Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə32/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   28   29   30   31   32   33   34   35   ...   216

Azota  az  tələbkarlıq  göstərən  bitkilər  dincə  qoyulmuş  torpaqları  ilk 

növbədə  zəbt  edir,  kök  ayırmaları  vasitəsilə  paxlalılarda  kök  yumrularının 

əmələ gəlməsini və sərbəst yaşayan azot fıksasiya edən bakteriyaları sıxışdırır. 

Bununla  da,  torpağın  azotla  zənginləşməsinin  qarşısını  alaraq  azota  çox 

ehtiyacı olan bitkilərlə rəqabətdə üstünlük təşkil edir. Ciyən otu su hövzəsində 

digər su bitkilərinə nisbətən allelopatik aktiv olduğundan rəqabətsiz təmiz su 

hövzələrini basır. 

Heyvanlarda  rəqabət  mübarizəsində  bir  növün  digərinə  bilavasitə 

hücumu hallarına da rast gəlinir. Məsələn, yumurtayeyənlərin (Diacha- soma 

tryoni  və  Opius  humilis)  sürfələri  bir  sahibin  yumurtasında  olduqda 

qidalanmağa başlamazdan qabaq əlbəayaq olaraq rəqibini öldürür. 

İri  çəmən  qarışqaları  Formica  pratensis  torpaq  təpəsi  yuvası  düzəldir 

(tikir)  və  onun  ətrafındakı  ərazini  mühafizə  edir.  Daha  xırda  qarışqanın 

(F.Cunicularia)  yuvası  isə  torpaq  təpəciyi  şəklində  kiçik  olur.  Onlar  tez-tez 

çəmən qarışqalarının yuvaları ərazisinin kənarlarında yerləşərək onların yem 

sahələrində ova çıxırlar. 



4.3.

 

EKOLOJİ SIĞINACAQ (EKOLOJİ MƏSKƏN, 

EKOLOJİ NİŞA) 

Ekoloji sığınacaq konsepsiyası növlərin birgə yaşamaq qanunlarını dərk 

etmək  üçün  əlverişli  oldu.  Ekoloji  sığınacaq  haqqında  anlayışı  ilk  dəfə 

Amerika zooloqu C.Qrinnel (J.Çrinnell, 1914) irəli sürmüşdür. O, bu anlayışa 

əsasən növ populyasiyasının ərazidə yerləşməsi və müəyyən dərəcədə növün 

bioloji tələbatı mövqeyindən yanaşmışdır. 

«Ekoloji  nişa»  anlayışının  professor  Q.T.Mustafayev  «ekoloji  mövqe» 

kimi işlətməyi təklif edir. Ekoloji sığınacaq haqda Ç.Eltonun (Ch.Elton, 1927) 

konsepsiyası  daha  məhsuldardır.  O,  «ekoloji  sığınacaq»  anlayışı  dedikdə 

növün  qidalanmasını,  yəni  onun  trofık  zəncirdə  tutduğu  yeri  nəzərdə 

tutmuşdur.  Trofık  sığınacaq  haqqında  müasir  təsəvvür  (anlayış)  məhz 

Ç.Eltonun şərhi ilə bağlıdır. 

Ekoloji sığınacaq problemi daha tam şəkildə Ç.Hatçinson (Ç.Hatchinson, 

1957) tərəfindən işlənmişdir. O, «ekoloji sığınacaq» anlayışını ilk dəfə olaraq 

müəyyən növün orqanizmlərinin mühitin abiotik şəraiti və canlı orqanizmlərin 

digər növləri ilə əlaqələrinin məcmusu kimi formalaşmasını gəstərmişdir. 

Ekoloji  sığınacaq  konsepsiyası  haqqında  Y.Odumun  (1975)  mövqeyi 

xüsusi yer tutur. 

Y.Odumun sığınacaq anlayışında üç hissədən ibarət məna qoyulur: növ 

populyasiyasının  fiziki  ərazisi,  xarici  faktorlar  qradiyenti  sistemində  növün 

yeri və onun ekosistemdə funksional rolu. Y.Oduma görə bəzi or 

72 



qanizmin  ekoloji  sığınacağı  onun  yalnız  harada  məskunlaşmasından 

(yaşamasından)  deyil,  həmçinin  onun  nə  etməsindən  -  fəaliyyətindən  (o 

enerjini necə dvəyişir, onun davranışı necədir, o, fiziki və bioloji mühitə necə 

münasibət göstərir), asılıdır və o, digər növlərlə necə məhdudlanır. Y.Odum 

ekoloji  sığınacağı  növün  qruplaşmada  «sahibi»  kimi  canlı  surətdə  təyin 

etmişdir.  Belə  mövqe  ekoloji  sığınacaq  anlayışı  növün  biosenozda  yerini 

inteqrasiya ifadəsi kimi daha dəqiq təyin edir. 

«Ekoloji  sığınacaq  biliyi  (məlumatı)  növün  nə  ilə  qidalanması,  onun 

kimin  şikarı  olduğu,  nə  tərzdə  və  harada  istirahət  etməsi  və  çoxalması 

suallarına cavab tapmağa imkan verir» (Dajo, 1975). 

Ekoloji  sığınacaq  növün  təbəitdə,  əksəriyyət  halda  biosenozda  yerini, 

eyni zamanda həm ərazidə vəziyyətini, həm də qruplaşmada fəaliyyət rolunu, 

abiotik  şəraitə  münasibətini  göstərir  (Xrustalyev,  Matişov,  1996).  «Ekoloji 

sığınacaq»  anlayışını  məskunlaşma  (yaşama)  yerindən)  ayırmaq  lazımdır. 

Məskunlaşma yeri dedikdə növün yayıldığı və onun mövcudluğu üçün vacib 

olan abiotik şəraitə malik olduğu yer nəzərdə tutulur. Növün ekoloji sığınacağı 

yalnız  mühitin  abiotik  şəriatindən  deyil,  həm  də  onun  biosenotik  ətraf 

şəraitindən asılıdır. Ekoloji sığınacağın xarakteri həm növün ekoloji imkanları, 

həm də həmin imkanların konkret biosenozlarda nə qədər həyata keçməsi ilə 

müəyyən edilir. 

Növün qidalanmaya, ərazidən istifadəyə, aktivlik dövrünə və digər şəraitə 

görə ixtisaslaşması, həm ekoloji sığınacağın daralması, həm də əks proseslər - 

onun  genişlənməsi  ilə  xarakterizə  olunur.  Qruplaşmada  ekoloji  sığınacağın 

daralması və ya genişlənməsinə rəqiblər böyük təsir göstərir. Ekoloji cəhətdən 

yaxın  olan  növlər  üçün  Q.F.Qauzenin  formalaşdırdığı  rəqibliyin  istisnası 

qaydası  belə  ifadə  oluna  bilər:  iki  növ  bir  ekoloji  sığınacaqda  keçinmir. 

Rəqabətdən çıxmaq mühitin tələblərinin ayrılması, yaşayış tərzinin dəyişməsi, 

başqa sözlə növün ekoloji sığınacağının məhdudlaşdırılası ilə həyata keçirilə 

bilər. Bu halda onlar (növlər) bir biosenozda yaşamaq qabiliyyəti əldə edir. Bir 

yerdə  yaşayan  yaxın  qohum  növlərdə  adətən  ekoloji  sığınacağın  çox  incə 

məhdudlaşması  müşahidə  olunur.  Belə  ki.  Afrika  savannalarmda  otlayan 

dırnaqlı- lar otlaq yemindən müxtəlif cür istifadə edir: zebrlər əsasən otların 

üst  hissəsini  yeyir, qnu antilopu  müyyən ot  növlərini seçərək zebrdən sonra 

qalan yemlə qidalanır, ceyranlar ən alçaq boylu otları didişdirir, antilop topi isə 

digər  otyeyən  heyvanlardan  sonra  qalan  hündür  boylu  quru  gövdələr  ilə 

kifayətlənir. 



Növarası  rəqabətin  zəifləməsi  növün  ekoloji  sığınacağının 

genişlənməsinə səbəb olur. Kasıb faunaya malik olan okean adalarında bir sıra 

quşlar  özlərinin  qohum  fərdlərinə  nisbətən,  materikdə  olduqca  müxtəlif 

yaşayış yeri (məskunlaşma yeri) və yem spektrini genişləndirir, onlar bu 



73 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə