Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə24/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   20   21   22   23   24   25   26   27   ...   216

saxlama qabiliyyətinə malikdir. Belə populyasiyada bu və ya digər yaş qrupu 

üstünlük edə bilər. Bununla əlaqədar olaraq cavan, ortayaşlı və qoca (yaşlı) 

normal senopopulyasiyalar ayrılır. 

Senopopulyasiyanın yaş strukturu əsasən növün bioloji xüsusiyyətləri ilə 

(toxumvermənin  -  meyvəvermənin  dövriliyi,  məhsuldar  toxumların  və 

vegetativ rüşeymiərin sayı, toxumların bitiş faizinin qalma müddəti, fərdlərin 

bir yaş qrupundan digərinə keçmə sürəti, klon əmələgəlmə qabiliyyəti və b.) 

təyin  olunur.  Göstərilən  bütün  bioloji  xüsusiyyətlərin  təzahürü  ətraf  mühit 

şəraitindən asılıdır. 

Bir senopopulyasiyanın fərdlərinin inkişafı və bir yaş qrupundan digərinə 

keçmə  sürəti  müxtəlif  intensivlikdə  ola  bilər.  Normal  inkişafla,  yəni  yaş 

vəziyyətləri  biri  digərini  adi  ardıcıllıqla  əvəz  etməsi  ilə  müqayisədə  inkişaf 

tezləşə  və  gecikə  bilər,  ayrı-ayrı  yaş  vəziyyətləri  sıradan  çıxa  bilər,  təkrar 

sükutluq başlaya bilər, fərdlərin bir hissəsi cavanlaşa və ya məhv ola bilər. Bir 

sıra çəmən, meşə, bozqır növləri istixanada və ya əkinlərdə yaxşı aqrotexniki 

fonda becərildikdə öz ontogenezlərini qısal- dır, məsələn, çəmən topalotu və 

çobantoxmağı 20-25 ildən 4 ilə qədər, yaz gülülü (xoruzgülü) 100-dən 10-15 

ilə qədər və s. Digər bitkilər isə şərait yaxşılaşdıqda (məs. adi zirə) ontogenez 

uzana bilər. 

Quraqlıq  illərində  və  intensiv  otarma  zamanı  senopopulyasiyanın 

ayrı-ayrı yaş vəziyyətləri sıradan çıxır, bəzi növləri vaxtsız senil vəziyyətinə 

keçir,  bəzi  növlərin  isə  cavan  və  yetişmiş  generativ  fərdlərində  çiçəkləmə 

fasilə verərək elə bil ki, cavanlaşır və ontogenezini uzadır. 

Yaş spektri yalnız xarici şəraitlə deyil, həm də növün reaktivliyindən və 

davamlığmdan asılı olaraq tərəddüd edir. Otarmaya qarşı bitkilərdə müxtəlif 

maneələr olur: otarmada bəzi bitkilərdə cavanlaşma baş verir, belə ki, qocalma 

həddinə  çatmamış  məhv  edilir  (məs.  yovşan),  digərində  isə  bərpa  aşağı 

düşdüyündən senopopulyasiyanın qocalmasına səbəb olur (məs. bozqır növü 

Ledebur çiləotu). 

Bəzi növlərdə arealın bütün sahəsində geniş diapazon şəraitində normal 

senopopulyasiyalar  yaş  strukturunun  əsas  əlamətlərini  saxlayır  (məs.  adi 

göyrüş,  dovşantopalı,  çəmən  topalı  və  s.).  Belə  yaş  spektri  əsasən  növün 

bioloji xassələrindən asılı olub baza spektri adlanır. 

Baza  spektri  ən  çox  davamlı  qruplaşmalarda  edifıkator  növlərin  se- 

nopopulyasiyalarına xasdır. 

Fərdlər nə qədər böyük olarsa, onun mühitə və qonşu bitkilərə təsiri geniş 

sferdə olur. Əgər senopopulyasiyanın  yaş spektrində  yaşlı vegetativ  fərdlər, 

cavan və ortayaşlı generativ fərdlər üstünlük təşkil edərsə, bütün populyasiya 

bütövlüklə digərləri arasında davamlı vəziyyət tu- tacaqdır. 

Beləliklə, senopopulyasiyanın təkcə sayı deyil, həmçinin yaş spektri 



52 


onun vəziyyətini və xarici mühitin dəyişən şəraitinə uyğunlaşmasını əks etdirir 

və biosenozda növün mövqeyini təyin edir. 

Populyasiyanm  ərazi  (məkan)  strukturu  fərdlərin  və  onların 

qruplaşmalarının  landşaftın  müəyyən  elementlərinə  və  bir-birinə  nisbətən 

yerləşmə xarakterini göstərir və növə uyğun ərazidən istifadə tipini əks etdirir. 

Ərazidə  fərdlərin  qanunauyğun  yayılması  (paylanması)  mühüm  bioloji 

əhəmiyyət  kəsb  edir  və  əslində  populyasiyanm  normal  fəaliyyətinin  bütün 

formalarının  əsası  sayılır.  Məkanca  strukturlaşma  hər  şeydən  əvvəl  mühit 

resurslarından (qida, qoruyucu, mikroiqlim və s.) daha effektli istifadə etməyi 

müəyyənləşdirir,  populyasiya  daxilində  fərdlərin  rəqabətlik  münasibəti 

səviyyəsini  aşağı  salır.  Bunun  əsasında  növün  biokütləsinin  və  bioloji 

aktivliyinin  yüksək  səviyyədə  qalmasına  imkan  yaranır.  Bu,  həmin 

populyasiyanm  biosenozun digər növləri ilə qarşılıqlı  əlaqəsində mövqeyini 

möhkəmlədir və onun sabit mövcudluğu ehtimalını artırır. 

Ərazi  strukturlaşmanm  bioloji  rolunun  digər  aspekti  fərdlər  arasında 

populyasiyadaxili kontaktı (əlaqəni) lazımi səviyyədə sabit saxlamağın əsası 

sayılır. Populyasiyanm həm növ (çoxalma, yayılma və s.), həm də biosenotik 

funksiyasının  (dövranda  iştirakı,  bioloji  məhsulu  yaratmaq,  digər  növlərin 

populyasiyalarma təsir)  yerinə  yetirilməsi  yalnız ayrı-ayrı fərdlər və onların 

qruplaşmalarının  arasındakı  sabit  qanunauyğun  qarşılıqlı  təsirlər  əsasında 

mümkündür. Strukturlaşmış sistemdə belə qarşılıqlı təsirin saxlanması ərazidə 

populyasiya  elementlərinin  nizamsız,  təsadüfi  yayılmasına  nisbətən  daha 

etibarlı təmin olunmuşdur. 

3.3.

 

ƏRAZİ YAYILMA TİPLƏRİ 

Populyasiyada  fərdlərin  ərazidə  (məkanda)  yayılmasının  aşağıdakı 

prinsipial  tipləri  ayrılır:  bərabər  (müntəzəm),  diffuz  (təsadüfi)  və  qrupla 

(mozaik). 



Bərabər  paylanma  (yayılma)  tipində  hər  bir  fərd  bütün  qonşu  fərd- 

lərdən  bərabər  məsafədə  yayılır.  Nəzəri  baxımdan  belə  yayılma  tipində 

minimal rəqabətlik dərəcəsində resursdan tam istifadə edilməsinə uyğun gəlir. 

Lakin  təbiətdə  fərdlərin  bərabər  paylanmasına  çox  nadir  halda  rast 

gəlmək mümkündür. 

Belə yayılma xarakteri yaxın bəzi eyninövlü bitki qruplarına (kolluğuna) 

xasdır,  burada  bəzi  oturaq  onurğasızların  sıx  populyasiyalarma  rast  gəlinir. 

Bərabər  yayılma  tipinin  prakfiki  olaraq  mümkünsüzlüyü  hər  şeydən  əvvəl 

yaşama mühitinin müxtəlifliyi olub fərdlərin bərabər paylanmasını pozur. 

53 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə