Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə40/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 150 ____________________________ 
heyətinə  təqdim  edilən  sənəd  bütün  maraqlı  tərəflərlə 
razılaşdırılmış olmalıdır. 

 
İnformasiya sistemlərinin  inkişafı  strategiyasının 
təşkilatın 
idarə 
heyətində 
baxılmasınadək 
razılaşdırılması. 

 
Təşkilatın  biznes-planının  planlaşdırma  üzrə  komitədə 
baxılmasınadək razılaşdırılması (Bu komitə biznes-planla 
maliyyə planını razılaşdırmaq funksiyasını da icra edir). 

 
İnformasiya  sistemləri  sahəsində  arxitektura  və 
korporativ 
standartlarda 
edilən 
dəyişikliklərin 
bəyənilməsi. 

 
İnformasiya sistemləri üzrə iri layihələrin tərtibi, tətbiqi 
və  istismara  buraxılmasına  dair  texniki  tapşırıqların 
təsdiqi. 

 
Təşkilatın 
informasiya 
sistemlərində 
edilmiş 
dəyişikliklərin təsdiqi. 
İnformasiya sistemləri xidməti də 3 səviyyədə: 

 
Yüksək  səviyyədə  -  vacib  strateji  qərarların  və 
sənədlərin təsdiqi ilə məşğul olan təşkilatın idarə heyəti 
tərəfindən;   

 
Orta  səviyyədə  -  informasiya  sistemləri  xidməti  və 
sifarişçi  bölmələrinin  maraqlarının  razılaşdırılması 
səviyyəsində  CIO  –  İNSİ  xidməti  rəhbəri,  dəyişiklikləri 
qiymətləndirmə və planlaşdırma komitələri tərəfindən;   

 
Aşağı  səviyyədə  -  informasiya  sistemləri  xidməti 
funksiyaları səviyyəsində informasiya sistemləri xidməti 
bölmələri tərəfindən idarə olunur. 
 
 
 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 151 ____________________________ 
İNFORMASİYA SİSTEMLƏRİ XİDMƏTİNİN 
TƏŞKİLATI STRUKTURU 
 
İnformasiya  sistemləri  xidmətinin  təşkilati  strukturu 
çoxsaylı amillərdən asılıdır. Bunlardan bəziləri aşağıdakılardır: 

 
İnformasiya  sistemləri  xidmətinin  miqyası  –  daha iri 
informasiya  sistemləri  xidməti  daha  mürəkkəb  və 
paylanmış təşkilati quruluşa malik olur; 

 
Sahəvi  aidiyyət  –  informasiya  sistemləri  xidmətinin 
təşkilati strukturu müəyyən struktur bölməsinin mövcud 
olub-olmaması ilə əlaqədar olaraq kəskin fərqlənə bilir; 

 
Təşkilatın  ərazi  üzrə  paylanması  –  uzaqda  yerləşən 
bölmələrin  və  filialların  mövcudluğu  informasiya 
sistemləri  xidmətinin  təşkilati  strukturunu  əhəmiyyətli 
dərəcədə dəyişir.  
İnformasiya  sistemləri  xidməti  funksiyalarının  təşkilati 
struktur üzrə paylanması 3 təməl struktur sxeminə əsaslanır: 
1.Müstəvi  (bir  səviyyəli,  sadə)  struktur sxemi -  kiçik 
ölçülü xidmət üçün xarakterikdir; 
2.Geniş struktur sxemi - iri xidmət üçün xarakterikdir; 
3.Divizyon struktur sxemi - ərazi üzrə uzaq məsafələrdə 
yerləşmiş ofisləri olan şirkətlər üçün xarakterikdir. 
Müstəvi  struktur  sxemində  planlaşdırma  funksiyası 
informasiya  sistemləri  xidmətinin  rəhbəri  informasiya 
sistemləri  üzrə  vitse-prezidenti  tərəfindən  icra  edilir.  Bu 
quruluşda fərz edilir ki, idarə informasiya sistemləri üzrə vitse-
prezidentə,  bölmə  idarəyə,  qrup  bölməyə  tabedir.  Bilavasitə 
informasiya  sistemləri  üzrə  vitse-prezidentə  tabe  olan  idarə 
informasiya  sistemlərinin  işlənib  hazırlanması,  satın  alınması, 
tətbiqi,  idarə  edilməsinin  müşayiət  edilməsi,  informasiya 
texnologiyaları  servislərinin  idarə  edilməsi  funksiyalarını 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 152 ____________________________ 
reallaşdırır.  Layihələşdirmə  və  istismarın  təşkilati  cəhətdən 
ayrılması  prinsipial  əhəmiyyət  daşıyır.  Çünki  bu  halda  formal 
təhvil-təslim  aktı  mümkün  deyildir.  İnformasiya  sistemlərinin 
uğurlu  istismarı  o  deməkdir  ki,  uzun  müddət  layihələşdirici 
müdaxiləsinə  ehtiyac  olmur.  Bu,  zəruri  qaydalara  və 
təlimatlara düzgün əməl etməklə mümkün olur.  
Təşkilatın  böyüməsi  informasiya  sistemləri  xidməti 
işlərinin də artmasına səbəb olur. Əgər təşkilat başqa ölkə və 
şəhərdə  yeni  ofis  yaratmırsa  bu  halda  geniş  struktur  sxemi 
tətbiq  edilir.  Bu  strukturun  əsas  xüsusiyyəti  informasiya 
sistemlərinin  bir  mərkəzdən  həyata  keçirilməsidir.  Lakin  bu, 
uzaqda  yerləşən  ofislər  yaradılmasını  inkar  etmir.  Yəni  uzaq 
şəhərlərdə  yerləşən  ofisləri  də  bir  mərkəzdən  idarə  etmək 
mümkündür.  Lakin  bu  halda  uzaq  ofislərdəki  işin  həcmi  az 
olmalıdır.  
Geniş  strukturda,  müstəvi strukturdan  fərqli  olaraq,  bir-
sıra  (Arxitektura  və  standartlar  şöbəsi,  maliyyə  şöbəsi  və 
layihələrin idarə edilməsi şöbəsi nəzərdə tutulur) planlaşdırma 
funksiyaları ayrılmış şəkildə icra edilir. 
Arxitektura  və  standartlar  şöbəsi  təşkilatın  informasiya 
sistemlərinin  arxitekturasını,  informasiya  sistemləri  və 
informasiya  texnologiyaları  üzrə  standartlar  sistemini  işləyib 
hazırlayır.  Korporativ  standart  şirkətdə  tətbiq  edilən 
texnologiyalar  toplusunu  qeydiyyata  alır.  İnformasiya 
sistemlərinin arxitekturasının  işlənib  hazırlanması  bu  topluda 
baş verəcək təzələnmələri təyin edir.  
Maliyyə  şöbəsi  informasiya  sistemləri xidməti  büdcəsinin 
tərtibi və onun icrasına nəzarət funksiyasını reallaşdırır.  
Layihələrin  idarə  edilməsi  şöbəsi  informasiya  sistemləri 
xidməti  layihələşdirici  menecerləri  və  layihə  ofislərini  əhatə 
edir.  Layihə  menecerləri  layihənin  idarə  edilməsi  funksiyasını 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə