Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə27/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   23   24   25   26   27   28   29   30   ...   216

rəcədə mühit yaradır vo onlarsız digər növlərin mövcudluğu mümkün deyildir. 

Bu  növlər  qruplaşmanın  bütövlüklə  mikromühitini  (mikroiqlimini) 

müəyyənləşdirir,  ona  görə  onların  aradan  götürülməsi  biosenozun  tam 

parçalanması  (məhv  olması)  təhlükəsini  yaradır.  Bu  növlər  edifika-  torlar 

(latınca-qurucu) adlanır. Bizim meşələrimizin edifıkatorlarmdan şərq fıstığı, 

şərq  palıdı,  iberiya  palıdı,  şabalıdyarpaq  palıd,  ağyarpaq  qovaq  növlərini, 

subalp  və  alp  çəmənlərində  qırtıc,  topalotu,  şehduranı,  yarımsəhralarda 

yovşanı, dəvətikanmı göstərmək olar. 

Biosenozun  tərkibinə  az  miqdarda  dominantlarla  yanaşı,  adətən  çoxlu 

miqdarda azsaylı və nadir növlər, formalar daxil olur. Azsaylı növlər ikinci 

dərəcəli  növlər  də  adlanır.  Biosenozun  həyatında  nadir  və  azsaylı  növlər 

olduqca  vacib  sayılır.  Onlar  növ  zənginliyi  yaradır,  biose-  notik  əlaqələrdə 

müxtəlifliyi yüksəldir və dominantların yerini doldurmaq, yaxud əvəz etmək 

üçün  ehtiyat  vəzifəsini  görür,  yəni  bisenozun  da-  vamlığını  və  müxtəlif 

şəraitdə  onun  fəaliyyətinin  etibarlığını  artırır.  Biosenozda  belə  «ikinci 

dərəcəli»  növlərin  ehtiyatı  çox  olduqca  mühitin  istənilən  dəyişkənliyində 

onların dominantlıq etmək ehtimalı da artar. 

Dominantlıq  edən  növlərin  sayı  ilə  biosenozun  ümumi  növ  zənginliyi 

arasında  müəyyən  əlaqə  mövcuddur.  Növlərin  sayı  azadlıqda  ayrı-ayrı 

formaların  bolluğu  artır.  Belə  kasıb  qruplaşmalarda  biosenotik  əlaqələr 

zəilləyir  və  rəqabətetmə  qabiliyyəti  güclü  olan  növlər  maneəsiz  çoxalma 

imkanı  qazanır.  Mühit  şəraiti  spesifik  olduqca  qruplaşmanın  növ  tərkibi 

kasatlaşır  və  ayrı-ayrı  növlərin  sayı  çoxalır.  Tundrada  lemminqlər  və  ya 

aqrosenozda  ziyanverici  həşəratların  kütləvi  çoxalma  «partlayışını»  buna 

misal gətirmək olar. 

Daha zəngin biosenozlarda praktiki olaraq bütün növlərin sayı (miqdarı) 

az olur. Növ tərkibinin zənginliyi ilə fərqlənən tropik meşələrdə eyni cinsdən 

olan ağacların bir neçəsinin yan-yana bitdiyinə nadir halda rast gəlmək, olar. 

Belə qruplaşmalarda ayrı-ayrı növlərin kütləvi çoxalması partlayışı baş vermir 

və  biosenozlar  yüksək  sabitliyi  (davamlılığı)  ilə  seçilir.  Biosenozun 

müxtəlifliyi  onun  sabitliyi  ilə  sıx  bağlıdır:  növmüxtəlifliyi  yüksəldikcə 

biosenoz  bir  o  qədər  sabit  olur.  İnsan  fəaliyyəti  təbii  qruplaşmalarda 

növmüxtəlifliyini  xeyli  azaldır.  Təbii  sistemlərin  sabitliyini  saxlamaq  üçün 

insan  fəaliyyətinin  neqativ  nəticələrini  qabaqcadan  bilməli  və  ona  qarşı 

mübarizə aparmalıdır. 

Biosenozun növ strukturunda ayrı-ayrı növlərin rolunu qiymətləndirmək 

üçün  kəmiyyət  uçotuna  əsaslanan  müxtəlif  göstəricilərdən  istifadə  edilir. 

Növün bolluğu - vahid sahədə müəyyən növün fərdlərinin sayı və ya tutduğu 

sahədə  həcmidir.  Məs.,  su  hövzəsində  1  dm’  suda  xırda  xərçəngkimi-  lərin 

sayı və ya 1 km- bozqır sahəsində yuvaquran quşların sayı, yaxud 1 ha sahədə 

müxtəlif yaş siniflərində növlərin sayı və s. Rast gəlinmənin (qarşı 



60 


laşma) təkrarlanması biosenozda növün biosenozda bərabər və qeyri- bərabər 

yayılmasını  səciyyələndirir.  O,  həmin  növün  rast  gəlindiyi  nümunə  və  ya 

təcrübə  sahələrinin  ümumi  nümunə  və  ya  təcrübə  sahələrinə  nisbəti  ilə 

hesablanır. Növün sayı  və rast  gəlinməsi bilavasitə əlaqəli deyildir. Belə ki, 

növün sayı çox, rastlaşma az və ya əksinə, növün sayı az, rastlaşma isə kifayət 

qədər ola bilər. 

Təbiidir ki, bütün biosenozlarda ən kiçik formalar - bakteriyalar və digər 

mikroorqanizmlər  üstünlük  təşkil  edir.  Odur  ki,  müxtəlif  ölçülü  növləri 

müqayisə etdikdə saya görə dominantlıq etmək qruplaşmanın xüsusiyyətlərini 

əks  etdirə  bilməz.  Müxtəlif  ölçülü  formalar  və  növlər  müxtəlif  əlamətlərinə 

görə  də  ayrılır:  sistematik  (quşlar,  həşəratlar,  taxıl-  kimilər, 

mürəkkəbçiçəklilər)  ekoloji-morfoloji  (ağaclar,  kollar,  otlar),  yaxud  da 

bilavasitə  ölçüyə  görə  (torpağın  mikrofauna,  mezofauna  və  makrofaunası 

bütünlükdə və s.). 

Daha  kütləvi  yayılan  növlərin  müxtəlif  ölçülü  qrupları  daxilində 

müxtəlifliyi,  say  nisbəti,  nadir  formaların  bolluğu  və  digər  göstəricilərin 

ümumi  xarakteristikasım  müqayisə  edərək  biosenozların  növ  strukturunun 

spesifikası haqda qənaətləndirici təsəvvür almaq olar. 

Topik  əlaqələr  əsasında  biosenoz  daxilində  xüsusi  struktur  birliyi  - 

konsorsiumlar  mövcuddur.  Konsorsium  müxtəlifcinsli  orqanizmlər  qrupu 

olub hər hansı bir növün fərdinin (konsorsiumun) mərkəzi üzvünün xaricində 

və daxilində yerləşir. Əksəriyyət hallarda bir konsorsiumun üzvü də müxtləif 

tropik  əlaqələrlə  bağlıdır.  Konsorsiumlar  faktiki  olaraq  digərinə 

mühitəmələgəlmə  təsirinə  malik  olan  istənilən  növün  nümayəndəsinin 

ətrafında formalaşır. 

Ayrı-ayrı  konsorsiumlar  müxtəlif  mürəkkəblik  dərəcəsində  ola  bilər. 

Biosenozun daxili mühitinin yaranmasında əsas rol oynayan bitkilər çoxçaylı 

konsorovtiv əlaqələri ilə seçilirlər (şəkil 4.2). Konsorsiumun digər üzvləri də 

öz  növbəsində  daha  kiçik  konsorsiumlar,  yəni  birinci,  ikinci,  üçüncü  və  s. 

konsorsium  sıraları  yarada  bilər.  Ümumiyyətlə,  konsorsiumların  mərkəzi 

üzvləri çox vaxt bitkilər olur. 

Beləliklə, biosenoz növlər arasındakı sıx topik və tropik əlaqələr əsasında 

yaranan bir-birilə bağlı konsorsiumlar sistemindən ibarətdir. 



4.1.2.

 

Biosenozun ərazi (məkan) strukturu 

Biosenozda növlər müəyyən ərazi strukturu yaradır, bu əsasən onun bitki 

hissəsində - fitosenozda bitkinin yerüstü və yeraltı hissələrinin yayılması ilə 

müəyyən olunur. 

Müxtəlif boya malik  olan bitkilər bir  yerdə olduqda fitosenoz çox vaxt 

aydın  yarusluq  (mərtəbəlik)  quruluşunu  alır:  assimlyasiya  edən  bitkinin 

yerüstü orqanları və yeraltı hissələri bir neçə qatda yerləşərək 

61 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə