Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə51/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   47   48   49   50   51   52   53   54   ...   216

Dünyada sənaye istehsalı da durmadan yüksəlir və əhali tərəfindən onun 

məhsullarından  istifadənin  miqyası  da  artır.  Bu  isə  təsərrüfat  dövriyyəsinə 

daha çox yanacaq, enerji, xammal və geosferin digər resurslarını daxil etməyi 

tələb edir. Ətraf mühitə atılan antropogen fəaliyyətin tullantılarının həcmi də 

artır. Əhalinin sayı artdıqca su və maye tullantıların miqdarı çoxalır, bu isə ya 

ətraf  mühiti  çirkləndirir,  yaxud  da  lazımi  texnoloji  tədbirlər  və  əlavə 

investisiya tələb edir. 

7.4.

 

AZƏRBAYCAN RESPUBLİKASINDA 

URBANİZASİYANIN VƏZİYYƏTİ 

Bu bölmə N.H.Əyyubovun (1999) materiallarına əsaslanaraq yazılmışdır. 

Azərbaycan  Respublikasında  əhalinin  53%-i  şəhərlərdə  yaşayır.  Şəhər 

əhalisinin  xüsusi  çəkisinə  görə  Azərbaycan  RSFSR,  Estoniya,  Latviya, 

Ermənistan,  Litva,  Ukrayna,  Belorusiya  respublikalarından  sonra  keçmiş 

ittifaq  respublikaları  arasında  8-ci  yeri  tuturdu.  Şəhər  əhalisinin  miqdarca 

sürətlə artmasına baxmayaraq, artım tempi ittifaq göstəricisindən həmişə geri 

qalırdı.  Əgər  1939-1959-cu  illərdə  Azərbaycanın  ümumi  əhalisi  içərisindiə 

şəhər  əhalisinin  xüsusi  çəkisi  12%,  1959-1970-ci  illərdə  2%,  1970-1979-cu 

illərdə 3%, 1979-1989-cu illərdə cəmi 1% çoxalmışsa, ittifaq üzrə bu göstərici 

müvafiq olaraq 16%, 8%, 6% və 3,3% olmuşdu. Ümumiyyətlə, 1939-cu ildən 

1989-cu ilə kimi Azərbaycanda şəhər əhalisi 

3,3

 

dəfə artdığı halda, keçmiş SSRİ-də 3,1 dəfə artmışdı. Lakin bu müddətdə 



Azərbaycanda  ümumi  əhali  artımı  2,2  dəfə,  əhalisinin  ittifaq  üzrə  ümumi 

artımdan  2,4  dəfədən  (50%)  çox  olduğu  üçün,  respublikada  şəhər  əhalisinin 

xüsusi  çəkisinin  artım  tempi  orta  ittifaq  səviyyəsindən  geri  qalmışdı.  Son 

məlumatların təhlili göstərir ki, belə bir vəziyyət hazırda da davam etməkdədir. 

Azərbaycan Respublikasında şəhər  əhalisinin xüsusi  çəkisinin  keçmiş ittifaq 

üzrə  orta  inkişaf  tempindən  və  mövcud  səviyyəsindən  geri  qalması  burada 

şəhər  əmələgətirici  təsərrüfat  sahələrinin  zəif  inkişaf  etdirilməsi  ilə  izah 

olunur. 


Tədqiqatlar  göstərir  ki,  yaranmış  şəhər  və  şəhər  tipli  yaşayış 

məntəqələrinin 80%-i bilavasitə sənayenin və nəqliyyatın inkişafı ilə bağlıdır. 

Əgər  keçmiş  ittifaqın  dağılması  ərəfəsində  sənaye  və  tikintidə  çalışan  əhali 

xalq təsərrüfatında işləyən əhalinin 39%-ə qədər idisə, Azərbaycanda bu rəqəm 

26,1% olmuşdur. 

1970-1980-ci illərdə respublikanın xalq təsərrüfatında çalışanların sayı 2 

dəfədən  çox  artımşdısa,  bu  artım  sənayedə  30%,  tikintidə  isə  20%  təşkil 

etmişdi. Şəhər əhalisinin xüsusi çəkisinə və  artım  tempinə  görə Azərbaycan 

SSRİ  səviyyəsindən  geridə  qalsa  da  sovet  hakimiyyəti  illərində  şəhər 

əhalisinin xüsusi çəkisi artmaqda davam etmişdir. Şəhər əha- 



130 


lisinin artımı və ümumi çəkisinin dəyişilməsini 7.4. saylı cədvəldən görmək 

olar. 


Cədvəl 7.4 

Şəhər ə lalisinin artım dinamikası  (%-lə) (Əyyubov 1999) 

illər 

Keçmiş SSR 



Azərbaycan 

 

dövr ərzin- 



orta illik ar- 

dövr ərzində 

orta illik ar- 

 

də artım 



tım 

artım 


tım 

1926-1939 

229,7 

17,7 


138,5 

2,96 


1939-1959 

165,6 


3,38 

152,8 


2,64 

1959-1970 

136,0 

3,27 


145,1 

4,10 


1970-1979 

120,3 


2,25 

124,8 


2,9 

1979-1989 

115,4 

1,54 


111,8 

1,18 


1989-1994 

-

 



-

 

104,3 



0,9 

1994-2000 

-

 

-



 

102,9 


0,5 

2000-2009 

-

 

-



 

117,1 


1,9 

Şəhər  əhalisinin  sürətli  artımı  hər  şeydən  əvvəl  bu  dövrdə  kənd 

təsərrüfatının  kollektivləşdirilməsinə,  sənayenin  inkişafına  geniş  meydan 

verilməsi ilə bağlı idi. Bu illərdə yalnız 90 nəhəng sənaye müəssisəsi tikilmiş 

və  istifadəyə  verilmişdir.  II  Dünya  müharibəsi  şəhər  əhalisinin  artımına  da 

təsir  göstərdi.  1939-cu  ildən  1950-ci  ilə  kimi  keçən  20  il  müddətində  şəhər 

əhalisi cəmi sayca 54%, ümumi əhali içərisində payı 11,7% artdı, müharibədən 

sonra  respublika  xalq  təsərrüfatının  yenidən  qurulması,  əhalinin  ümumi 

sayının artıq 50-ci illərin ortasında müharibədən əvvəlki səviyyəyə çatması və 

onu  ötüb  keçməsi,  nəhəng  sənaye  obyektlərinin  tikilib  istifadəyə  verilməsi, 

habelə  respublika  xalq  təsərrüfatı  kompleksinin  inkişaf  tələbatı  ilə  əlaqədar 

yaranan ali və peşə hazırlığı məktəbləri şəbəkəsinin genişlənməsi və s. 60-cı 

illərdə Azərbaycan şəhər əhalisinin yüksək sürətlə artımı üçün geniş imkanlar 

açdı. 


Abşeron  yarımadasından  kənarda  təbii  sərvətlərin  istifadəyə  verilməsi 

şəhər  əhalisinin  coğrafiyasının  dəyişməsinə  səbəb  oldu.  7-ci  və  8-ci 

beşilliklərdə artıq 121 iri və nəhəng sənaye müəssisəsi tikilib istifadəyə verildi. 

Bu  da  bütün  Sovet  hakimiyyəti  illərində  istismara  verilən  sənaye 

müəssisələrinin  26%-ə  qədərini  təşkil  edirdi.  (Əyyubov,  1999)  Məhz  bu 

dövrdə  Mingəçevir  SES-in  istifadəyə  verilməsi  Gəncə-Daşkəsən  sənaye 

qovşağının  enerji  tələbatını  ödəməklə  onun  inkişafına  təkan  verdi.  Abşeron 

neft-kimya  sənaye  kompleksi  daha  geniş  inkişaf  etməyə  başladı,  respublika 

sənayesinin  bir  hissəsi  olan  Sumqayıt  şəhəri  meydana  gəldi  və  s.  Belə  bir 

iqtisadi -sosial inkişaf fonunda Azərbaycanın şəhər əhalisi daha yüksək templə 

artmağa başladı və respublika tarixində ilk dəfə şəhər əhalisinin orta illik artım 

tempi müvafiq ittifaq göstəricisindən üstün oldu. 



131 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə