Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə48/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   44   45   46   47   48   49   50   51   ...   216

Təbii  resurslar  elementar  və  ya  sadə  və  kompleks  və  mürəkkəb 

resurslara  ayrılır.  Elementar  resurslar  tərkibinə  görə  yekcins  (oksigen,  hid- 

rogen, dəmir, külək enerjisi və s.), kompleks resurslar isə bir neçə elementdən 

təşkil olunur, məs. atmosfer havası, torpaq, su, filiz, daş kömür və b. Məlum 

olduğu kimi, insan öz təsərrüfat fəaliyyətində təbii resurslara təsir göstərir. Bu 

səbəbdən onların çoxu azalır və son nəticədə tamamilə tükənə bilər. Odur ki, 

təbii  resursların  uçotu  aparıldıqda  və  onlar  təsərrüfat  üçün  əldə  edildikdə 

onların  ehtiyatının  tükənməsi  anlayışından  istifadə  olunur.  Buna  görə  təbii 

resursların belə təsnifatı ekoloji təsnifat da adlanır. 

Bütün  təbii  resurslar  tükənmə  dərəcəsinə  görə  iki  qrupa  bölünür: 



tükənən və tükənməyən (şəkil 7.1). 

Keyfiyyətcə lokal 

 

Şəkil 7.1. Bərpa olunmasına görə təbii resursların təsnifatı 



122 


Tükənən təbii resurslar. Yer qabığında və ya landşaft mühitində əmələ 

gəlir, lakin onların həcmi və yaranma sürəti zamanın geoloji şka-. lası ilə 

ölçülür. Bununla belə, insan tərəfindən onların istifadəsinin həcmi təbii bərpası 

sürətini olduqca keçir. Bunun nəticəsində bu təbii resursların tükənməsi 

qaçılmazdır. 

Tükənən resursların qrupuna müxtəlif sürətlə və müxtəlif həcmlə əmələ 

gələn  resurslar  daxildir.  Bu  baxımdan,  tükənən  resurslar  bərpa  oluna 

bilməyən, bərpa olunan və nisbətən bərpa oluna bilən növlərə ayrılır. 

Bərpa  oluna  bilməyən  resurslara  demək  olar  ki,  bütün  mineral  və 

qismən torpaq resursları aiddir. Faydalı qazıntılar yer qabığının dərinliklərində 

daim  fılizyaranma  prosesləri  nəticəsində  əmələ  gəlir.  Lakin  bu  resursların 

əmələ gəlməsinə olduqca uzun dövr (on və yüz milyon illər) tələb olunur. Odur 

ki,  onların  təsərrüfat  baxımından  hesablanması  praktiki  olaraq  qeyri 

mümkündür. Bununla  əlaqədar olaraq bütün  mineral  resurslar tükənən, eyni 

zamanda bərpa olunmayan resurslar hesab olunur. 

Torpaq resursları təbii halında insan cəmiyyəti fəaliyyətinin maddi bazisi 

sayılır.  Ərazinin  mənimsənilmə  mümkünlüyünə  və  təsərrüfat  fəaliyyətinə 

relyef şəraiti əhəmiyyətli dərəcədə təsir göstərir. Karxana üçün və ya iri sənaye 

və  mülki  tikinti  zamanı  süni  surətdə  relyefin  dəyişilməsilə  pozulmuş  ərazi 

(torpaq) bir daha təbii halında bərpa oluna blməz. 



Bərpa olunan resurslara bitki örtüyü və heyvanat aləmi daxildir. Hər iki 

resurs az bir zaman ərzində (bir-iki insan nəsli dövründə) bərpa oluna bilir. 



Nisbi bərpa olunan və ya məhdud bərpa olunan resurslara olduqca de- 

fisit  sayılan  aşağıdakı  təbii  sərvətlər  aiddir:  a)  məhsuldar  əkinə  yararlı 

torpaqlar  olduqca  az  sahə  tutur.  Müxtəlif  məlumatlara  əsasən  quruda  cəmi 

1,5-2,5 milyard ha təşkil edir. Birinci münbitlik sinfinə aid olan ən məhsuldar 

torpaqlar  400  mln.  ha  sahə  tutur  (E.P.Romanova  və  b.,  1993).  Məhsuldar 

torpaqlar çox tədriclə əmələ gəlir: məsələn, qaratorpaq tipinin 1 mm humus 

horizontunun əmələ gəlməsinə təxminən 100 il vaxt lazımdır. Bununla belə, 

torpaqdan  səmərəsiz  istifadə  edilməsi  ilə  əlaqədar  güclü  eroziya  prosesi 

nəticəsində yalnız bir il ərzində torpağın ən qiymətli üst şum qatının bir neçə 

santimetr  dağılmasına  səbəb  olur.  Son  50  il  ərzində  əksər  dövlətlərin 

ərazisində  torpağın  dağılması  prosesi  olduqca  intensiv  gedir.  Bu  torpaqların 

bərpa olunmasına 1000 illərlə vaxt tələb olunur. Bu, torpaq resurslarını «nisbi 



bərpa oiunan» resurslar qrupuna aid etməyə əsas verir. 

Hazırda  sənaye  əhəmiyyətli  yetişmiş  yaşlı  meşələr  intensiv  istismar 

edilir.  Bu  hal  ən  çox  tropik  meşələrdə  müşahidə  olunur.  Bir  çox  inkişaf 

etməkdə olan ölkələrdə (Nigeriya, Kosta-Rike, Filippin, Tailand, İndo 



123 


neziya,  Vyetnam  və  Rusiyada)  yetişmiş  yaşlı  meşələrin  sahəsinin  azalması 

çox sürətlə gedir. Belə meşələrin bərpasına azı bir-iki əsr vaxt tələb olunur və 

onların olduğu kimi təbii halında bərpa olunması qeyri- mümkündür. 

Bitki  örtüyünün  intensiv  antropogen  təzyiq  nəticəsində  deqradasiyaya 

uğraması  və  məhv  edilməsi  onların  bərpa  olunmayan  resurs  qrupuna 

keçməsinə  səbəb  ola  bilər.  Bioloji  növ  (bitki,  yaxud  heyvan)  nə  qədər 

mövcuddursa, o, planetin bərpa olunan hissəsi sayılır. Növün yoxa çıxması ilə 

o, əbədi olaraq Yer üzərindən silinmiş olur. 



Tükənməyən təbii resurslara okeanın su resursları, iqlim resursları, yer 

təkinin enerjisi, dəniz qabarması və dalğaları daxildir. 

Planetar miqyasda su resursları praktiki olaraq tükənməyən resurs hesab 

edilməsi faktı məlumdur. Lakin Yer səthində su istifadəsi sistemində şirin su 

ehtiyatı  qeyri-bərabər  paylanmışdır.  Arid  və  subarid  rayonlarda  geniş 

ərazilərdə suyun çatışmazlığı xüsusilə müşahidə olunur. Sudan qeyri-səmərəli 

istifadə  olunması  nəticəsində  regionlar  səviyyəsində  və  lokal  səviyyədə  su 

ehtiyatının faciəli azalması baş verir. 

Məlum olduğu kimi, Yerin hidrosferinin su obyektlərində suyun ümumi 

həcmi 1390 mln. km^-a yaxındır. Lakin onun 96,4%-i Dünya okeanının duzlu 

suları və yalnız 2,6%-i (36 mln. km^) şirin suların payına düşür. 

Duzlu  dəniz  suyunun  şirinləşdirilməsi  texnologiyası  artıq  məlumdur. 

Odur ki. Dünya okeanı, duzlu göllər və duzlu yeraltı sular gələcəkdə potensial 

su resursları kimi istifadə oluna bilər. Bərpa olunan şirin suyun illik miqdarı o 

qədər də böyük olmayıb müxtəlif məlumatlara görə 41 .... 45 min km-^ təşkil 

edir. Dünya təsərrüfatına öz ehtiyacını ödəmək üçün 

4,5

 

min  km^-ə  yaxın  su  tələb  olunur.  Bu  isə  bərpa  olunan  su  resursunun 



təxminən  10%-i  q^dərdir.  Deməli,  təbiətdən,  su  resurslarından  səmərəli 

istifadə  etmək  şəraitində,  bu  su  resursları  tükənməz  resurs  kimi 

qiymətləndirilə bilər. Lakin bu prinsiplər pozulduqda ekoloji vəziyyət olduqca 

kəskinləşə bilər və hətta planetar miqyasda təmiz şirin su defisiti yarana bilər. 

Hələ ki, təbii mühit müxtəlif məqsədlər üçün öz ehtiyaclarını ödəmək üçün hər 

il bəşəriyyətə 10 dəfə çox su «bəxş» edir. 



İqlim resursları dedikdə, konkret ərazi və regionun malik olduğu istilik 

və  rütubət  ehtiyatı  başa  düşülür  (E.P.Romanova  və  b.,  1993).  Mövsüm  və 

ərazi  üzrə  istilik,  xüsusilə  rütubətlik  qeyri-bərabər  paylanmışdır.  Havanin 

temperaturu -900C-dən +80^0 arasında tərəddüd edir, hərçənd Yer üçün orta 

temperatur təxminən +15^0 təşkil edir. 

Quru, bütövlükdə atmosfer rütubətliyi ilə də pis təmin olunmayıb: onun 

səthinə hər il orta hesabla 119 min km-’ yağıntı düşür. Lakin bəzi rayonlara 

ildə 12000 mm-dən artıq yağıntı düşdüyü halda, elə geniş əra 



124 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə