MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 188 ____________________________
SAHIBOLMANIN İCMAL DƏYƏRİ (SİD-CCB) ADLI
XƏRCİN AŞKARA ÇIXARILMASI
Yuxarıda qeyd edilənlər göstərir ki, gözəgörünməz və
nəzarət edilməyən xərclər təşkilatın (müəssisənin) informasiya
sistemlərinə çəkdiyi xərclərin 70%-ni təşkil edir. Bəs bu xərcin
30 faizi nələrdən ibarətdir?
Tədqiqatlar göstərmişdir ki, ümumi xərcin 16%-i
boşdayanmalara, 32%-i müşayiətetməyə, 12%-i inzibatçılığa,
9%-i modernləşdirməyə, 1%-i ixtisasartırmaya, 20%-i
avadanlığa, 9%-i proqram təminatına və 1%-i öyrətməyə sərf
olunur (şəkil 26-ya nəzər sal).
Şəkil 26. İnformasiya sistemlərinə çəkilən xərclərin xüsusi
çəkiləri
Xərclərin bu cür paylanmasının nələrə səbəb olduğunu
aydınlaşdırmağa çalışaq. Həm gözəgörünməz, həm də nəzarət
edilməyən xərclərdə səbəblə nəticə bir-birindən ayrılmış
vəziyyətdədir. Buna görə də informasiya sistemləri xidmətinin
Boşdayanma
Müşayiət
İnzibatçılıq
Modernləşdirmə
İxtisasartırma
Avadanlıq
Proqram təminatı
Öyrətmə
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 189 ____________________________
rəhbərliyi bilmir ki, qəbul edilən qərarların qiyməti təşkilat
üçün nədən ibarətdir.
Bu xərclərin daha bir sirri də ondan ibarətdir ki, ilkin
xərclər aydın, istismar xərcləri gizli olduğundan, müəssisə ilkin
xərcin minimumuna həvəslənib istismar xərclərinin içində itib-
batacağının fərqinə vara bilmir.
Beləliklə, təşkilatın idarəetmə uçotunun ənənəvi modeli
informasiya sistemlərinə çəkilən xərclərin yalnız əyani
hissəsini uçota alır. Bu isə, deyildiyi kimi, iqtisadi tələdir.
Bu problemin həlli üçün sahibolmanın icmal dəyəri (SİD-
CCB) modeli işlənib hazırlanmışdır. Bu modelin köməyi ilə
müəssisənin xərcləri rəqiblərin xərcləri ilə müqayisə edilir və
xərclərin azaldılması üçün tədbirlər görülür. Müxtəlif
istehsalçıların hazırladığı proqram təminatlarının SİD-CCB
kriteriləri üzrə müqayisəsi maraqlı məqamları aşkarlamışdır.
Sahibolmanın icmal dəyəri modeli həmçinin, müşayiətedici
xidmət resurslarının kafiliyinə qiymət vermək üçün istifadə
edilir.
Resursların kafiliyi bir tərəfdən, müşayiətə və
inzibatçılığa
çəkilən
xəclərin,
digər
tərəfdən
də,
boşdayanmalara görə ödəmələrlə bağlı itkilərin müqayisəsi
yolu ilə qiymətləndirilir. Müşayiətedici xidmət resursu kafi
deyilsə, müşayiət xərcləri az, boşdayanma itkiləri çox
olacaqdır.
Sahibolmanın icmal dəyəri modelinin sonrakı inkişafı
faktorlu sahibolmanın icmal dəyəri modelinin yaranması ilə
nəticələnmişdir. Bu model aşağıdakı verilənlər əsasında
qurulur:
•
Təşkilatın (müəssisənin) ölçüsü, sahəvi aidiyyəti və
coğrafi yerləşməsi;
•
Təşkilatda işçi yerlərinin sayı və quruluşu;
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 190 ____________________________
•
Tətbiq edilən texnoloji platformaların tərkibi və onların
qarşılıqlı fəaliyyətinin mürəkkəbliyi;
•
Biznes-proseslər, informasiya sistemləri xidmətinin
təşkili və texnologiyası;
•
İşçi heyətinin ixtisası və motivasiya (Sübutlar, dəlillər,
əsaslar) səviyyəsi;
•
Biznes-istifadəçilərin servisin səviyyəsinə qarşı tələbləri.
Faktorlu sahibolmanın icmal dəyəri modeli təşkilatın
bütün informasiya sistemlərinin sahibolmanın icmal dəyərini
daha sadə ölçülən və proqnozlaşdırılan kəmiyyətlərə əsasən
proqnozlaşdırmağa imkan verir. Aydındır ki, təşkilatın ölçüsü
böyük, işçi yerlərinin sayı çox, müxtəlif texnoloji platformalar
(Müxtəlif tip avadanlıqlar, əməliyyat sistemləri, tətbiqi
proqramlar və s.) çox və biznes-istifadəçilərin xidmətə qarşı
tələbləri yüksək olduqca sahibolmanın icmal dəyəri yüksək
olacaqdır.
Biznes-proseslərin,
informasiya
sistemləri
xidmətinin təşkili və texnologiyası və həmçinin, işçi heyətinin
ixtisası və motivasiyası səviyyələri yüksək olduqca isə
sahibolmanın icmal dəyəri aşağı olacaqdır. Statistik verilənlər
kifayət qədər olduqda müvafiq reqressiya tənliklərindən
istifadə etmək olur. Bu halda biznes-proseslərin və ya
istifadəçilərin ixtisası və motivasiya səviyyələri kimi keyfiyyət
göstəriciləri xüsusi ballar sistemi ilə ölçülür (Bu ballar sistemi
ABŞ-da yaradılmış
Gartner Group adlı məsləhətçi şirkət
tərəfindən hazırlanmışdır).
Bununla yanaşı, sahibolmanın icmal dəyəri modelinin
praktiki tətbiqi onun bir sıra problemlərinin olduğunu
aşkarlamışdır. Bunlardan biri müqayisə edilən təşkilatların
müqayisəyəgələnliyi problemidir. Çünki eyni informasiya
sistemi müxtəlif təşkilatlarda müxtəlif məsələlərin həllində
istifadə oluna biləndir.
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 191 ____________________________
Rəqabət aparan sənaye qərarlarını sahibolmanın icmal
dəyəri modeli birmənalı qiymətləndirə bilmir. Çünki formal
tələblə faktiki tələb üst-üstə düşmür (Məsələn, formal olaraq
hər ikisi professor elmi vəzifəsini daşısa da, Texniki
Universitetin professoru ilə İncəsənət Universitetinin professoru
eyni şkalada müqayisəyə gəlmir).
Bu nöqsanlar FN (fəaliyyət növü) - modeli ilə aradan
qaldırılır.
Dostları ilə paylaş: |