Biohumus özündə yaxşı balanslaşdırılmış və asan mənimsənilən formada
bitkinin qidalanması üçün vacib olan maddələr saxlayır. Bu humusda quru
üzvi kütlənin miqdarı 50%, humusda isə 18% olur; mühit reaksiyası bitki və
mikroorqanizmlər üçün əlverişli olub - pH 6,8....7,4 təşkil edir; ümumi azotun
miqdarı 2,2%, fosfor - 2,6%; kalium - 2,7%-ə çatır. Bundan başqa
biohumusun tərkibində bütün lazımi mikroele- mentlər və bioloji aktiv
maddələr olur, onlardan fermentlər, vitaminlər, hormonlar, auksinlər,
heteroauksinlər və s. göstərmək olar.
Qeyd etmək lazımdır ki, biohumusun tərkibində olan üzvi maddərin çox
miqdarı humin turşuları (31,7...41,2%) və fulvoturşularmdan (22,3... 34,8%)
ibarətdir.
Humin turşuları arasında ən qiymətli fraksiya - humat-kalsium
(43,3...47,6%) üstünlük təşkil edir.
Biohumusda olan qida elementləri torpağın mineral komponentləri ilə
qarşılıqlı təsiri sayəsində mürəkkəb kompleks birləşmələr əmələ gətirir. Odur
ki, onlar yuyulmadan qorunub saxlanılır, suda zəif həll olunur, uzun müddət
ərzində bitkini qida ilə təmin edir (2-3 ildən artıq). 1 ton biohumusda orta
hesabla 45 kq qida maddələri (NPK) olur və çox vaxt özünün qidalılıq
qiymətinə görə üzvi gübrələrdən üstün olur.
Dənələrinin ölçüsünə görə biohumus aşağıdakı növlərə ayrılır:
—
Mor (dənəciklərin ölçüsü 0,7... 1 mm) - biohumusun ən iri fraksiyası
sayılır. Bitkiçilik, bostan və bağçılıqda tətbiq olunur. Səpin zamanı o,
cərgələrə, yuvacıqlara, çalacıqlara verilir;
—
Moder (dənəciklərin ölçüsü 0,3.. .0,7 mm) - biohumusun yumşaq
fraksiyası. Bostan, parnik, istixana və oranjeriya bitkilərinin qidalanmasında
istifadə edilir.
—
Mul (dənəciklərin ölçüsü 0,1 mm-ə qədər) - biohumusun ən xırda
fraksiyaları (və ya humusun unu). Torpağa verildikdə tez həll olur və bitki
tərəfindən mənimsənilir. Köçürülüb əkildiyi zaman stres vəziyyətində olan
bitkilərin «müalicəsi», həmçinin becərilən bitkidən tez effekt əldə etmək üçün
istifadə olunur.
Biohumusdan istifadə edildikdə kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığının
formalaşması,
alman
məhsulun
keyfiyyətinin
yaxşılaşmasının təmin olunması kimi qiymətli xassələri meydana çıxır.
Müəyyən edilmişdir ki, biohumusdan istifadə edildikdə taxıl bitkilərinin
məhsuldarlığı 30...40%, kartofunku 30...70%, tərəvəzinki isə 35-70% artır.
Quru maddə hesabı ilə 1 ton üzvi tullantını soğulcanlarla işləyib
hazırladıqda 600 kq biohumus alınır, qalan 400 kq biohumus isə soğulcan
biokütləsi halında 100 kq dəyərli zülala transformasiya olunur.
Toplanmış materialların ümumiləşdirilməsi və təhlili nəticəsində
biohumusun aşağıdakı əsas aqroekoloji xassələrini göstərmək olar:
364
—
biohumus müxtəlif kənd təsərrüfatı bitkilərinin inkişaf və
məhsuldarlığına təsirinə görə ənənəvi üzvi gübrələrdən üstünlüyü ilə seçilir;
—
biohumıısda qida elementləri üzvi formada olur, bu isə onları
yuyulmaqdan qoruyur və uzun müddət təsirini saxlayır;
—
biohumıısda qida elementlərinin mənimsənilmə qabiliyyəti xeyli
yüksəkdir, bu, bitki üçün lazım olan elementlərin yaxşı mənimsənilmə
formasında olması ilə bağlıdır;
—
biohumusun yaratdığı mühitin reaksiyasının optimalhğı, öz
növbəsində, bitkinin inkişafı üçün əlverişli mühit yaradır;
—
biohumus yüksək buferliliyi ilə xarakterizə edilir, buna görə də, torpaq
məhlulunda duzların izafi qatıhğı yaranmır. Torpaqda duzların
konsentrasiyasının artması, adətən, yüksək doza mineral gübrələrdən istifadə
edildikdə baş verir;
—
biohumusda faydalı mikrofloranın zənginliyi, təbii ki, ali bitkilər üçün
onun qida və fitosanitar əhəmiyyətini yüksəldir;
—
alaq otlarının toxumlarının olmaması, sonralar alaqlarla mexaniki və
ya kimyəvi mübarizənin aparılmasını istisna edir;
—
biohumusda bioloji aktiv maddələrin (auksin, heteroauksin və b.)
bitkinin stres vəziyyətini azaldır, bitiş faizini artırır, toxumun cücərməsini
tezləşdirir, bitkinin xəstəliklərə qarşı davamlılığını yüksəldir.
19.3.2.
Vermikulturun heyvandarlıqda və tibbdə qida məhsulu kimi
istifadəsinin mümkünlüyü (imkanları)
Dünya alimlərinin tədqiqat işləri göstərir ki, biohumus istehsalı ilə yanaşı,
vermikultur olduqca çox müxtəlif təsərrüfat məqsədləri üçün perspektiv
sayılır.
Kənd təsərrüfatı heyvanlarının və quşların yem rasionuna torpaq
soğulcanlarmın biokütləsini əlavə etdikdə məhsulun artmasına və
keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Belə ki, toyuqların yem rasionuna
104 gün ərzində 1% soğulcanların biokütləsi əlavə olunduqda onların yumurta
verməyi 20% artır və eyni zamanda yumurtanın tərkibində pro- teinin miqdarı
çoxalır.
İnəklərin qida rasionuna 0,5 kq soğulcanların təzə biokütləsi qatıldıqda
süd sağımı 22% artmışdır.
Vermikulturun tibbdə, farmakologiyada, kosmetika sənayesində istifadəsi
də az maraq doğurmur. Soğulcanların ekstraktlarınm (cövhərinin) müxtəlif
tipləri tibb preparatları və dəri qoruyucu kosmetika və s. üçün istifadə edilir.
Belə ki, vermikultur cövhəri əsasında hazırlanan məlhəm dəmrov, ekzem,
varikoz yaraların müalicəsində istifadə olunur, ondan göz xəstəliklərində
tətbiq olunan preparatlar da hazırlanır.
Çin təbabətində torpaq soğulcanlarından 2 min ildir ki, istifadə edi
365