Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə25/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   21   22   23   24   25   26   27   28   ...   216

♦ • 

• •

 

•  •  • 



9

 





Şəkil  3.2. 



Populyasiyada  fərdlərin  ərazi  paylanması  tipləri;  A-bərabər; 

B- 


diffuz; C-mozaik 

Fərdlərin  diffuz  tipli  yayılmasına  təbiətdə tez-tez rast gəlinir, burada 

fərdlər  ərazidə  qeyri-bərabər,  təsadüfi  yayılmışdır.  Belə  halda  fərdlər 

arasındakı məsafə eyni deyildir, bu əsasən mühitin eynicinsli olmamasından 

irəli  gəlir.  Belə  yayılma  tipi  bitkilər  və  bir  sıra  heyvan  taksonları  arasında 

geniş  yayılmışdır.  Diffuz  yayılma  tipində  təbiətdə  populyasiya-  nın  üzvləri 

bir-birindən  nisbətən  asılı  olmayab  onun  üçün  eynicinsli  mühitdə  yaşayır. 

Buna un böcəyi Tribolium confusumun unda yerləşməsi,  kiçik çay suyunda 

birgünlük böcəyin sürfələri, çəməndə qaraqurd hörümçəyinin yuvaları misal 

ola bilər. 

Mozaik  yayılma  tipində  yaranmış  fərd  qrupları  arasında  böyük  boş 

ərazilər  qalır.  Bioloji  cəhətdən  belə  yayılma  tipi  ya  mühitin  kəskin 

müxtəlifcinsli  olması,  yaxud  da  fərdləri  bir-birinə  aktiv  yaxınlaşdırma 

əsasında baş verən aydın ifadə olunan sosial strukturla bağlıdır. Fərdlərin aktiv 

yaxınlaşması  xüsusilə  ali  heyvanlara  (polimorf  koloniya  yaradan  bir  çox 

onurğahlar, həşəratlar) xasdır. 

Senopopulyasiyada bitkilər çox vaxt olduqca qeyri-bərabər yayılaraq bu 

və  ya  digər  dərəcədə  bir-birindən  ayrılan  qruplar  (mikrosenopo-  pulyasiya, 

subpopulyasiya) əmələ gətirir. Bu qruplar bir-birindən fərdlərin sayı, sıxlığı, 

yaş strukturu, böyüklüyü ilə seçilir. 



Doğum.  Populyasiyada  vahid  zaman  ərzində  orqanizmin  yeni  fərdlə- 

rinin həyata gəlməsi hadisəsi, yə’ni doğum əmələ gəlir. Yeni fərdlərin əmələ 

gəlməsi yumurtadan çıxma, toxumla cücərmə və bölünmə yolu ilə ola bilər. 

Zaman  vahidi  ərzində  doğulanların  sayı  sabit  kəmiyyət  olmayıb 

populyasiyanm  fərdlərinin ölçü və  yaşından, həm  də mühit şəraitindən asılı 

olaraq  dəyişir.  (Məmmədov,  Suravegina,  2000).  Doğum  çox  olduqda  ərazi 

vahidinə düşən fərdlərin sayı artaraq sıxlığı yüksəlir. Bu zaman ərazi, dişilər 

və yem üstündə fərdlərarası rəqabət güclənir. Nəticədə fərdlər arasında ölüm 

halları artır. 

Ölüm - vahid zaman ərzində populyasiyada ölən fərdlərin sayını gö 

54 



stərir. ölüm də populyasiyada bir çox səbəbdən fərdlərin genetik və fizioloji 

mükəmməlliyindən (yararlığından), əlverişsiz fiziki mühit şəraitinin və yırtıcı, 

parazit, xəstəliklərin təsirindən asılıdır. Hər nəslin həyat  tsikli- nin  müxtəlif 

mərhələlərində bu amillərin təsir gücü müxtəlif olur. Bir generasiya fərdlərinin 

hamısı bioloji yaş həddinə çatması və sonra qısa müddətdə ölməsi ideal hadisə 

sayılır. Buna populyasiyanm minimal ölümü müvafiq gəlir. Təbiətdə tez-tez 

rast gəlinən variant həyatının erkən dövründə fərdlərin  yüksək ölümü hesab 

olunur.  Yaşlı  formalar  daha  çox  qorunmuş  və  dözümlü  olur.  İnsanlarda  da 

bütün tarix boyu uşaq ölümü yüksək olmuşdur, son vaxtlar səhiyyənin inkişafı 

ilə  əlaqədar  uşaq  ölümü  azalmışdır.  Ölümün  sayı  artdıqda  populyeısiyanm 

sayı  azalır və bu zaman artımı stimullaşdıran mexanizmlər işə düşür. Stress 

azalır,  cinsiyyət  hormonlarının  səviyyəsi  artır,  doğum  yüksəlir.  Beləliklə, 

populyasiyada  onun  sayını  optimallaşdıran  özünütənzimləmə  mexanizmləri 

mövcuddur. 



Yerləşmə (yerini dəyişmə), yerdəyişmə 

Populyasiyadan  fərdlərin  köçməsi  və  ya  onun  yerinin  gəlmələrlə 

(yadlarla)  dolması  növün  mühüm  bioloji  xüsusiyyətlərindən  biri  -  onun 

yerdəyişmə qabiliyyətinə əsaslanır. Hər bir populyasiyada fərdlərin bir hissəsi 

müntəzəm olaraq onu tərk edərək qonşu sahədəki populyasiyam doldurur və 

ya  həmin  növ  olmayan  yeni  əraziyə  köçür.  Bu  prosesə  po-  pulyasiyanın 



dispersiyası deyilir. Yerdəyişmədə yeni biotoplar zəbt olunur, növün ümumi 

arealı genişlənir və yaşamaq uğrunda mübarizədə müvəffəqiyyət qazanılır. 

Müxtəlif  heyvan  və  həşəratların  yerdəyişməsi  həyat  tsiklinin  müəyyən 

dövründə keçir. 

Bitkilər toxum və sporlar vasitəsilə yayılır (yer dəyişir). 

Yerdəyişmə dispersiyası populyasiyalar arasında əlaqə vasitəsini görür. 

Populyasiyanm sıxlığı artdıqda bu proses güclənir. Yerdəyişən fərdlərin həmin 

növ olmayan yeni əraziyə daxil olaraq oranı zəbt etməsi və yeni populyasiyalar 

əmələ gətirməsi invaziya adlanır. 

55 



IV FƏSİL 

BİOSENOZLAR (BİOTİK QRUPLAŞMALAR) 

Biotop  daxilində  yayılmış,  bütün  canlılar  -  müxtəlif  növlər  və  hər  bir 

növü təşkil edən fərdlərin təbii qrupları biosenozları əmələ gətirir. Biosenoz - 

quru  və  su  hövzəsinin  müəyyən,  nisbətən  eyni  (oxşar)  sahəsini  tutan 

(orada  yaşayan),  bir-birilə  və  abiotik  amillərlə  müəyyən  əlaqəsi  ilə 

səciyyələnən  bitki, heyvan  və  mikroorqanizmlərin  məcmusudur.  Bioloji 

dövranda iştirakına  görə biosenozda əsas üç orqanizmlər qrupu ayırırlar: 1) 

Avtotrof  orqanizmlər  (produsentlər)  -  qeyri  üzvi  maddədən  üzvi  maddə 

əmələ  gətirir,  2)  Heterotrof  orqanizmlər  (konsumentlər)  hazır  üzvi 

maddələrlə qidalanan orqanizmlərdir. Bura insan və heyvanlar, həmçinin bəzi 

bitkilər  (göbələklər,  bir  çox  parazit  və  saprofıt  örtülü  toxumlular)  və 

mikroorqanizmlər aid edilir. 3) redusentlər, orqanizmin parçalanmış qalıqları 

ilə qidalanan saprofıtlər aiddir. Bu orqanizmlər öz həyat fəaliyyəti prosesində 

ölü  kütlənin  və  qismən  biokütlənin  mürəkkəb  üzvi  maddələrini  sadə 

birləşmələrə (S



02

N2, O2



, N

3

, və s.) çevirir, (minerallaşdırır) 

Beləliklə,  biosenoz  və  biotop  bir-birinə  təsir  göstərən  iki  ayrılmaz 

element  olub  ekosistem  adlanan  bu  və  ya  digər  dərəcədə  dayanıqlı  sistem 

əmələ gətirir. 

ekosistem = biotop + biosenoz 

Bəzi  tədqiqatçılara  görə  ekosistem  istənilən  uzunluqda  və  ölçüdə 

(böyüklükdə) ola bilər. Bu baxımdan ayrılır: 

-

 



mikroekosistemlər,  məs.  meşədəki  tək  çürümüş  kötük,  ağac 

üzərindəki şibyə yastığı; 

-

 

mezoekosistemlər, məs. meşə, çəmən, səhra; 



-

 

makroekosistemlər, məs. okean. 



Ekosistem  biosferin  elementar  funksional  vahididir.  Onun  strukturuna 

adətən  üç  planda  baxılır:  1)  komponent  (populyasiya  və  ya  növ)  tərkibi  və 

müxtəlif növ populyasiyalarının, həyati formaların (biomorl) və başqa struktur 

elementlərin  nisbəti;  2)  ayrı-ayrı  elementlərin  ərazidə  yayılması;  3)  bütün 

əlaqələrin,  ilk  növbədə  qida  zənciri  və  tsikllərin,  tro-  fık,  forik  və  digər 

əlaqələrin məcmusu. 

Bəzi  tədqiqatçılar  (Y.Odum  1975)  ekosistemə  və  biogeosenoza  eyni 

kateqoriya  kimi  baxır.  Digərlərinə  (məs.  V.N.  Sukaçev  1942)  görə  onlar 

arasında oxşarlıq vardır, lakin identik (eyni) deyildir. V.N. Sukaçeva ( 1940, 

1942) görə biogeosenoz yer səthinin oxşar canlı (bitki örtüyü, heyvanat aləmi, 

mikroorqanizmlər)  komponentlərinin  və  təbii  şərait,  geoloji  quruluş  və  s. 

onların  qarşılıqlı  əlaqələrinin  vahid  təbii  kompleksidir.  Deməli, 

biogeosenozun bağlılıq faktorları - substraktm təbiəti, relyef tipi və 

56 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə