Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə40/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   36   37   38   39   40   41   42   43   ...   216

cisidifıkasiyası, stratosfer və troposferdə ozonun vəziyyəti, iqlimin dəyişməsi 

kimi qlobal ekoloji prosesləri təyin edir və ya onlara ciddi təsir göstərir. 

 

6.3.5.

 

Fosforun dövranı 

Fosfor  bioloji  və  biokimyəvi  proseslərdə  böyük  rol  oynadığı  üçün  ən 

mühüm kimyəvi elementlərdən biri sayılır. 

Fosforun əsas rezervuarları (ehtiyatları) quru ekosistemləri, okeanlar və 

su  hövzələrində  gətirmələrin  çöküntüləridir.  Fosforun  qazşəkilli  formaları 

praktiki olaraq mövcud deyil, odur ki, ona atmosferdə rast gəlinmir. Litosferdə 

fosforun əksər hissəsi kristal süxurlar olub apatitlə- rin tərkibində olur. (95%) 

İlk  dəfə  olaraq  quruda  fosforun  demək  olar  ki,  hamısı  apatitlərin  aşınması 

nəticəsində  əmələ  gəlmişdir.  Çökmə  çöküntülər  törəmə  xarakter 

daşıyıb-fosforitlərdən  ibarətdir  və  bütün  dünyanın  fosfor  ehtiyatının  80%-i 

qədərdir.  Torpaq  və  bitki  örtüyündə  karbon  və  fosforun  konsentrasiyasmın 

orta  nisbəti:  C:P-750:l-ə  bərabərdir.fosforun  biokimyası  digər  biogen 

elementlərdən  (karbon,  oksigen,  azot,  kükürd)  fərqlənir,  bu  onun  qaz 

formasında  olmamasilə  əlaqədardır.  Bu,  fosforun  yamac  boyu  ağırlıq 

qüvvəsinin təsirilə bir istiqamətdə axınına imkan yaradır. 

101 



 


Beləliklə, bu elementin çaylarla göl, su anbarları və dənizlərə axını baş 

verərək  orada  toplanır.  Əks  istiqamətdə  fosforun  axını  olmur,  bu  isə  quru 

ekosistemlərinin  (o  cümlədən  aqroekosistemlərin)  fosforla  kasad-  laşmasma 

və bununla əlaqədar onların bioloji məhsuldarlığının aşağı  düşməsinə səbəb 

olur. 

Yer  qabığında  fosforun  miqdarı  0,093%  təşkil  edir.  Bu,  azotun 



miqdarından  bir  neçə  dəfə  çoxdur,  lakin  azotdan  fərqli  olaraq  fosfor  Yer 

qabığının  əsas  elementi  sayılmır,  lakin  onun  geokimyəvi  tsiklinə  Yer 

qabığından çox müxtəlif miqrasiya yolları, hidrosferdə intensiv bioloji dövranı 

və miqrasiyası daxil olur. Fosfor əsas orqanogen element sayılır. 

Antropogen  fəaliyyət  nəticəsində  eroziya  prosesinin  güclənməsi,  fosfor 

gübrələrinin  yuyulub  aparılması,  çirkab  sularının  axıdılması  dünyada  fosfor 

axınlarının  intensivliyini  artırır.  Bu  isə  su  hövzələrinin  evtro-  fıkasiyasmın 

güclənməsinə səbəb olur. Fosforun hidrosferə ümumdünya illik axını 20 mln. 

tona yaxındır. 

Onun  üzvi  birləşmələri  bütün  bitki  və  heyvanların  həyat  fəaliyyətində 

mühüm rol oynayır, nuklein turşularının, mürəkkəb zülalların, fosfo- lipidlərin 

membranmm (pərdəsinin) tərkibinə daxil olur, bioenerji proseslərinin əsasını 

təşkil  edir.  Fosfor  canlı  maddələrdə  toplanır,  burada  onun  miqdarı  Yer 

qabığından 

təxminən 

10 


dəfə 

çoxdur. 


Qurunun 

səthində 

«torpaq-bitki-heyvan-torpaq»  sistemində  fosforun  intensiv  dövranı  gedir. 

Fosforun  mineral  birləşmələri  çətin  həll  olur  və  onun  tərkibindəki  fosfor 

elementi  bitkilər  tərəfindən.demək  olar  ki,  mənimsənilə  bilmir;  bitkilər 

əksərən üzvi qalıqların parçalanması zamanı əmələ gələn fosforun asan həll 

olunan  formalarından  istifadə  edir.  Fosforun  dövranı  «Quru-Dünya  okeanı» 

sistemində gedir. 

Onun  əsasını  çay  axınları  ilə  fosfatların  aparılması,  onların  kalsium- la 

qarşılıqlı təsiri, fosforitlərin əmələ  gəlməsi,  vaxtı gələndə  yataqlarının səthə 

çıxması və yenidən miqrasiya proseslərinə daxil olması təşkil edir. 

6.3.6.

 

Kaliumun dövranı 

Bu elementin geokimyəvi tsiklinə ilk növbədə Yer qabığında baş verən 

müxtəlif  proseslər  daxildir,  silikatların  aşınması  və  kristall-kimyəvi 

çevrilməsində kaliumun  ionları ayrılır və dərhal  bitkilər tərəfindən udularaq 

bioloji  dövrana  başlayır.  Məlum  olduğu  kimi,  kalium  fotosintez  prosesində 

iştirak  edir,  karbon,  azot  və  fosforun  mübadiləsinə  təsir  göstərərək, 

hüceyrələrin  osmotik  xassələrində  özünü  göstərir.  O,  bitkinin  meyvə  və 

toxumlarında  və  intensiv  inkişaf  edən  toxumaları  və  orqanlarında  toplanır. 

Kaliumun  biogen  miqrasiyası  olduqca  böyükdür,  belə  ki,  o,  canlı 

orqanizmlərdə  ion  formasında  olur  və  praktiki  olaraq  üzvi  maddələrlə 

birləşmələr əmələ gətirmir. Orqanizmlər məhv olduqda kalium tez mühitə 

103 



keçir və yenidən qurunun canlı maddələri ilə dövrana daxil olur. 

Su  mühitində  kaliumun  dövranı  hələlik  az  öyrənilmişdir.  Hər  il  su 

axınları ilə Dünya okeanına 90 mln. tona qədər kalium daxil olur. 

Hərəkətedici  qüvvəsi  canlı  maddələrin  həyat  fəaliyyəti  olan  yuxarıda 

müzakirəsi gedən kimyəvi elementlərin dövranı  Yer qabığının kilometrlərlə 

qatını əhatə edir. Dövranın mühüm tərkib hissəsini ion və sülb axınları təşkil 

edir. Kimyəvi elementlərin dövranı bir qayda olaraq, bir-birilə yanaşı olan Yer 

örtüyündə  (atmosfer  və  hidrosfer,  hidrosfer  və  pedosfer),  yaxud  da  eyni 

zamanda hər üç geosferdə gedir. 

Kimyəvi elementlər həll olmuş (maye) halında möhtəşəm planetar proses 

hesab  edilir.  Dünyanın  bütün  çayları  il  ərzində  dəniz  və  okeanlara  37  min 

km"^ və ya 37-10'^ litr su axıdır. İl ərzində çaylar bütün quru ərazisindən 4,4 

mlrd, ton həll olan birləşmələr aparır. 

Çay suları hər il 481 mln.ton kalsium, 166 mln. ton natrium, 55 mln. ton 

kalium; 236 mln. ton xlor, 444 mln. ton sulfat  ionu, 37 mln. ton  nitrat  ionu 

aparır. Miqrasiya edən silisium kütləsi olduqca böyük olub 212 mln. ton təşkil 

edir.  Metallar  da  böyük  miqdarda  miqrasiya  edir.  Xüsusilə,  çox  miqdarda 

dəmir (ildə 20 mln. tondan artıq) aparılır. İl ərzində çaylar tərəfindən sink-740 

min ton, mis - 260 min ton, nikel - 74 min ton, qurğuşun 37 min ton aparılır. 

Hər kvadrat kilometrdən ildə 32 ton həll olan maddə aparılır. 

Yer səthindən Dünya okeanına çoxlu miqdarda sülb (bərk) maddələr də 

hərəkət edir. İl ərzində kontinentlərdən dəniz və okeanlara daxil olan qırıntı və 

gil  materialları  22,13  mlrd,  ton  olub,  həll  olan  materialların  miqdarından 

təxminən 7 dəfə artıq təşkil edir (V.V.Dobrovolski, 1980). 

Antropogen  amillərin,  qismən  insanın  aktiv  aqrokimyəvi  fəaliyyəti  ilə 

əlaqədar kimyəvi elementlərin miqrasiyası getdikcə artır. Belə ki, yalnız taxıl 

bitkilərinin becərilməsi nəticəsində insanlar süni miqrasiyaya 48 mln. tondan 

artıq azot, 36 mln. ton kalium, 36 mln.ton fosfor daxil edir. 

Canlı maddələrin, hər şeydən əvvəl yaşıl bitkilərin geokimyəvi fəaliyyəti 

nəticəsində  fotosintez  prosesi  həyata  keçirilərək.  Yerin  bütün  simasını 

dəyişdirir. 

6.4.

 

BİOTEXNOLOGİYA VƏ NOOSFER 

6.4.1.

 

İnsanın biosferə təsiri 

Giləmeyvə  və  s.  yığımından  ovçuluğa,  daha  sonra  isə  əkinçiliyə  və 

heyvandarlığa  keçilməsi  aqrar  inqilabın  başlanğıcı  olub,  heyvan,  su  və  od 

enerjisindən istifadə olunması nəticəsində təbii mühitdə dərin dəyişikliklərin 

baş  verməsinə  səbəb  oldu.  Meşə  və  bozqır  təbii  ekosistemləri  aqroeko- 

sistemlərə çevrilməyə başladı. Əkinçiliyin (suvarma və dəmyə) və maldar 



104 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə