməklə) nəmliyi qoruyub
saxlamaq və herik vasitəsilə alaqları məhv etməklə əldə edilir.
Taxıllı-cərgəarası becərilən əkinçilik sistemində taxıllı və cərgəaraları
becərilən bitkilər üstünlük təşkil edir. Bu sistem baha intensiv əkinçilik sistemi
hesab olunur. Bir hektardan alman biokütlənin əkinçilik sistemi hesab olunur.
Bir hektardan alınan biokütlənin miqdarı yüksək olmaqla yanaşı, sahədən
aparılan qida elementlərinin miqdarı da çoxdur. Bununla əlaqədar
torpaqqoruyucu tədbirlərin görülməsi, xüsusən də yüksək dozada mineral və
üzvi gübrələrin verilməsi tələb olunur. Herikin əkin dövriyyəsində olmaması
alaq otlarına qarşı herbisidlərdən daha intensiv istifadəni tələb edir. Bu
əkinçilik sistemi Rusiya və Ukraynanın mərkəzi qaratorpaqlarında geniş tətbiq
olunur.
Kapitalizmin sürətli inkişafı, şəhər əhalisinin artması və heyvandarlıq
məhsullarına olan tələbatın çoxalması ilə əlaqədar, əkinlərə cərgəvi üsulla
səpilən bitkilərin daxil edilməsi nəticəsində yeni meyvədəyişmə əkinçilik
sistemi yarandı. Heyvandarlığın inkişafı ilə əlaqədar bu sistemdə paxlalı və
kökümeyvəli bitkilərin əkilməsinə üstünlük verilir. Meyvədəyişmə sisteminin
səciyyəvi əlamətləri - yüksək məhsuldar çəmənliklərdən başqa bütün təbii ot
sahələrinin əkilməsindən, yem bitkilərindən istifadə edilməsindən, təmiz
heriklərin məşğullu heriklərə çevrilməsindən ibarətdir.
Taxıllı-herikli-cərgəarası becərilən əkinçilik sistemində taxıllı, cərgə-
araları becərilən bitkilər və herik sahələri üstünlük təşkil edir. İntensivliyinə
görə taxılh-cərgəaraları becərilən əkinçilik sistemindən geri qalsa da,
taxıllı-herikli torpaqqoruyucu əkinçilik sistemindən üstündür. Bir hektar əkin
dövriyyəsindən alınan taxıl, yem və başqa bitkiçilik məhsul-
349