MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 150 ____________________________
heyətinə təqdim edilən sənəd bütün maraqlı tərəflərlə
razılaşdırılmış olmalıdır.
•
İnformasiya sistemlərinin inkişafı strategiyasının
təşkilatın
idarə
heyətində
baxılmasınadək
razılaşdırılması.
•
Təşkilatın biznes-planının planlaşdırma üzrə komitədə
baxılmasınadək razılaşdırılması (Bu komitə biznes-planla
maliyyə planını razılaşdırmaq funksiyasını da icra edir).
•
İnformasiya sistemləri sahəsində arxitektura və
korporativ
standartlarda
edilən
dəyişikliklərin
bəyənilməsi.
•
İnformasiya sistemləri üzrə iri layihələrin tərtibi, tətbiqi
və istismara buraxılmasına dair texniki tapşırıqların
təsdiqi.
•
Təşkilatın
informasiya
sistemlərində
edilmiş
dəyişikliklərin təsdiqi.
İnformasiya sistemləri xidməti də 3 səviyyədə:
•
Yüksək səviyyədə - vacib strateji qərarların və
sənədlərin təsdiqi ilə məşğul olan təşkilatın idarə heyəti
tərəfindən;
•
Orta səviyyədə - informasiya sistemləri xidməti və
sifarişçi bölmələrinin maraqlarının razılaşdırılması
səviyyəsində CIO – İNSİ xidməti rəhbəri, dəyişiklikləri
qiymətləndirmə və planlaşdırma komitələri tərəfindən;
•
Aşağı səviyyədə - informasiya sistemləri xidməti
funksiyaları səviyyəsində informasiya sistemləri xidməti
bölmələri tərəfindən idarə olunur.
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 151 ____________________________
İNFORMASİYA SİSTEMLƏRİ XİDMƏTİNİN
TƏŞKİLATI STRUKTURU
İnformasiya sistemləri xidmətinin təşkilati strukturu
çoxsaylı amillərdən asılıdır. Bunlardan bəziləri aşağıdakılardır:
•
İnformasiya sistemləri xidmətinin miqyası – daha iri
informasiya sistemləri xidməti daha mürəkkəb və
paylanmış təşkilati quruluşa malik olur;
•
Sahəvi aidiyyət – informasiya sistemləri xidmətinin
təşkilati strukturu müəyyən struktur bölməsinin mövcud
olub-olmaması ilə əlaqədar olaraq kəskin fərqlənə bilir;
•
Təşkilatın ərazi üzrə paylanması – uzaqda yerləşən
bölmələrin və filialların mövcudluğu informasiya
sistemləri xidmətinin təşkilati strukturunu əhəmiyyətli
dərəcədə dəyişir.
İnformasiya sistemləri xidməti funksiyalarının təşkilati
struktur üzrə paylanması 3 təməl struktur sxeminə əsaslanır:
1.Müstəvi (bir səviyyəli, sadə) struktur sxemi - kiçik
ölçülü xidmət üçün xarakterikdir;
2.Geniş struktur sxemi - iri xidmət üçün xarakterikdir;
3.Divizyon struktur sxemi - ərazi üzrə uzaq məsafələrdə
yerləşmiş ofisləri olan şirkətlər üçün xarakterikdir.
Müstəvi struktur sxemində planlaşdırma funksiyası
informasiya sistemləri xidmətinin rəhbəri informasiya
sistemləri üzrə vitse-prezidenti tərəfindən icra edilir. Bu
quruluşda fərz edilir ki, idarə informasiya sistemləri üzrə vitse-
prezidentə, bölmə idarəyə, qrup bölməyə tabedir. Bilavasitə
informasiya sistemləri üzrə vitse-prezidentə tabe olan idarə
informasiya sistemlərinin işlənib hazırlanması, satın alınması,
tətbiqi, idarə edilməsinin müşayiət edilməsi, informasiya
texnologiyaları servislərinin idarə edilməsi funksiyalarını
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 152 ____________________________
reallaşdırır. Layihələşdirmə və istismarın təşkilati cəhətdən
ayrılması prinsipial əhəmiyyət daşıyır. Çünki bu halda formal
təhvil-təslim aktı mümkün deyildir. İnformasiya sistemlərinin
uğurlu istismarı o deməkdir ki, uzun müddət layihələşdirici
müdaxiləsinə ehtiyac olmur. Bu, zəruri qaydalara və
təlimatlara düzgün əməl etməklə mümkün olur.
Təşkilatın böyüməsi informasiya sistemləri xidməti
işlərinin də artmasına səbəb olur. Əgər təşkilat başqa ölkə və
şəhərdə yeni ofis yaratmırsa bu halda geniş struktur sxemi
tətbiq edilir. Bu strukturun əsas xüsusiyyəti informasiya
sistemlərinin bir mərkəzdən həyata keçirilməsidir. Lakin bu,
uzaqda yerləşən ofislər yaradılmasını inkar etmir. Yəni uzaq
şəhərlərdə yerləşən ofisləri də bir mərkəzdən idarə etmək
mümkündür. Lakin bu halda uzaq ofislərdəki işin həcmi az
olmalıdır.
Geniş strukturda, müstəvi strukturdan fərqli olaraq, bir-
sıra (Arxitektura və standartlar şöbəsi, maliyyə şöbəsi və
layihələrin idarə edilməsi şöbəsi nəzərdə tutulur) planlaşdırma
funksiyaları ayrılmış şəkildə icra edilir.
Arxitektura və standartlar şöbəsi təşkilatın informasiya
sistemlərinin arxitekturasını, informasiya sistemləri və
informasiya texnologiyaları üzrə standartlar sistemini işləyib
hazırlayır. Korporativ standart şirkətdə tətbiq edilən
texnologiyalar toplusunu qeydiyyata alır. İnformasiya
sistemlərinin arxitekturasının işlənib hazırlanması bu topluda
baş verəcək təzələnmələri təyin edir.
Maliyyə şöbəsi informasiya sistemləri xidməti büdcəsinin
tərtibi və onun icrasına nəzarət funksiyasını reallaşdırır.
Layihələrin idarə edilməsi şöbəsi informasiya sistemləri
xidməti layihələşdirici menecerləri və layihə ofislərini əhatə
edir. Layihə menecerləri layihənin idarə edilməsi funksiyasını
Dostları ilə paylaş: |