Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə35/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   31   32   33   34   35   36   37   38   ...   216

məhsulu lam istifadə etməyə cəhd edir. Ekosistemin enerjisi və onun kəmiyyət 

(say)  göstəriciləri  haqda  əldə  edilən  məlumat  məhsuldarlığı  pozmadan 

(dağıtmadan)  təbii  ekosistemlərdən  hər  hansı  bir  miqdarda  bitki  və  heyvan 

biokütləsini götürmək mümkünlüyünü dəqiq nəzərə almağa imkan verir. 

 

 

 



Şəkil 5.6. Eltonun sadələşdirilmiş piramida sxemi (Q.A.Novikov, 1979) 

İnsan  təbii  sistemlərdən  kifayət  qədər  çox  məhsul  götürür,  buna 

baxmayaraq  onun  üçün  əsas  yem  mənbəyi  kənd  təsərrüfatı  hesab  olunur. 

Aqrosistem yaradaraq insan daha çox təmiz bitki məhsulu götürməyə çalışır, 

lakin otyeyən heyvanları, quşları və s. yemləmək üçün bitki kütləsinin yarısı 

sərf edilməlidir, məhsulun çox hissəsi sənayeyə gedir və tullantılarda itirilir, 

yəni  burada  təmiz  məhsulun  90%-i  itir  və  yalnız  10%-i  bilavasitə  insan 

tərəfindən istifadə olunur. 

Təbii ekosistemlərdə enerji axınları da öz intensivliyi və xarakteri üzrə 

dəyişir,  lakin  bu  proses  ekoloji  faktorların  təsiri  ilə  nizamlanır,  bu  isə 

bütövlükdə ekosistemin dinamikasında təzahür olunur. 

81 



5.3. ƏSAS EKOLOJİ KONSEPSİYALAR 

Ekologiyanın  aşağıdakı  əsas  konseptual  vəziyyəti  ayrılır  (Solovyov, 

1982): 



 



morfoloji-struktur  konsepsiya  (növ  müxtəlifliyi,  biosenozların 

şaquli yarusluğu və üfüqi müxtəlifliyi, müxtəlif tərkibliyi, həyatilik formaları, 

senotik tərkib); 

 



funksionaLsenotik  konsepsiya  (populyasiyanm  mühityaradıcı 

fəaliyyəti,  biosenozda  onların  qarşılıqlı  təsiri,  ekosistemdə  komponentlərin 

qarşılıqlı təsiri); 

 



məhsuldar-energetik konsepsiya (qida zənciri, ekoloji piramidalar, 

qida zəncirinin əmələ gətirdiyi qida şəbəkəsi, qida şəbəkəsi üzrə enerji axını, 

sərbəst enerjinin toplanması və dəyişilməsi, ilkin və ikinci (törəmə) məhsulun 

formalaşması); 

 

informasiya  (məlumat)  -  kibernetik  konsepsiya  (informasiya  və 



populyasiyanm homeostaz axını, onlara idarəedici təsir göstərən biosenoz və 

ekosistem haqqında informasiya); 

 

biogeokimyəvi konsepsiya (ekosistemdə maddələr dövranı, kimyəvi 



elementlərin  qida  şəbəkəsi  və  ekosistemin  komponentləri  üzrə  miqrasiyası, 

həmçinin ekosistemlərarası mübadilə); 

 

sosial-iqtisadi  konsepsiya  (ekosistemin  istismarı;  cəmiyyət  üçün 



əlveriqli və əlverişsiz nəticələri); 

 



suksesiya-dinamiki  konsepsiya  (biosenozun  və  ekosistemin 

endogen  və  ekzogen  suksesiyası,  biosenozun  ekoloji  ordinasiyası  və  fizio- 

nomoji təsnifatı); 

 



təkamül konsepsiyası (ekosistemin əmələ gəlməsi və tarixi inkişafı, 

paleoekologiya); 

 

xoroloji  konsepsiya  (növlərin  məkanca  strukturu,  coğrafi  mühitin 



iqlim,  zonal-qurşaq,  landşaft  və  regional  xüsusiyyətindən  asılı  olaraq, 

müxtəlif dərəcəli (ranq) ekosistemlərin yayılması). 



5.3.1.

 

Azərbaycanın ekoloji konsepsiyası 

Azərbaycan  Respublikasının  ekoloji  konsepsiyası  təbii-cəmiyyət 

münasibətləri  kompleksinin  ekoloji  problemlərinin  xarakterinə  və  həllinə 

uyğun təyin olunur. Ekoloji problemləri və onların həllinin yollarına uyğun 

olaraq ekoloji konsepsiyanı üç qrupa bölmək olar: 

I

 



qrup - meşələrin mühafizəsi və bərpası problemləri: 

 



Torpağın eroziyası və ona qarşı mübarizə tədbirlərinin təşkili

 



Təbii yem sahələrinin deqradasiyası və onların düzgün istifadəsi üçün 

normal şərait; 



82 


 


 

Torpağın radionuklidlərlə çirklənməsinə qarşı mübarizə tədbirləri



 

Suvarılan torpaqların şorlaşması və şorakətləşməsi ilə mübarizə



 

Mineral gübrələrdən və pestisidlərdən normal istifadə. 



II

 

qrup - Hövzədaxili bölgələrdə torpaq üzərində ekoloji monitorinqin 



təşkilinin həlli: 

 



Ekoloji qiymətləndirmə xəritələrinin tərtibi; 

 



Torpaqların ekoloji münbitlik pasportlarının tərtibi. 

III


 

qrup - Cəmiyyətdə ekoloji mədəniyyətin formalaşdırılması; 

 

Ətraf mühitin ekoloji vəziyyətinin mühafizəsi üzrə qanunverici 



hüquqların pozulması ilə bağlı problemlər; 

 



Ekoloji yardım və datasiya fondunun yaradılması; 

 



Ətraf mühitin ekoloji şəraitinin qorunmasında ekoloji koordinasiya 

mərkəzinin təşkili. 



84 


VI

 

FƏSİ



BİOSFER 

«Biosfer»  haqqında  təlimi  böyük  rus  alimi,  akademik  Vladimir  İva- 



noviç Vernadski (1863-1945) yaratmışdır.Onun fikrincə biosfer Yerin həyat 

yayılan  xarici  qabığıdır,  (sferi).  Bura  bütün  canlı  orqanizmlər  və  onların 

məskunlaşdığı  mühit  daxildir.  V.İ.  Vernadski  təsdiq  edirdi  ki.  Yerin  canlı 

orqanizmləri  biosferin  ən  güclü  qüvvəsi  olub  onun  funksiyasını  maddi  və 

enerji  cəhətdən  təyin  edir.  Onun  fikrincə  biosferin  maddəsi  müxtəlif  olub 

geoloji  cəhətdən  qarşılıqlı  əlaqədə  olan  7  hissədən  (canlı  maddə,  biogen 

maddə,  radioaktiv  maddə,  kosmik  mənşəli  maddə,  seyrək  yayılmış  atomlar, 

atil, biratil (biokos) ibarətdir. 

 

Canlı maddələrə bitkilər, heyvanlar və mikroorqanizmlər daxildir. 



 

Biogen  maddələrə  geoloji  tarix  boyu  canlı  orqanizmlər  tərəfindən 



yaradılan  üzvi  və  üzvi-mineral  maddələr  (daş  kömür,  torf,  neft,  əhəng,  gil, 

mərmər, qranit və b.) daxildir. 

 

Atil  (kosniy)  maddələrə  qeyri  üzvi  mənşəli  dağ  süxurları,  su  canlı 



orqanizmlərin yaşaması üçün substrat və ya mühit sayılır. 

 



Biokos maddələr canlı və cansız (atil) maddələrin sintezindən yaranır. 

V.İ.  Vernadski  yazır  ki,  bu  maddələr  biosferdə  canlı  orqanizmlərlə  və  atil 

proseslərlə  eyni  vaxtda  yaranıb  bir-birinin  dinamik  tarazlıq  sistemini  təşkil 

edir.  Orqanizmlər  biokos  maddələrdə  mühüm  rol  oynayır.  Planetin  biokos 

maddələrinə çöküntü süxurları, aşınma qabığı, bütün təbii sular, torpaq, sualtı 

torpaq (lil) və s. daxildir. Canlı və cansız maddələrin biokosda nisbəti tərəddüd 

edir. Məs. torpağın tərkibi orta hesabla 93% mineral (atil) və 7% üzvi (canlı və 

biogen) maddələrdən ibarətdir. 



6.1.

 

CANLI MADDƏ VƏ BİOSFERDƏ 

HƏYATIN PAYLANMASI 

Əvvəllər planetimizin səthində geoloji zaman ərzində bir-birini əvəz edən 

proseslərin  əksəriyyətinə  sırf  fiziki,  kimyəvi  və  ya  fıziki-kimyəvi  hadisələr 

(yuyulma, həllolma, çökmə, hidroliz və b.) kimi baxılırdı. V.İ.Vernadski isə 

ilk dəfə olaraq canlı orqanizmlərin geoloji rolu təlimini yaradaraq göstərdi ki, 

canlıların fəaliyyəti Yer qabığının dəyişməsində əsas faktor sayılır. 

V.İ.Vernadski  yazırdı  ki.  Yerin  geoloji  tarixində  hər  bir  orqanizmin 

ayrılıqda iştirakı cüzidir, lakin yerdə canlılar hədsiz dərəcədə çoxdur və onlar 

yüksək  çoxalma  potensialına  malik  olub  yaşama  mühiti  ilə  aktiv  qarşılıqlı 

əlaqədədir, son nəticədə, birgə (müştərək) xüsusi qlobal miq 



85 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə