♦ •
• •
• • •
9
A
B
^
Şəkil 3.2.
Populyasiyada fərdlərin ərazi paylanması tipləri; A-bərabər;
B-
diffuz; C-mozaik
Fərdlərin diffuz tipli yayılmasına təbiətdə tez-tez rast gəlinir, burada
fərdlər ərazidə qeyri-bərabər, təsadüfi yayılmışdır. Belə halda fərdlər
arasındakı məsafə eyni deyildir, bu əsasən mühitin eynicinsli olmamasından
irəli gəlir. Belə yayılma tipi bitkilər və bir sıra heyvan taksonları arasında
geniş yayılmışdır. Diffuz yayılma tipində təbiətdə populyasiya- nın üzvləri
bir-birindən nisbətən asılı olmayab onun üçün eynicinsli mühitdə yaşayır.
Buna un böcəyi Tribolium confusumun unda yerləşməsi, kiçik çay suyunda
birgünlük böcəyin sürfələri, çəməndə qaraqurd hörümçəyinin yuvaları misal
ola bilər.
Mozaik yayılma tipində yaranmış fərd qrupları arasında böyük boş
ərazilər qalır. Bioloji cəhətdən belə yayılma tipi ya mühitin kəskin
müxtəlifcinsli olması, yaxud da fərdləri bir-birinə aktiv yaxınlaşdırma
əsasında baş verən aydın ifadə olunan sosial strukturla bağlıdır. Fərdlərin aktiv
yaxınlaşması xüsusilə ali heyvanlara (polimorf koloniya yaradan bir çox
onurğahlar, həşəratlar) xasdır.
Senopopulyasiyada bitkilər çox vaxt olduqca qeyri-bərabər yayılaraq bu
və ya digər dərəcədə bir-birindən ayrılan qruplar (mikrosenopo- pulyasiya,
subpopulyasiya) əmələ gətirir. Bu qruplar bir-birindən fərdlərin sayı, sıxlığı,
yaş strukturu, böyüklüyü ilə seçilir.
Doğum. Populyasiyada vahid zaman ərzində orqanizmin yeni fərdlə-
rinin həyata gəlməsi hadisəsi, yə’ni doğum əmələ gəlir. Yeni fərdlərin əmələ
gəlməsi yumurtadan çıxma, toxumla cücərmə və bölünmə yolu ilə ola bilər.
Zaman vahidi ərzində doğulanların sayı sabit kəmiyyət olmayıb
populyasiyanm fərdlərinin ölçü və yaşından, həm də mühit şəraitindən asılı
olaraq dəyişir. (Məmmədov, Suravegina, 2000). Doğum çox olduqda ərazi
vahidinə düşən fərdlərin sayı artaraq sıxlığı yüksəlir. Bu zaman ərazi, dişilər
və yem üstündə fərdlərarası rəqabət güclənir. Nəticədə fərdlər arasında ölüm
halları artır.
Ölüm - vahid zaman ərzində populyasiyada ölən fərdlərin sayını gö
54
stərir. ölüm də populyasiyada bir çox səbəbdən fərdlərin genetik və fizioloji
mükəmməlliyindən (yararlığından), əlverişsiz fiziki mühit şəraitinin və yırtıcı,
parazit, xəstəliklərin təsirindən asılıdır. Hər nəslin həyat tsikli- nin müxtəlif
mərhələlərində bu amillərin təsir gücü müxtəlif olur. Bir generasiya fərdlərinin
hamısı bioloji yaş həddinə çatması və sonra qısa müddətdə ölməsi ideal hadisə
sayılır. Buna populyasiyanm minimal ölümü müvafiq gəlir. Təbiətdə tez-tez
rast gəlinən variant həyatının erkən dövründə fərdlərin yüksək ölümü hesab
olunur. Yaşlı formalar daha çox qorunmuş və dözümlü olur. İnsanlarda da
bütün tarix boyu uşaq ölümü yüksək olmuşdur, son vaxtlar səhiyyənin inkişafı
ilə əlaqədar uşaq ölümü azalmışdır. Ölümün sayı artdıqda populyeısiyanm
sayı azalır və bu zaman artımı stimullaşdıran mexanizmlər işə düşür. Stress
azalır, cinsiyyət hormonlarının səviyyəsi artır, doğum yüksəlir. Beləliklə,
populyasiyada onun sayını optimallaşdıran özünütənzimləmə mexanizmləri
mövcuddur.
Yerləşmə (yerini dəyişmə), yerdəyişmə
Populyasiyadan fərdlərin köçməsi və ya onun yerinin gəlmələrlə
(yadlarla) dolması növün mühüm bioloji xüsusiyyətlərindən biri - onun
yerdəyişmə qabiliyyətinə əsaslanır. Hər bir populyasiyada fərdlərin bir hissəsi
müntəzəm olaraq onu tərk edərək qonşu sahədəki populyasiyam doldurur və
ya həmin növ olmayan yeni əraziyə köçür. Bu prosesə po- pulyasiyanın
dispersiyası deyilir. Yerdəyişmədə yeni biotoplar zəbt olunur, növün ümumi
arealı genişlənir və yaşamaq uğrunda mübarizədə müvəffəqiyyət qazanılır.
Müxtəlif heyvan və həşəratların yerdəyişməsi həyat tsiklinin müəyyən
dövründə keçir.
Bitkilər toxum və sporlar vasitəsilə yayılır (yer dəyişir).
Yerdəyişmə dispersiyası populyasiyalar arasında əlaqə vasitəsini görür.
Populyasiyanm sıxlığı artdıqda bu proses güclənir. Yerdəyişən fərdlərin həmin
növ olmayan yeni əraziyə daxil olaraq oranı zəbt etməsi və yeni populyasiyalar
əmələ gətirməsi invaziya adlanır.
55
IV FƏSİL
BİOSENOZLAR (BİOTİK QRUPLAŞMALAR)
Biotop daxilində yayılmış, bütün canlılar - müxtəlif növlər və hər bir
növü təşkil edən fərdlərin təbii qrupları biosenozları əmələ gətirir. Biosenoz -
quru və su hövzəsinin müəyyən, nisbətən eyni (oxşar) sahəsini tutan
(orada yaşayan), bir-birilə və abiotik amillərlə müəyyən əlaqəsi ilə
səciyyələnən bitki, heyvan və mikroorqanizmlərin məcmusudur. Bioloji
dövranda iştirakına görə biosenozda əsas üç orqanizmlər qrupu ayırırlar: 1)
Avtotrof orqanizmlər (produsentlər) - qeyri üzvi maddədən üzvi maddə
əmələ gətirir, 2) Heterotrof orqanizmlər (konsumentlər) hazır üzvi
maddələrlə qidalanan orqanizmlərdir. Bura insan və heyvanlar, həmçinin bəzi
bitkilər (göbələklər, bir çox parazit və saprofıt örtülü toxumlular) və
mikroorqanizmlər aid edilir. 3) redusentlər, orqanizmin parçalanmış qalıqları
ilə qidalanan saprofıtlər aiddir. Bu orqanizmlər öz həyat fəaliyyəti prosesində
ölü kütlənin və qismən biokütlənin mürəkkəb üzvi maddələrini sadə
birləşmələrə (S
02
,
N2, O2
, N
3
, və s.) çevirir, (minerallaşdırır)
Beləliklə, biosenoz və biotop bir-birinə təsir göstərən iki ayrılmaz
element olub ekosistem adlanan bu və ya digər dərəcədə dayanıqlı sistem
əmələ gətirir.
ekosistem = biotop + biosenoz
Bəzi tədqiqatçılara görə ekosistem istənilən uzunluqda və ölçüdə
(böyüklükdə) ola bilər. Bu baxımdan ayrılır:
-
mikroekosistemlər, məs. meşədəki tək çürümüş kötük, ağac
üzərindəki şibyə yastığı;
-
mezoekosistemlər, məs. meşə, çəmən, səhra;
-
makroekosistemlər, məs. okean.
Ekosistem biosferin elementar funksional vahididir. Onun strukturuna
adətən üç planda baxılır: 1) komponent (populyasiya və ya növ) tərkibi və
müxtəlif növ populyasiyalarının, həyati formaların (biomorl) və başqa struktur
elementlərin nisbəti; 2) ayrı-ayrı elementlərin ərazidə yayılması; 3) bütün
əlaqələrin, ilk növbədə qida zənciri və tsikllərin, tro- fık, forik və digər
əlaqələrin məcmusu.
Bəzi tədqiqatçılar (Y.Odum 1975) ekosistemə və biogeosenoza eyni
kateqoriya kimi baxır. Digərlərinə (məs. V.N. Sukaçev 1942) görə onlar
arasında oxşarlıq vardır, lakin identik (eyni) deyildir. V.N. Sukaçeva ( 1940,
1942) görə biogeosenoz yer səthinin oxşar canlı (bitki örtüyü, heyvanat aləmi,
mikroorqanizmlər) komponentlərinin və təbii şərait, geoloji quruluş və s.
onların qarşılıqlı əlaqələrinin vahid təbii kompleksidir. Deməli,
biogeosenozun bağlılıq faktorları - substraktm təbiəti, relyef tipi və
56
Dostları ilə paylaş: |