MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 156 ____________________________
Beləliklə, informasiya sistemlərinin xidməti funksiyaları ilə
informasiya texnologiyaları parametrləri arasında birbaşa və
birqiymətli uyğunluq yoxdur. İnformasiya texnologiyaları
servisinin keyfiyyəti bir-neçə informasiya texnologiyaları
funksiyası ilə təmin edilir. Həmçinin, eyni informasiya
texnologiyaları funksiyası bir-neçə informasiya texnologiyaları
servisinin təminedicisi ola bilir. İşin bu tərəfi idarəetmə
prosesində bir-sıra problemlər yaradır:
•
Servisin
keyfiyyəti
müxtəlif
funksiyaların
əlaqələndirilməsini tələb edir. Bu işi çox zaman yuxarı
təşkilat yerinə-yetirir. Bunun nəticəsində yuxarı səviyyə
rəhbəri həddən artıq işlə yüklənir ki, bunun da
nəticəsində ya qərar gecikir, ya da qərarın keyfiyyəti
lazımi səviyyədə olmur.
•
İdarəetmə məsuliiyətli işdir, çünki servisin parametrləri
servisin keyfiyyətini təyin edir. Buna görə də həmin
parametrlərə cavabdehlik məsuliyyətli şəxsə tapşı-
rılmalıdır.
•
“Kontakt nöqtəsi”, yəni funksiyaların əlaqələndirilməsini
reallaşdıran idarəedici subyektin bütün işlərin
öhdəsindən gələ bilməsi problemi vardır.
Beləliklə, fəaliyyətin funksional təşkili informasiya
sistemləri xidmətinin cari fəaliyyətini təmin etsə də, bütün
problemləri həll etmir. Çünki bu halda “kontakt nöqtəsi”
problemi həlledilməz olur.
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 157 ____________________________
İNFORMASİYA SİSTEMLƏRİ XİDMƏTİ PROSESLƏRİ
VƏ FUNKSİONAL YANAŞMANIN MƏHDUDLUQLARININ
ARADAN QALDIRILMASI
Biznes-proses dedikdə, məqsədin, nəticə kriterisinin,
resursların və müəyyən işlər ardıcıllığının (proses
addımlarının) mövcudluğu başa düşülür. Biznes-proseslərə
yönəlik informasiya sistemləri xidmətinin məqsədi sifarişçiyə
məqbul keyfiyyət səviyyəsində informasiya texnologiyaları
servisi təqdim etməkdən ibarətdir. Bu ümumi məsələ 2 hissəvi
məsələdən ibarətdir:
•
İnformasiya texnologiyaları servisinin parametrlərinin
müəyyən edilməsi və razılaşdırılması;
•
Servisin faktiki parametrlərinin razılaşdırılmış hədlərə
uyğunluğunun təmin edilməsi. Bu məsələlərin hər biri
də daha kiçik məsələlərə bölünür.
Proseslərin idarə edilməsi aşağıdakı addımlardan
ibarətdr:
•
Prosesin məqsədinin müəyyən edilməsi və həmin
məqsədəçatmanın kəmiyyət və keyfiyyət göstəriciləri;
•
Vəzifəsi prosesin məqsədinə çatmaqdan ibarət olan
proses üçün cavabdehin təyin edilməsi;
•
Bütövlükdə prosesin və onun təşkilediciləri olan işlərin
reqlamentləşdirilməsi;
•
Lazım gəldikdə, təşkilatın özü tərəfindən hazırlanmış və
ya satın alınmış instrumental vasitələrin köməyi ilə
prosesin avtomatlaşdırılması.
Mövcud funksional struktur çərçivəsində proseslərdən
istifadə etmək olduqca münasibdir. Bu sxemdə işin gedişində
proses modeli ilə təşkilatın funksional strukturu qarşılıqlı
fəaliyyət göstərərək bir-birini qüvvətləndirir.
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 158 ____________________________
Bu iki modelin birgə istifadə edilməsi proses modelinin
tətbiqini sadələşdirir. İdarəetmədə aparılan hər hansı yenilik
funksional baxımdan müəyyən narahatlıq doğurur. Çünki
hansısa səlahiyyətlərin itirilməsi qorxusu yaranır. Proses
modeli funksional səlahiyyətlərə deyil, onların icra qaydalarına
təsir edir.
Proses modelinə keçməyin 2 yolu vardır:
•
Verilmiş təşkilatın təcrübəsinin formalaşdırılması;
•
Biznes-proseslərin tipik modellərində reallaşdırılmış
informasiya sistemləri xidmətinin idarə edilməsi
sahəsindəki qabaqcıl təcrübədən istifadə edilməsi.
Bu gün üçün belə modellərin metodoloji təməli son 20
ildə toplanmış qabaqcıl təcrübənin nəticəsi olan
ITIL/ITSM
yanaşmasıdır.
Beləkilə:
1.İdarəetmənin funksional modeli özlüyündə informasiya
texnologiyaları servisinin keyfiyyətinin məqsədyönlü idarə
edilməsini təmin etmir.
2.Servisin keyfiyyətini idarəetmənin prosessor modeli
təmin edir.
3.İdarəetmənin prosessor modeli funksional modeli inkar
etmir, onu tamamlayır.
4.İdarəetmənin
prosessor
modelinin
səmərəliliyi
informasiya sistemləri xidmətinin idarə edilməsi üzrə qabaqcıl
təcrübəyə əsaslanan tipik proses modeli vasitəsilə təmin edilir.
ITIL/ITSM –
İNFORMASİYA SİSTEMLƏRİ XİDMƏTİ
PROSESLƏRİNİN KONSEPTUAL TƏMƏLİ KİMİ
İnformasiya sistemləri servislərinin idarə edilməsi sistemi
olan
ITSM (informasiya texnologiyaları servislərinin idarə
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 159 ____________________________
edilməsi) modeli ikili xarakterlidir: bir tərəfdən
ITSM
informasiya sistemləri (İNSİ) xidməti proseslərinin hamısını bir
küll halında təsvir edən modeldir, digər tərəfdən də
informasiya texnologiyaları servislərinin idarə edilməsi
müəllifləri informasiya texnologiyaları servislərinin idarə
edilməsi proseslərini bilərəkdən istifadəcilərin müdaxiləsi,
dəyişikliklər etməsi üçün açıq qoymuşlar. Bu sonuncu ida-
rəetmə sahəsində meydana çıxan bütün yenilikləri informasiya
texnologiyaları servislərinin idarə edilməsinə daxil etməyə
imkan vermişdir. Nəticədə məsləhətçi şirkətlər və informasiya
texnologiyaları infrastrukturlarının idarə edilməsi üçün
proqram təminatı istehsalçıları tərəfindən informasiya
texnologiyaları servislərinin idarə edilməsinin çoxsaylı kommer-
siya
modelləri
yaradılmışdır.
Nəticədə
informasiya
texnologiyaları servislərinin idarə edilməsi konsepsiyası
yayğınlaşmış və birmənalılığını itirmişdir. Odur ki, informasiya
texnologiyaları servislərinin idarə edilməsində informasiya
sistemləri xidməti proseslərinin auditi üçün formal kriterilər
yoxdur. Buna görə də informasiya sistemləri xidməti
proseslərinin informasiya texnologiyaları servislərinin idarə
edilməsi modelinə uyğun olub-olmamasına birqiymətli cavab
vermək mümkün deyildir. Odur ki, informasiya texnologiyaları
servislərinin idarə edilməsi proses modelindən həm kiçik, həm
də böyükdür. Kiçikdir ona görə ki, informasiya sistemləri
xidməti menecerinə birqiymətli təkliflər verə bilmir. Böyükdür
ona görə ki, ümumi terminologiyalı və proseslər toplusunu
güclü əhatə edən tam bir modellər ailəsini birləşdirir. Buna
görə də informasiya texnologiyaları servislərinin idarə edilməsi
xidmətinin tipik prosesləri modeli hesab edilir.
Dostları ilə paylaş: |