Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə28/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   24   25   26   27   28   29   30   31   ...   216

mühitdən  müxtəlif  cür  istifadə  edir  və  onu  dəyişdirir.  Yarusluq  mülayim 

qurşağın  meşələrində  yaxşı  görünür.  Məsələn,  Lənkəran  ovalığında  və 

dağətəyi  hissədə  dəmirağac  üçyarııslu  (üçmərtəbəli)  mürəkkəb  qarışıq 

meşəlik yaradır. Üst mərtəbədə şabahdyarpaq palıd üstünlük təşkil edir, ona 

vələs, azatağac və Qafqaz xurniyi (xurması) də qarışır. Bu yarusun hündürlüyü 

28-36 metrə çatır. Orta mərtəbəni dəmirağac (12-16 metr), alt mərtəbəni  isə 

samşit, bigəvər və başqa kollar tutur (3-7 metr). 

Meşədə  həmişə  yaruslararası  (yarusdan  kənar)’  bitkilər  də  mövcuddur, 

bunlara  ağacların  gövdə  və  budaqlarında  mamır  və  şibyələr,  ali  sporlu  və 

çiçəkli epifıtlər və lianlar aiddir. 

 

 

Şəkil 4.2. 



1-Ağacın  (cökə)  kökündə  mikoriza;  2-böcəyin  sürfəsi; 3-qabıq- 

yeyən böcək; 4-yarpaqla qidalanan ipəkqurdunun tırtılı; 5-yarpaqyeyən böcək; 

6-çiçəyi  tozlandıran  arı;  7-ağacın  budağında  qaratoyuğun  yuvası;  8-  yarpaqla 

qidalanan maral; 9-ağacın toxumu ilə qidalanan siçan (P.Dyuvinyo və M.Tanqa, 

1968, Q.A.Voronovun dəyişikliyi ilə, 1987) 

62 


Yamsluq bitkiləro işıq axınından tam istifadə etməyə şərait yaradır 

yüksək gövdəli bitkilərin çətirləri altında kölgəyədavamlı və kölgəsevər 

bitkilər yayılaraq hətta ən zəif günəş işığını da tuta bilirlər. 

Yamsluq  ot  qruplaşmalarında  da  (çəmən,  bozqır,  savanna)  müşahidə 

olunsa da, o qədər aydın görünmür. Burada həm də meşəyə nisbətən az yarus 

ayrılır, meşədə də bəzən yalnız iki aydın görünən yarus olur. Məsələn, yüksək 

doluluqlu fıstıq meşəsində bəzən bir yarus-ağac yarusu, bəzən isə çətiryarpaq 

və  ya  cil  ot  örtüyü  olan  ikiyaruslu  ağaclıq  yaranır.  Yaruslar  bitkinin 

assimlyasiya  edən  və  mühitə  böyük  təsir  göstərən  əsas  kütləsi  üzrə  ayrılır. 

Bitki  örtüyünün  yarusları  müxtəlif  uzunluqda  ola  bilər,  məsələn,  ağac 

yarusunun hündürlüyü 30-50 metrə qədər, kol yarusu 2-6 m, mamır yarusu isə 

cəmi bir neçə santimetr təşkil edir. 

Hər  bir  yarus  müəyyən  kompleks  şəraitə  uyğunlaşır  və  fitoiqlimin 

yaranmasında özünəməxsus iştirak edir. Beləliklə, ağac-kol və ot  yarus- ları 

müxtəlif  ekoloji  vəziyyətlərdə  yerləşir,  bu  isə  bitkilərin  fəaliyyətinə  və 

yaruslarda  yaşayan  (məskunlaşan)  heyvanların  həyatına  təsir  göstərir. 

Fitosenozların  torpaqaltı  yarusu  bitki  köklərinin  işlədiyi  dərinlikdən,  kök 

sisteminin aktiv hissəsinin yerləşməsindən asılıdır. Meşədə çox vaxt bir neçə 

(altıya qədər) torpaqaltı yarus müşahidə etmək olar. 

Heyvanlar  əksəriyyət  etibarilə  bu  və  ya  digər  bitki  örtüyü  yarusunda 

yerləşir.  Onlardan  bəziləri  ona  uyğun  yarusdan  kənara  çıxmır.  Məsələn, 

həşəratlar  arasında  aşağıdakı  qruplar  ayrılır:  torpaqda  məskunlaşanlar  



geobiy, yerüstü səth qatında - herpetobiy, mamır yarusundakı - brio- biy, ot 

örtüyündəki  -filİobiy,  bir  qədər  yüksəkdə  yerləşən,  həşəratlar  isə  aerobiy 

adlanır. Quşlar arasında yalnız yerdə yuva quranlar (toyuqkimi- lər, tetra quşu, 

tənək  quşu  və  b.),  kol  yarusunda  yuva  quranlar  (oxuyan  qaratoyuqlar,  qar 

quşu, silviya quşu) və ya ağac çətirində yuva quranlar (alacəhrə, payız bülbülü, 

iri yırtıcılar və b.) ayrılır. 

Su  ekosistemlərində  irimiqyaslı  şaquli  strukturu  ilk  növbədə  xarici 

faktorlar  əmələ  gətirir.  Pelaqialda  təyinedici  faktorlara  işıqlanma  və 

temperatur  qradiyetləri  və  biogenlərin  konsentrasiyası  aiddir.  Dərinliklərdə 

hidrostatik təzyiq faktoru, dib biosenozlarında isə faktora qruntun müxtəliBiyi, 

dib  qatlarında  suyun  hidrodinamikası  əlavə  olunur.  Şaquli  strukturun 

xüsusiyyətləri növ tərkibi, dominantlıq edən növün əvəz olunması, bitkilərin 

göstəricisi ilə ifadə olunur. 

Mozaiklik və yamsluq dinamikası - bir mikroqrup digəri ilə əvəz olunur

onların ölçüləri qısalıb, yaxud böyüyə bilər. 

Üfüqi  istiqamətdə  parçalanma  -  mozaiklik  praktiki  olaraq  bütün 

fitosenozlar  üçün  xasdır.  Ona  görə  onların  daxilində  struktur  vahidləri 

ayırırlar.  Bu  vahidlərə  müxtəlif  adlar  verilir,  məs.  mikroqruplar,  mikro- 

senozlar, mikrofitosenozlar, parsellər və s. Bu mikroqruplar növ tərki 

63 



binə,  növlərin  say  nisbətinə,  yaşına,  sıxlığına,  məhsuldarlığına  və  başqa 

xassələrinə görə fərqlənirlər. 

Mozaiklik  müxtəlif  səbəblərdən  -  biotopun  xüsusiyyətlərindən,  mik- 

rorelyefm,  torpağın  müxtəlifliyindən,  mikroiqlimin  təsirindən,  bitkilərin 

mühitəmələgətirmə təsirindən və onların bioloji xüsusiyyətlərindən yaranır. O, 

heyvanların  fəaliyyəti  (torpağın  eşilib  çıxarılması  və  sonradan  bitki  ilə 

örtülməsi,  qarışqa  yuvalarının  əmələ  gəlməsi,  dırnaqlılar  tərəfindən  səthin 

topalanması və bitkilərin yeyilməsi (zədələnməsi) və s.) və  ya insanın təsiri 

(meşənin  qırılması  nəticəsində  yeni  ağaclığın  əmələ  gəlməsi,  mal-qara 

otarılması, ocaq qalama və s.), güclü küləklər nəticəsində ağacların yıxılması, 

yanğınlar və s. nəticəsində yaranır. 

4.2.

 

BİOSENOZDA ORQANİZMLƏRİN ƏLAQƏLƏRİ 

Biosenozların  yaranması  və  mövcudluğunun  əsası  orqanimzlərin  eyni 

biotopda  yerləşərək  bir-birilə  əlaqəsindən  ibarətdir.  Bu  əlaqələr  növlərin 

qruplaşmasında əsas yaşama şəraitini, qida əldə etməsini və yeni ərazilər zəbt 

etməsini müəyyənləşdirir. 

V.

 



N.Beklemişevin təsnifatına əsasən növün biosenozda müəyyən ekoloji 

sığınacaq tapması əhəmiyyətinə görə bilavasitə və dolayı vasitəli əlaqələr dörd 

tipə bölünür: trofik, topik, forik və fabrikasiya əlaqələri. 

Trofik əlaqələr. Bir növün digər növün fərdinin hesabına (ya diri halda, ya 

ölü qalıqları, yaxud da həyat fəaliyyəti məhsulu ilə) qidalanması zamanı baş 

verir. İynəcənin digər həşƏratı uçan halda tutması, peyin qurdu böcəyinin iri 

dırnaqlıların peyini ilə qidalanması, arının bitkinin nektarını toplaması onlara 

qida olan növlə bilavasitə trofik əlaqəyə girməsi deməkdir. 

Topik  əlaqələr  -  bir  növün  həyat  fəaliyyəti  nəticəsində  digər  növün 

yaşayış  şəraitinin  istənilən  fiziki  və  ya  kimyəvi  dəyişməsi  ilə  xarakterizə 

olunur. Bu əlaqələr olduqca müxtəlifdir. Onlar bir növün digər növ üçün mühit 

yaratması  (məsələn,  daxili  parazitizmi  və  ya  yuva  kommensaliz-  mi), 

substratın  formalaşdırması  ilə  əlaqədar  digər  növün  nümayəndələri  ya  bura 

köçür, yaxud da əksinə suyun, havanın hərəkətinin təsiri, temperaturun, ətraf 

sahənin  işıqlanmasmın  dəyişməsi,  ayrılma  (ifrazat)  məhsulları  ilə  mühitin 

doyması və s. səbəbdən köçməkdən çəkinir (imtina edir). Milçək sürfələrinin 

inək  peyinində  məskunlaşması,  ağacın  göv-  dəsindəki  şibyələr,  onlar  üçün 

substrat  və  ya  yaşama mühiti sayılan orqanizmlərlə bilavasitə topik əlaqədə 

olurlar.  Digər  orqanizmlər  üçün  mühit  yaratmaq  və  ya  mühiti  dəyişməkdə 

bitkilər  xüsusən  böyük  rola  malikdir.  Bitki  örtüyü  enerji  mübadiləsi 

xüsusiyyətinə görə yer səthində isitiliyin paylanması, mezo və mikroiqlimin 

yaranmasında güclü faktor 



64 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə