Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə36/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   32   33   34   35   36   37   38   39   ...   216

yasda inkişaf faktoru olub yerin üst qabığını dəyişdirir. 

— Canlı orqanizmlər hədsiz müxtəlifdir, hər yerdə geniş yayılmışdır, bir 

çox  nəsillərdə  təkrar  yenidən  təzələnir  və  təbiətin  digər  komponentləri  ilə 

müqayisədə  seçmə  biokimyəvi  fəaliyyətə  və  müstəsna  yüksək  kimyəvi 

aktivliyə malikdir. 

Planetdəki  bütün  orqanizmlərin  məcmusunu  Vernadski  canlı  maddə 

adlandırır.  O,  yerdə  olän  canlı  orqanimzlərin  rolu  haqqında  yazmışdır: 

şişirtmədən  təsdiq  etmək  olar  ki,  planetimizin,  biosferin  zahiri  qabığının 

kimyəvi  vəziyyəti  bütövlükdə  həyatın  təsiri  altındadır,  canlı  orqanizmlərlə 

təyin  olunur,  şübhəsiz,  biosferə  adi  görünüş  verən  enerji  kosmik  mənşə 

daşıyır. 

O, Günəşdən  şüa  enerjisi  formasında  çıxır.  Lakin  məhz  canlı 

orqanizmlər,  həyatın  məcmusu  bu  kosmik  şüanın  enerjisini  Yerin  kimyəvi 

enerjisinə çevirir və həyatımızın sonsuz müxtəlifliyini yaradır. 

Bu canlı maddələr özünün tənəffüsü, qidalanması,  metobolizmi, ölümü 

(məhv olması) və özünün parçalanması, daim öz maddəsindən istifadə etməsi, 

başlıcası isə yüz milyon illərlə fasiləsiz olaraq nəsillərini dəyişməsi, özünün 

doğulması, çoxalması, biosferdən başqa digər yerdə mövcud olmayan müdhiş 

planetar hadisələrdən birini törədir. 

Günəş radiasiyası 

 

u u u u 

\ r

 



AVTOTROFLAR 

(yaşıl bitkilər) 

Litosfer

 

 



Torpa

 

q



 

HETEROTROFLAR 

(heyvan və mikroorqanizmlər) 

Şəkil 6.1. Canlı orqanizmlərin biosferin komponentləri ilə qarşılıqlı əlaqəsi 

86 


Yer sətinə daxil olan enerjinin 99%-dən çoxunu Günəş şüalanması təşkil 

edir.  Bu  enerji  hidrosfer,  atmosfer  və  litosferdə  əksər  fiziki  və  kimyəvi 

proseslərə  hava  və  su  kütlələrinin  qarışmasına,  buxarlanmaya,  maddələrin 

yenidən paylanmasına, qazların udulmasma, ayrılmasına və s. sərf olunur. 

 

Şəkil 6.2. Yerin biosferini təşkil edən maddələrin əsas tipləri 

87 



Biosenozun(biotamn) ətraf mühitin formalaşmasında və sabitləşməsində 

rolunu onun qlobal funksiyaları (energetik, destruktiv, konsen- trasiya, mühit 

yaratma, nəqletmə) ilə göstərmək olar. 

Canlı  maddələrin  mühityaratma  funksiyası  bütün  funksiyaların  birgə 

nəticəsi  hesab olunur:  energetik funksiya bioloji dövranın  bütün həlqələrini 

enerji ilə təmin edir; destruktiv və konsentrasiya funksiyaları dağınıq (seyrək), 

lakin  həyat  üçün  çox  mühüm  elementlərin  təbii  mühitdən  çıxarılması  və 

toplanmasına şərait yaradır. 



Biosferdə canlı maddənin əsas funksiyaları 

Funksiyalar

 

Baş verən proseslərin qısa səciyyəsi

 

Energetik

 

Fitosenoz zamanı Günəş enerjisinin, enerji ilə zəngin maddələrin 



parçalanması yolu ilə isə kimyəvi enerjinin udulması

 

Konsentrasi

 

ya

 

Müəyyən növ maddələrin fəaliyyəti gedişində seçmə toplanması: 



1) orqanizm gövdəsini qurmaq üçün istifadəsi; 2) Me- tabolizm 

zamanı orqanizmdən kənar edilməsi

 

Destruktiv

 

1)

 

Qeyri biogen üzvi maddələrin minerallaşması;

 

2)



 

Cansız qeyri üzvi maddələrin parçalanması;

 

3)Əmələ gələn maddələrin bioloji dövrana cəlb (daxil) edilməsi;

 

Mühityarat-

 

ma

 

Mühitin fiziki-kimyəvi parametrlərinin dəyişməsi (başlıca olaraq 

qeyri biogen maddələrin hesabına)

 

Nəqletmə

 

Maddələrin  ağırlıq  qüvvəsinə  əks  və  üfüqi  istiqamətində 

aparılması

 

Canlı  maddələrin  mühityaratma  funksiyaları  nəticəsində  Yerin  təbii 



mühitində aşağıdakı mühüm hadisələr baş vermişdir: 

a)

 



İlkin  atmosferin  qaz  tərkibi  dəyişmişdir.  Təsdiq  edilmişdir  ki, 

biosenoz  əsasən  yerin  oksigen  atmosferini  formalaşdırır  və  karbon  qazının 

konsentrasiyasma təsir göstərir

b)

 



İlkin okean sularının kimyəvi tərkibi dəyişmişdir. 

Dünya  okeanı  sularının  əmələ  gəlməsində  biotanın  iştirakı  istisna 

olunmur. 

ç)  Litosferdə  bəzi  dağ  süxurları  əmələ  gəlmişdir.  Dəmir,  manqan, 

fosforit, boksid, karbonat və silisium süxurlarının geniş yataqlarının bi- otanın 

fəaliyyəti ilə əlaqədar yaranmasına aid çoxlu dəlillər vardır. V. İ. Vernadski 

qraniti keçmiş biosferin izləri adlandırır. 

c)

 



Qurunun  səthində  nadir  xassəyə-  münbitliyə  malik  olan  torpaq  qatı 

əmələ gəlmişdir. 

d)

 

Sahəsinə  görə  olduqca  nəhəng  yarpaq  səthlərinin  cəminin  buxar- 



landırıcı səthi yaranmışdır. Bu, buxarlandırıcı effektinə görə okean sət 

88 


hindən geri qalmır və təxminən Dünya okeanının sahəsinə bərabərdir, yaxud 

Yerin  quru  sahəsindən  2,5  dələ  böyükdür.  Bu,  qurunun  biotasına  güclü 

kontinental  rütubətlik  dövrünü  yaratmağa  imkan  vermiş  və  ona  70-75% 

nəzarət edir. 

e)

 

Yerdə gətirmələrin böyük hissəsi formalaşmışdır. Təsdiq edilmişdir ki



bioloji aşınma dağ süxurlarının parçalanmasında əsas rol oynayır (xırda torpaq 

hissəciklərinin 80%-i monolit dağ süxurlarından əmələ gəlmişdir); 

ə)  canlı  maddə  biogenlərin  miqrasiyasının  qlobal  tsiklinə  nəzarət  edir, 

yaxud maddələrin konsentrasiyası biotanın fəaliyyətindən çox asılıdır. Belə bir 

misal  gətirək:  həll  olunmuş  karbon  qazının  konsentrasiyası  okeanın  dibində 

səthinə nisbətən bir neçə dəfə yüksəkdir. Okeanın səthində isə karbon qazının 

konsentrasiyası  atmosferdə  olan  konsentrasiya  ilə  müvazinət  (tarazlıq) 

vəziyyətində  olur.  Okeanın  üst  qatında  həyat  dayandıqda  karbon  qazının 

konsentrasiyası  okeanın  səthində  və  dərinliyində  bərabərləşir.  Bunun 

nəticəsində  atmosferə  C02-nin  atılması  baş  verir.  Bu  isə  fəlakətli  nəticələrə 

gətirib  çıxara  bilər.  Beləliklə,  okeanın  bi-  otası  atmosferdə  C02-nin 

konsentrasiyasına  nəzarət  edir,  bununla  da  parnik  (istilik)  effektini  nizama 

salaraq ətraf təbii mühitin sabitliyini təmin edir. 

Beləliklə,  müasir  biosfer  bütün  üzvi  aləmin  uzunmüddətli  tarixi 

inkişafının  təbiətlə  qarşılıqlı  əlaqəsinin  hasilidir  (yekunudur).  Bu  inkişaf 

prosesində  biosferdə  qarşılıqlı  əlaqələrin  və  hadisələrin  mürəkkəb  şəbəkəsi 

yaranmışdır:  abiotik  və  biotik  faktorların  qarşılıqlı  təsiri  nəticəsində  biosfer 

daim hərəkətdə və inkişafdadır. O, insan həyata qədəm qoyan zamandan bəri, 

yəni 2-3 milyon il ərzində böyük təkamül keçirmişdir. 

Biosfer, Yerin canlı maddələrin təsiri yayıldığı mühiti əhatə edir. Biosferə 

ozon  səthinə  kimi  atmosferin  bir  hissəsi  (20-25  km),  litosferin  üst  hissəsi, 

əsasən aşınma gedən qabığı (orta hesabla 2-3 km) və bütün hidrosfer (okeanın 

dibindən 1-2 km aşağı) daxildir. Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər. 

Yer qabığının süxurlarında bakteriyaların müşahidə olunan ən dərin yeri 4 km 

təşkil  edir.  Neft  yataqlarında  2-2,5  km  dərinlikdə  çoxlu  miqdarda  bakteriya 

müəyyən edilmişdir. Lakin, biosferdə həyat olduqca qeyri-bərabər yayılmışdır. 

O, səhrada, tundrada, okeanın  diblərində,  yüksək dağlıq ərazidə zəif inkişaf 

etsə də, biosferin digər sahələrində olduqca zəngin (bol) və çoxmiixtəlilliyi ilə 

fərqlənir. 

Canlı  maddənin  ən  yüksək  konsentrasiyası  əsas  mühitlərin  ayrıldığı 

sərhədlərdə: litosfer və atmosferin sərhəd qatında, yəni torpaqda, üç mühitin - 

torpaq,  su  və  havanın  bir-birinə  yaxın  qonşuluğunda,  yəni  -  okeanların  üst 

qatlarında,  su  hövzələrinin  dibində  və  xüsusilə  litorallarda,  çayların 

estuarilərində müşahidə olunur. V.İ.Vernadski litosferdə orqa 



89 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə