Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə50/63
tarix26.09.2018
ölçüsü2,19 Mb.
#70452
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   63

 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 185 ____________________________ 
olan qeyri-məhsuldar xərclər  işçi vaxtı məsrəflərinin  tərkibinə 
daxil edilir. 
İstifadəçilərin  boşdayanması  ilə  bağlı  itkilər  –  bunlar 
təşkilat üçün informasiya texnologiyaları servisindəki bu və ya 
digər  fasilə  nəticəsində  istifadəçilərin  boşdayanması  ilə  bağlı 
olan  itkilərdir.  Boşdayanma  planlı  və  plansız  ola  bilir.  Birinci 
hal avadanlığın  və  ya  proqram  təminatının  təzələnməsi  və  s. 
üzrə reqlamentli boşdayanmadır. İkinci hal hər hansı insident 
(İnsident  dedikdə,  servisin  normal  fəaliyyətinə  aid  olmayan 
ixtiyari hadisə başa düşülür ki, bunun da nəticəsində xidmətin 
keyfiyyətinə  az  və  ya  çox  xələl  gəlir)  üzündən  servisin 
pozulması  ilə  bağlı  baş  verən  boşdayanmadır.  Boşdayanma 
adətən  saatla  ölçülür. 
Dell  firmasının  sahibolmanın  icmal 
dəyəri  metodikası  üzrə  hesablamaları  göstərmişdir  ki, 
istifadəçilərin  boşdayanması  ilə  bağlı  itkilər  informasiya 
sistemlərinə  çəkilən  ümumi  xərclərin  orta  hesabla  16%-ni 
təşkil edir.  
Boşdayanmalar  həm  müddətinə,  həm  də  dəyərinə  görə 
fərqlənir.  Məsələn,  printer  boyağına  görə  boşdayanma 
qısamüddətli,  verilən  itkisi  ilə  bağlı  boşdayanma  isə 
uzunmüddətli  olur.  Adi  günlərdəki  boşdayanma  ilə  balans 
tərtibi  momentindəki  boşdayanma  müəssisə  üçün  fərqli 
əhəmiyyət kəsb edir. 
Özünüdəstəkləmə  ilə  bağlı  itkilər.  Özünüdəstəkləmə 
dedikdə,  yaranmış  insidentin  informasiya  sistemi  xidmətinin 
köməyi  olmadan  istifadəçinin  informasiya sistemi  ilə  özünün 
həll  etməsi  başa  düşülür.  Bu  halda  istifadəçi  özünə  aid 
olmayan işlə məşğul olur ki, bu da biznes-proses baxımından 
boşdayanma  hesab  olunur.  Bu  itki  informasiya sistemi 
xidmətində  qəbul  edilmiş  qayda  və  siyasət  pozuntusu  ilə 
bağlıdır.  Bu,  istifadəçinin  informasiya sistemi  qaydalarından 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 186 ____________________________ 
xəbərdar  edilməməsinin  nəticəsi  olduğundan,  müəssisənin 
itkilərinə aid edilir. 
Qarşılıqlı  dəstəklənmə  ilə  bağlı  itkilər.    Bu  o  zaman  baş 
verir ki, bir istifadəçinin  üzləşdiyi  insident  informasiya 
sistemləri xidməti tərəfindən deyil, başqa bir istifadəçi tərəfin-
dən  aradan  qaldırılır.  Bu  halda  hər  iki  istifadəçi  vaxt  itirir  ki, 
bu da müəssisə üçün daha çox itki deməkdir. 
İnsidentləri aradan qaldırmaq üçün 
Service Desk (Xidmət 
masası  mənasındadır,  bütün  sorğular,  insidentlər,  problemlər 
bura  daxil olur)  adlı  xüsusi  bölmə  yaradılır  ki,  bu  da 
gözəgörünməz itkilərlə mübarizə aparır.
 
 
NƏZARƏT EDİLMƏYƏN XƏRCLƏR 
 
İnformasiya  sistemləri  xidmətinin  idarəetmə  uçotunda 
problem  yaradan  ikinci  iri  xərc  qrupu  nəzarət  edilməyən 
xərclərdir. Bu xərclər gözəgörünəndir, yəni idarəetmə uçotun-
da iştirak edir və təşkilatın büdcəsində ayrıca xərc mövqeyi və 
ya mövqeləri  kimi  təmsil  olunur.  Bu  xərclərin  nəzarət 
edilməyənliyi  onu  ifadə  edir  ki,  onları  törədən  obyektlərə  və 
proseslərə aid etmək mümkün olmur. Aşağıda baxılan nəzarət 
edilməyən xərclərin hamısı istismar xərcləridir.
 
Müşayiətetmə  xərcləri.  Bu  xərclər  istifadəçilərin 
problemlərinin  həlli  və  müştərilərin  iş  yerlərində  aparılan 
reqlamentli  işlərin  icrası  ilə  bağlıdır.  Buraya,  material  və 
ehtiyat hissələri üçün çəkilən xərclər və müşayiətedici işçilərə 
verilən ödəmələr aiddir. 
Müşayiətetmə  xərcləri  ya  İNSİ  xidməti  xərclərinin 
tərkibində,  ya  da  ayrıca  uçota  alınır.  Bu  xərcləri  informasiya 
sistemlərinin istismarı törətsə də informasiya sistemlərinə aid 
etmək olmur. Məsələn, məlumdur ki, şırnaqlı printer ucuzdur, 


 
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
 
 
 
 ___________________________ 187 ____________________________ 
lakin  onun  boyaq  kasseti  həm  tez-tez  dəyişdirilən,  həm  də 
bahadır.  Bu  xərc  istismar  xərci  olsa  da  nəzarət  edilməyən 
xərcdir.  Müşayiətetmə  xərcləri  iri  ofislərdə  informasiya 
sistemləri xərclərinin 32%-ni təşkil edir. 
İnsibatçılıq  xərcləri  –  serverlər,  şəbəkə  avadanlıqları, 
rabitə  kanalı  avadanlıqları,  paylanmış  əməliyyat  sistemləri, 
lokal şəbəkələr, qlobal şəbəkələr, VBİS-lər, tətbiqi proqramlar 
kimi  kollektiv  istifadə  edilən  sistemlərin  inzibatçılığı  ilə  bağlı 
xərclərdir.  Bu  xərclər  də  informasiya  sistemləri  xidməti 
xərclərinin  tərkibində  uçota  alınır.  Bunlar  da  informasiya 
sistemlərinə  aid  edilməyən  xərclərdir.  Buna  görə  nəzarət 
edilməyən xərc hesab edilir. Bu xərclər informasiya sistemləri 
xərclərinin 12%-ni təşkil edir. 
Avadanlıqların 
modernləşdirilməsinə 
və 
proqram 
təminatına  çəkilən  xərclər.  Bunlar:  əlavə  avadanlıqlara, 
təşkilatdakı  proqram  təminatının  yeni  versiyasına  alınan 
lisenziyaya,  modernləşdirmə  işləri  üzrə  konsaltinqə  və  s. 
çəkilən xərclərdir. 
Modernləşdirmə  xərcləri  də  informasiya  sistemləri 
xidmətinə  çəkilən  xərclərin  tərkibində  ayrıca  sətr  şəklində 
uçota alınır. Buna baxmayaraq modernləşdirmə xərcləri konk-
ret  avadanlığa,  proqram  təminatına  və  s.  aid  edilmir.  Bu 
xərclər 9% təşkil edir. 
İstifadəçilərin  ixtisasının  artırılmasına  çəkilən  xərclər. 
Buraya:  avadanlıqla  təchiz  edilmiş  sinif  otaqlarına  görə 
ödəmələr,  mühazirəçilərin əmək  haqları  və əməkdaşların sərf 
etdikləri vaxt aiddir. 
Bu  xərclər  də  informasiya  sistemləri  xidmətinə  çəkilən 
xərclərin  tərkibində  uçota  alınır  və  nəzarət  edilməyən  xərclər 
olaraq 1% təşkil edir. 
 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə