Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə59/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   55   56   57   58   59   60   61   62   ...   216

VIII

 

FƏSİL 

KƏND TƏSƏRRÜFATI EKOSİSTEMLƏRİ 

(AQROEKOSİSTEMLƏR) 

İnsan  kənd  təsərrüfatı  fəaliyyətində  torpaq,  su,  bitki,  heyvan  və  ene- 

rgetik resurslardan istifadə etməklə özünü ilk növbədə qida ilə təmin edərək 

başqa fəaliyyətləri ilə müqayisədə təbiətə daha çox təsir göstərir. 

XX əsrin sonu XXI  əsrin əvvəllərində hər  gün dünyaya 250 min insan 

gəlir  və  onları  yedizdirmək,  geyindirmək  və  evlə  təmin  etmək  lazımdır. 

2020-ci ildə Yer əhalisinin sayının 8 milyard olması gözlənilir. Yaxın 20-25 il 

ərzində bu qədər  adamı  yedizdirmək üçün,  əkinçilik  yaranan vaxtdan indiki 

günə qədər (10 min ilə yaxın bir dövrdə) istehsal olunan ərzağın miqdarından 

da artıq ərzaq tələb olunur. 

Yer  əhalisinin  kifayət  miqdarda  qida  məhsulları  ilə  təmin  olunması  bir 

çox mürəkkəb və qarşılıqlı əlaqəli problem sayılır. Digər mühüm problem isə 

qidanın  keyfiyyəti,  onun  tərkibində  olan  zülal,  vitamin,  mikroelementlər  və 

s.-dir. Dünya kənd təsərrüfatı sisteminin idarə olunması da mühüm məsələdir. 

Bu  elə  aparılmalıdır  ki,  istehsal  və  ərzaq  məhsullarının  bölünməsinin  ətraf 

mühitə zərərli təsiri minimuma endirilsin. 

Məlum olduğu kimi, torpaq kənd təsərrüfatı bitkilərindən məhsul almağın 

əsası kimi başlıca zəruri sərvət olub mövcudluğumuz ondan asılıdır. O, kənd 

təsərrüfatı istehsalının başlıca vasitəsi, qida məhsullarının əsas mənbəyidir. 

Dəniz və süni istehsal sahələri (hidroponika, istixanalar) qida məhsulunun əldə 

edilməsində olduqca az rola malikdir. Okeandan insan 30-40 mln. tona yaxın 

dəniz balığı, onurğasız heyvanlar və yosun əldə edir. 

Quruda  hazırda  80  min  qida  bitkisi  növü  mövcuddur,  bəşəriyyət  isə 

əsasən  cəmi  30  kənd  təsərrüfatı  bitkisi  ilə  qidalanır.  Buğda,  düyü  (çəltik), 

qarğıdalı,  kartof  əsas  bitki  sayılıb,  daha  yüksək  məhsuldarlığı  ilə  seçilir. 

FAO-nun  məlumatına  görə  Avrasiya,  Avstraliya,  Afrika  və  Amerikanın 

torpaqlarından hər il 300 mln. tona yaxın buğda, bir o qədər də düyü, 250 mln. 

ton qarğıdalı, 200 mln. ton arpa, vələmir, çovdar, 100 mln. ton kalış (sorqo), 

darı, 300 mln. ton kartof, 100 mln. ton meyvə, 60 mln. ton paxlalılar, 30 mln. 

ton pomidor və soğan, 60 mln. ton təmiz şəkər, 20 mln. ton bitki yağı, 100 mln. 

ton ət, 400 mln. ton süd alınır. 

Kənd  təsərrüfatı  meydana  gəlməmişdən  bütün  yerüstü  fotosinlez  edən 

bitkilər və heyvanlar 100 mln. əhalinin mövcudluğunu saxlaya bilərdi. Kənd 

təsərrüfatı  inkişaf  etdikcə  torpaqların  10%-i  insan  tərəfindən  şumlanmış, 

gübrələnmiş, suvarılmışdır. XX əsrin 90-ci illərində bu tor 

149 



paqlar 5 milyard insanın yaşamasını təmin edirdi. 

Oturaq kənd təsərrüfatı yarandıqdan sonra neolitin başlanğıcında (b.e.ə. 

1-8  minilliklərdə)  insanın  biosferə  təsiri  köçəri  təsərrüfata  nisbətən  bir  neçə 

qat yüksəlir. İnsanların mənimsədiyi rayonlarda əhali sürətlə artır. Bitkilərin 

becərilməsi  üçün  torpağın  hazırlanması  üsulları  və  mal-qaranın  saxlanma 

texnologiyası  təkmilləşdirilir.  Ötən  dövr  ərzində  baş  verimş  dəyişikliklər 



ikinci  texniki  inqilab  adlanır.  Kənd  təsərrüfatının  inkişafı  çox  vaxt  geniş 

ərazilərdə  ilkin  bitki  örtüyünün  tamamilə  məhv  edilməsi  ilə  müşahidə 

olunurdu.  Qida  üçün  faydalı  olan  bitki  növləri  olan  kiçik  sahələr  insanlar 

tərəfindən saxlanılır və bu növlər tədricən mədəniləşdirilir və onların  daimi 

yerdə becərilməsi təşkil olunur. 

Kənd təsərrüfatının genişlənməsi yerüstü təbii ekosistemlərə böyük, çox 

vaxt  isə  faciəli  təsir  göstərir.  Geniş  ərazilərdə  meşələrin  məhv  edilməsi, 

mülayim və tropik zonalarda torpaqdan səmərəli istifadə edilməməsi tarixən 

formalaşmış  ekosistemlərin  birdəfəlik  dağılmasına  səbəb  olmuşdur.  Təbii 

biosenozların,  ekosistemlərin,  landşaftların  yerində  aq-  rosferlər, 

aqroekosistemlər, aqrosenozlar, aqrar landşaftlar meydana gəlir. 

Aqrosfer - insanın kənd təsərrüfatı fəaliyyəti ilə yer ərazisində dəyişilmiş 

bütün sahələrin məcmusunu əks etdirən qlobal sistemdir. 



Aqroekosistemlər  -  kənd  təsərrüfatı  fəaliyyəti  prosesində  insan 

tərəfindən dəyişdirilən ekosistemlərdir. Bura kənd təsərrüfatı tarlaları, bağlar, 

üzümlüklər, tarlaqoruyucu meşə zolaqları və s. aiddir. 

Aqroekosistemlərin əsası aqrosenozlar hesab olunur. 



Aqrosenozlar  -  kənd  təsərrüfatı  istehsalı  torpaqlarında  kənd  təsərrüfatı 

məhsulları  əldə  etmək  məqsədilə  yaradılan  biosenozlardır.  Bu  biosenozlar 

müntəzəm olaraq insan tərəfindən saxlanmış biotik qruplaşmalar olub, ekoloji 

baxımdan az davamlı, lakin yüksək məhsuldar bir və ya bir neçə seçilmiş bitki 

və ya heyvan növləridir (çeşidlər, cinslər). 

Aqrar  landşaft.  Landşaftın  (bozqır,  tayqa,  çəmən,  meşə  və  s.)  kənd 

ləsərrüfatının  təsiri  ilə  dəiyşilərək  formalaşan  ekosistemlər  aqrolandşafi 

adlanır. 

XX  əsrin  əvvəllərinə  qədər  aqroekosistemlər  kifayət  qədər  müxtəlif 

olmuşdur:  xam  torpaqlar,  meşələr,  çoxsahəli  oturaq  təsərrüfatları  olan 

rayonlar  az  dəyişikliyə  məruz  qalmışdır.  Aqroekosistemlər  öz  ilkin 

nümayəndələrinə (yabanı bitkilər) malik idi, insanlar bu bitkilərlə bilavasitə 

ov  və  ev  heyvanlarını  yeməklə  dolayısı  yolla  qidalanmışlar.  İlkin  bitkilər  - 



avtotroflar insanları bitki lifləri və meşə materialları ilə təmin edirdi. İnsan bu 

ekosistemlərin  əsas  konsumenti  sayılırdı,  burada  həmçinin  çoxlu  miqdarda 

vəhşi  və  ev  heyvanları  böyük  kütlə  təşkil  edirdi,  insan  tərəfindən  istifadə 

olunan məhsullar tullantılara transformasiya 



150 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə