MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 146 ____________________________
•
İnformasiya sistemləri xidmətinin təşkilati strukturunun
idarə edilməsi;
•
İnformasiya sistemləri xidməti üzrə layihələr portfelinin
idarə edilməsi;
•
İnsan resurslarının idarə edilməsi;
•
Risklərin idarə edilməsi və s.
2.
İşləyib hazırlama, satınalma və tətbiqetmə. Bu
istiqamətin əsas məsələsi yeni informasiya sistemlərini tətbiq
etməkdən ibarətdir.
Burada aşağıdakı funksiyalar ayrılır:
•
Avtomatlaşdırma sahəsində layihə həllərinin seçilməsi;
•
Layihə tərtibi və tətbiqinin idarə edilməsi;
•
Texnoloji
infrastruktura
lazım
olan
proqram
layihələrinin satın alınması və müşayiət edilməsi;
•
Proqram təminatının işlənib hazırlanması;
•
Proqram təminatının testləşdirilməsi;
•
İstifadəçi və istismar sənədlərinin işlənib hazırlanması;
•
Tətbiq edilən sistemlərin istismara verilməsi;
•
Xərclərin uçotu və layihə büdcəsinə nəzarət edilməsi.
3.
İnformasiya texnologiyaları servisinin təqdimatı və
müşayiət edilməsi. Bu funksional istiqamət sifarişçi-bölmələrin
informasiya
texnologiyaları
servisinə
tələblərinin
formalaşdırılmasını, servisə qarşı qoyulmuş bu tələblərin
informasiya sistemləri xidmətinin müvafiq resursları ilə razılaş-
dırılmasını və informasiya texnologiyaları servislərinin son
istifadəçilərinə təqdim edilməsini təmin edir.
Burada aşağıdakı funksiyalar ayrılır:
•
İnformasiya texnologiyaları servisinə qarşı qoyulan
tələblərin sifarişçilərlə razılaşdırılması;
•
Sifarişçi tələbləri ilə informasiya sistemləri xidməti
resurslarının uyğunluğunun təmin edilməsi;
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 147 ____________________________
•
Xərclərin aşkara çıxarılması və onların informasiya
sistemləri xidmətləri üzrə paylanması;
•
Avadanlıqların idarə edilməsi və təhlükəsizlik və
şifrləmə üzrə proqram təminatı;
•
Təhlükəsizlik sistemini sındırmağa cəhdetmələrin
monitorinqi;
•
Korporativ elektron poçtun monitorinqi;
•
İstifadəçilərin İnternet trafikasının monitorinqi;
•
Son istifadəçilərin öyrədilməsi;
•
İnformasiya sistemləri xidməti aktivlərinin uçotu və
onların hərəkəti;
•
Son istifadəçilərin dəstəklənməsi;
•
Son istifadəçilərin iş yerlərində avadanlığa və proqram
təminatına nəzarət edilməsi;
•
Təhlükəsizlik tələblərinə riayət edilməsinə nəzarət;
•
Proqram əlavələrinin və verilənlərin idarə edilməsi;
•
İnformasiya texnologiyaları infrastrukturunun idarə
edilməsi;
•
İstifadəçi sorğularının qeydiyyatı və dispetçerlənməsi.
4.
Monitorinq. Monitorinqin əsas vəzifəsi informasiya
sistemləri xidməti proseslərinin auditidir ki, bu da aşağıdakı
funksiyalara bölünür:
•
Proseslərin
monitorinqi
(İnformasiya
sistemləri
xidmətinin öz gücünə proseslərin müşahidə edilməsi);
•
İnformasiya sistemləri xidmətinin idarə edilməsinin
adekvatlığının qiymətləndirilməsi;
•
Nəticələrin və proseslərin keyfiyyətinin kənardan
təsdiqinin alınması;
•
Sərbəst audit təminatı;
•
İnformasiya
texnologiyaları
servislərinin
təhlükəsizliyinin auditi;
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 148 ____________________________
•
İnformasiya texnologiyaları servislərnə razılaşdırılmış
sifarişçi tələblərinin icrasına nəzarət;
•
İnformasiya
sistemləri
xidmətinin
resurslara
razılaşdırılmış tələblərinin icrasına nəzarət;
•
Xarici malgöndərənlərlə müqavilələrin icrasına nəzarət;
•
İ nformasiya sistemləri xidməti büdcəsinin icrasına
nəzarət.
İnformasiya sistemləri xidmətinin idarə edilməsi
prosesinin iştirakçıları aşağıdakı struktura malikdir:
Səkil 24. İnformasiya sistemləri xidmətinin idarəetmə
strukturu
İnformasiya sistemləri xidmətinin idarə edilməsinə aid
olan bəzi qərarları
təşkilatın idarə heyəti qəbul edir. Bu
qərarlar aşağıdakılardan ibarətdir:
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 149 ____________________________
•
Servisin səviyyəsi barədə razılaşmanın təsdiq edilməsi;
•
Təşkilatın
informasiya
sistemlərinin
inkişaf
strategiyasının təsdiq edilməsi;
•
Təşkilatın informasiya sistemlərində dəyişikliklər
edilməsi çərçivəsində informasiya sistemlərinin inkişafı
ilə bağlı xüsusilə iri layihələrin təsdiq edilməsi.
İnformasiya sistemləri xidmətinin rəhbəri, informasiya
sistemləri üzrə vitse-prezident (
CIO- Chief Information Office)
təşkilatın idarə heyətinin üzvü olmalıdır. Bu, aşağıdakılarla
əlaqədardır:
1.Müasir təşkilatın bütün fəaliyyət sferalarında və bütün
biznes-proseslərdə informasiya texnologiyalarından istifadə
edilir. İnformasiya sistemləri üzrə vitse-prezidenti
(CIO-nu)
bölmələrdən hər hansı birinin rəhbərinə tabe etmək digər
quruluş vahidlərinin rəhbərlərinin hüquq bərabərliyini pozmuş
olar.
2.Təşkilatın bütün bölmələri üçün məcburi olan qərarların
razılaşdırılması zərurəti və onların icrasına nəzarət.
3.İnformasiya sistemləri xidmətinin inkişaf strategiyasının
və planlarının razılaşdırılması zamanı sifarişçi bölmələrin
rəhbərləri ilə bərabərhüquqluluğun təmin edilməsi. Doğrudur,
informasiya sistemləri xidmətinin inkişaf strategiyası və
planları sifarişçi bölmələrin tələbləri əsasında formalaşdırılır,
lakin bir-sıra məsələlər, məsələn, tələblərlə resursların
tarazlaşdırılması, təşkilatda mövcud olan informasiya
sistemlərinin dəstəklənməsi və s. informasiya sistemləri üzrə
vitse-prezidentin səlahiyyətindədir.
Dəyişikliklər üzrə komitə aşağıdakı funksiyaları yerinə-
yetirir:
•
Servisin səviyyəsi barədə müqavilənin təşkilatın idarə
heyətində baxılmasınadək razılaşdırılması. Çünki idarə
Dostları ilə paylaş: |