Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə133/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   129   130   131   132   133   134   135   136   ...   216

təbii  amillərin  təsiri  ilə  uzun  müddət  ərzində  bərpası  ilə  səciyyələnir.  Bu 

əkinçilik  sistemində  bitkiçilik  məhsulları  torpağın  təbii  münbitliyi  hesabına 

əldə edilir. 

17.2.

 

EKSTENStV ƏKİNÇİLİK SİSTEMİ 

Primitiv  əkinçilik  sistemi  ilə  müqayisədə  ekstensiv  əkinçilik  sistemləri 

irəliyə  doğru  bir  addım  hesab  olunur.  Ekstensiv  əkinçilik  sistemləri  herikli 

əkinçilik sisteminin ortaya çıxması ilə yaranmışdır. Herikli əkinçilik sisteminə 

keçidlə  əlaqədar  taxıl  bitkiləri  əkinlərinin  sahəsini  3-4  dəfə  artırmaq, 

torpaqdan istifadənin intensivliyini yüksəltmək mümkün olmuşdur.Bu zaman 

məhsuldarlıq da artmışdır. 

Bu  əkinçilik  sistemində  peyinin  tətbiqi,alaq  otlarına  qraşı  mübarizə, 

torpaqda nəmliyin və qida elementlərinin saxlanması üçün yaxşı şərait yaranır. 

Herikli əkinçilik sistemi üçün taxıllı-herikli qısa əkin dövriyyəsi səciyyəvidir. 

Bu  zaman  təmiz  herikin  arxasınca  bir,  iki  və  bəzən  də  üç  il  ərzində  dənli 

bitkilər  əkilirdi.  Başqa  halda  üç  tarlalı  əkinçilik  sistemindən  də  istifadə 

edilirdi: 1 - herik, 2 - payızlıq taxıl, 3 - yazlıq taxıl (vələ- mir, arpa). Herikli 

əkinçilik  sisteminin  primitiv  əkinçilik  sistemi  ilə  müqayisədə  müsbət 

cəhətlərinin  olmasına  baxmayaraq,  o,  heyvandarlığın  inkişafı  üçün  əlverişli 

deyildi, çünki əkin dövriyyəsində yem bitkilərindən istifadə olunmurdu. Təbii 

yem sahələrinin herik altına verilməsi ilə əlaqədar mal-qara herikli sahələrdə 

otarılmağa məcbur idi, bu da onun səmərəliliyini aşağı salırdı. 

Hazırda  klassik  herikli  əkinçilik  sistemi  gətirilmə  üzvi  və  mineral 

gübrələrin  geniş  tətbiq  edildiyi  intensiv  taxıllı-herikli  torpaqqoruyucu 

əkinçilik  sisteminə  təkamül  etmişdir.  Bu  əkinçilik  sistemi  hazırda  Sibir, 

Şimali Qazaxıstan, Volqaboyu ərazilərdə geniş tətbiq edilir. 

Rütubətlənmə şəraiti  yaxşı və heyvandarlığın inkişafı yüksək  olan bəzi 

yerlərdə  (Almaniya,  tsveç  və  s.)  herikli  əkinçilik  sistemləri  çoxtarla- 



lı-kövşənli (otlu) əkinçilik sistemlərinə təkamül etmişdir. Çoxtarlah- kövsənli 

(otlu) əkinçilik sistemində sahənin yaryıa qədər hissəsi çəmən və örüş altına 

verilirdi.  Bu  zaman  təbii  otlar  tərkibi  yaxşılaşdırılmış  çoxillik  otlarla  əvəz 

edilirdi.  Çoxtarlah-kövşənli  (otlu)  əkinçilik  sisteminin  qurulmasına  nümunə 

olaraq  aşağıdakı  əkin  dövriyyəsini  göstərmək  olar:  1-6  -  çoxillik  otlar,  7  - 

kətan, 8 - təmiz herik, 9 - payızlıq çovdar, 10 - yazlıq buğda, 11 - təmiz herik, 

12 - payızlıq çovdar, 13 - yazlıq buğda, 14 - təmiz herik, 15 - payızlıq çovdar. 

Çoxtarlah-kövşənli  (otlu)  əkinçilik  sisteminin  tətbiqinin  vacib  şərtləri 

aşağıdakılardır: rütubətli iqlim şəraiti, çox torpaqlılıq və əhali azlığı, çoxillik 

ot bitkiləri toxumçuluğunun yaxşı inkişaf etməsi. 



346 


Çoxtarlalı-kövşənli  əkinçilik  sisteminin  əkin  dövriyyəsində  çoxillik 

otlardan  geniş  istifadə  edilməsi,  üzvi  qalıqların  toplanması  hesabına  torpaq 

münbitliyinin  artılırması  üçün  şərait  yaradır,  torpaqların  qida  rejimini  və 

fıtosanitar  şəraitini  yaxşılaşdırır.  Bununla  belə,  çoxtarlalı-  kövşənli  (otlu) 

əkinçilik  sistemində  herikli  əkinçilik  sistemində  olduğu  kimi,  torpağın 

münbitliyi təbii amillər hesabına həyata keçirilir. Gübrələrdən və başqa sənaye 

vasitələrindən istifadə olduqca məhduddur. İqlimi kontinental olan ölkələrdə 

bu əkinçilik sistemi geniş tətbiqini tapmamışdır. 



17.3.

 

KEÇİD ƏKİNÇİLİK SİSTEMİ 

Keçid  əkinçilik  sistemindən  ən  geniş  yayılanı  yaxşılaşdırılmış  taxıllı 

əkinçilik  sistemidir.  Yaxşılaşdırılmış  taxıllı  əkinçilik  sistemi  herikli  və 

çoxtarlalı-kövşənli (otlu) əkinçilik sistemlərinin təkmilləşdirilməsi nəticəsində 

yaranmışdır. Yaxşılaşdırılmış taxıllı əkinçilik sisteminin qurulmasına nümunə 

olaraq aşağıdakı əkin dövriyyəsini göstərmək olar: 1- təmiz herik, 2 - payızlıq 

buğda + yonca, 3 - yonca, 4 - yazlıq buğda. 

Çoxtarlalı-kövşənli  (otlu)  əkinçilik  sisteminin  tədricən  yaxşılaşdırılmış 

taxıllı əkinçilik sisteminə keçilməsi çoxillik ot sahələrinin azaldılması və taxıl 

sahələrinin  artırılması  hesabına  baş  vermişdir.  Yaxşılaşdırılmış  taxıllı 

əkinçilik  sistemi  qeyri-qaratorpaq  zonada  geniş  tətbiq  edilirdi. 

Yaxşılaşdırılmış  taxıllı  əkinçilik  sisteminin  sonrakı  yaxşılaşdırılması  qara 

herikin tədricən azaldılması və onun bitkili heriklə əvəzlənməsi istiqamətində 

olmuşdur.  Bundan  başqa,  bu  cür  əknçilik  sistemlərinin  əkin  dövriyyəsinə 

tədricən  cərgəarası  becərilən  bitkilər  də  daxil  edilirdi.  Nəticədə 

yaxşılaşdırılmış taxıllı-cərgəarası becərilən əkinçilik sistemi yaranırdı. 

Yaxşılaşdırılmış  taxıllı  əkinçilik  sisteminin  təkmilləşdirilməsinin  başqa 

bir  istiqaməti  sidéral  əkinçilik  sisteminin  yaranmasına  gətirib  çıxarmışdır. 

Torpaq  münbitliyini  bərpa  etmək  məqsədilə  sidéral  əkinlər  (yaşıl  gübrə) 

tamamilə  torpağa  basdırılır.  Bu  əkinçilik  sistemi  yağıntıların  çox  düşdüyü, 

lakin  torpaqları  yüngül  qranulometrik  tərkibli  az  məhsuldar  torpaqlar  olan 

ərazilərdə tətbiq edilirdi. 

’  XX  əsrin  birinci  yarısında  akademik  V.R.Vilyams  tərəfindən  elmi 

cəhətdən  əsaslandırılmış  yeni  ot-tarlalı  əkinçilik  sistemi  hazırlanır  və  irəli 

sürülür.  Əslində  bu  əkinçilik  sistemi  yaxşılaşdırılmış  taxıllı  və  çoxtarlah 

kövşənli (otlu) əkinçilik sistemlərini özündə birləşdirirdi. 

V.R.Vilyams ot-tarlalı əkinçilik sistemi çərçivəsində hər təsərrüfatda iki - 

tarla  və  çəmən  əkin  dövriyyəsini  tətbiq  etməyi  təklif  edirdi.  Tarla  əkin 

dövriyyəsi taxıl və çoxillik otların əkin dövriyyəsindən ibarət idi. 



347 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə