Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə142/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   138   139   140   141   142   143   144   145   ...   216

lir. Son vaxtlar burada müasir metod və texnologiyanın köməyi ilə virusa və 

şişlərə qarşı zərdab (sivorotka) hazırlanır. 

Vermikultur tərkibindəki zülalın miqdarına görə heyvan və balıq əti, soya 

paxlası,  taxıl  və  quru  südü  ötüb  keçir  və  ondan  qidaya  əlavə  kimi  elTektiv 

istifadə olunur. 

19.33.  Torpaq  soğulcanlarından  istifadə  edərək  kənd  təsərrüfatı 

istehsalında qapalı tsikl yaratma perspektivləri 

Alimlərin  fikrincə,  torpaq  soğulcanlarının  hərtərəfli  xassələri  ondan 

tullantısız  texnoloji  proseslərdə  istifadə  etməyə  imkan  yaradır.  Geniş 

aprobasiya  qazanmış  (təsdiqini  almış)  belə  istiqamətlərdən  biri  üzvi 

tullantıların (xüsusilə heyvandarlıq kompleks və fermaların) anaerob işlənib 

hazırlanması hesab olunur. 

Anaerob  şəraitində  müxtəlif  tullantıların  işlənməsi  zamanı  xeyli  qaz 

ayrılır ki, ondan qazanxanaların və istixanaların qızdırılmasmda və s. istifadə 

etmək olar. 

Atılmış peyin yüksək effektli gübrə sayılır. Vermikultur bir sıra ölkələrdə 

geniş tətbiq olunur. Məs., Fransada «Vermikompost» birliyi fəaliyyət göstərir, 

burada 15... 16 ha sahədə sutka ərzində torpaq soğulcan- lannın köməyi ilə 150 

tona yaxın müxtəlif üzvi tullantılar işlənir. 

19.3.4.

 

Torpaq  soğulcanlarının  sənayedə  artırılmasının  əsas 

prinsipləri və üsulları 

Torpaq  soğulcanları  açıq  şəraitdə  və  qorunmuş  yerdə  yetişdirilə  bilər. 

Məlum  bir  sıra  növlərdən  -  qırmızı  hibriddən  istifadə  olunması  məqsədə 

uyğundur  (ticarət  adı  kaliforniya  qırmızı  soğulcanıdır),  ümumiyyətlə,  üç 

növdən  (Eisenia  foetida,  Lombricus  rubellus  və  qırmızı  hibrid)  ibarətdir. 

Torpaq soğulcanlarının hazırlanmasında əsas texnoloji vasitə yataq sayılır. Bu 

üzvi qida kütləsindən (substrat) ibarət uzunluğu 2 m, eni 1 m, hündürlüyü isə 

0,4...0,6 m olan «lək»-dir. Bir ləkin sahəsi 1 m-- a bərabərdir. İl ərzində bir 

ləkə  1,0...2  ton  üzvi  kütlə  tələb  olunur.  Bu  işi  yerinə  yetirən  optimal 

vermitəsərrüfat 1 ha sahəni tutub 1200 ləkdən ibarət olur. Torpaq soğulcanları 

məişət  və  digər  tullantılar,  lil,  peyin,  çirkab  suları  və  s.-dən  ibarət  üzvi 

maddələrlə  (substrat)  qidalandırılır,  yumşaq  struktur  yaratmaq  üçün  ona 

müxtəlif porsiyada bərk üzvi komponentlər, məsələn, ağac qabığı, yarpaq və s. 

qatılır. Təxminən 100 min soğulcana substratın miqdarı ildə 1000 kq-a yaxın 

olmalıdır. 

Soğulcanlar  üçün  substrat  ikiqat  əhəmiyyətə  malikdir:  birincisi,  o, 

məskunlaşma  yeri  vəzifəsini  görür,  ikincisi  isə,  bu  qida  onların  fəaliyyət 

səviyyəsini  təmin  edir.  Ona  görə  də,  substratın  strukturuna  və  kimyəvi 

parametrlərinə xüsusi tələbat vardır: nəmliyi 70...80% olmalı; parça 

366 



lanmaya  məruz  qalmayan  əşyalar  (daş,  metal,  şüşə  və  s.)  kənarlaşdırılır, 

neytral mühit reaksiyası (optimum 6,8...7,2) olmalı;, dəmir oksidləri 10%-dən 

artıq olmamalıdır. 

Qida  substratına  aqroekoloji  tələbat.  Qida  substratı  yarımduru  kon- 

sistensiyalı və yaxşı xırdalanmış olmalıdır, belə ki, kaliforniya soğulca- nının 

uda  biləcəyi  hissəcik  1  mm-ə  qədərdir.  Soğulcanlar  yalnız  öz  çəkisi  qədər 

miqdarında (1 q-a yaxın) qida yeyə bilər. Onun 40%-i mənimsənilir, 60%-i isə 

koprolit şəklində ayrılır. 

Substrata  bostan,  meyvə,  tərəvəz  bitkilərinin  tullantıları,  10%-ə  qədər 

əhəng tullantıları (defekat, əhəng, təbaşir, mergel, şist külü və s.) ilə birlikdə 

qatıldıqda onun miqdarı çoxalır. Nəzərə alınmalıdır ki, sub- stratda proteinin 

miqdarı  45%-i  keçdikdə  soğulcanlar  məhv  olur,  odur  ki,  onun  miqdarı 

25...30%-dən artıq olmamalıdır. 



Vermikulturun qışda yetişdirilməsi.  Qış dövründə soğulcanlar qapalı, 

qızdırılan,  temperatur  lO'^C-dən  aşağı  olmayan  otaqda  saxlanmalıdır. 

7^C-dən  aşağı  temperaturda  soğulcanlar  anabioz  vəziyyətinə  düşməyə 

‘başlayır. Qış dövründə soğulcan üçün ən münasib qida, tərkibində 20%- dən 

az olmayan peyinli torpaq sayılır. 

Həyətyanı və bağ sahələrində vermikompostun hazırlanması. Vermi- 

kultur  metodunu  tullantıları  (bitki  qalıqları,  budaq  və  s.)  işləməklə 

müvəffəqiyyətlə  fərdi  bağlarda,  həyətyanı  sahələrdə  də  tətbiq  etmək  olar. 

Bunun  üçün  tullantılar  topa  ilə  yığılır,  nəmləndirilir  və  parçalanmaq  üçün 

saxlanır.  l...l,5  aydan  sonra  istiləşmə  prosesi  başladıqda  toplanan  kütləyə 

soğulcanlar yerləşdirilir (1 m^ sahəyə təxminən 1 min ədəd). 3...4 aydan sonra 

kompost hazırdır. 

Soğulcanları  kompostdan  ayırmaq  üçün  olduqca  sadə  üsuldan  istifadə 

olunur.  Vermikompost  topasının  yanında  təzə  tullantılardan  ibarət  yeni  topa 

düzəldilir,  bu  zaman  soğulcanlar  sürünərək  qida  dalınca  bura  gəlir.  Eyni 

zamanda  2  mm  ölçülü  metal  ələkdən  istifadə  etmək  olar,  ələdikdə  torpaq 

ələkdən keçir, soğulcanlar ələkdə qalır. 



Torpaq  soğulcanlarının  zərərvericiləri.  Torpaq  soğulcanlarının 

qoruyucu  orqanı  olmadığından  ona  istənilən  heyvan-siçovul,  siçan,  ilan, 

qurbağa,  quş.hücum  edə  bilər,  ən  qorxulusu  xöstəbəkdir.  Odur  ki,  soğulcan 

yetişdirdikdə  müxtəlif  çəpərlərdən,  məsələn,  metal  tordan  istifadə  etmək 

lazımdır. Bu, göstərilən düşmənləri ləkə daxil olmaqdan qoruyur. Toru ləkin 

yanlarında qurmaq lazımdır. Məryəmqurdu, güvə və qarışqa da soğulcanlara 

təhlükə  yarada  bilər.  Belə  ki,  onlar,  əsasən,  yemdə  olan  yağ  və  şəkərlə 

qidalanaraq soğulcanlara rəqiblik edir. 

Torpaq soğulcanlarının parazitlərindən milçəkləri, xüsusilə Polenia rudisi 

qeyd etmək olar. Soğulcanlara digər təhlükəli zərərverici nema- todlar sayılır. 



367 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə