MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 182 ____________________________
şəraitdə bu əlaqə itdi.
İkincisi, köhnə informasiya sistemləri
dəqiq sərhədləri olan biznes-prosesin ayrı-ayrı addımlarını
avtomatlaşdırırdı. Yeni şəraitdə avtomatlaşdırma biznes-
prosesin bütün əməliyyatlarını əhatə etməklə yanaşı, həm də
birmənalı deyildir.
Üçüncüsü, yeni modeldə informasiya
sistemləri layihələrin sayı kəskin artdı. Xüsusi ölçmələr
sisteminin yaradılması ilə əlaqədar olaraq hər bir yeni layihə
üzrə ayrıca konsaltinq tədqiqatları aparmaq mümkün olmadı.
Dördüncüsü, informasiya sistemləri yeni modeldə biznes üçün
daha böyük əhəmiyyət kəsb etdi. Bu, təşkilatda hesablayıcı
texnikanın kəskin şəkildə artmasına səbəb oldu ki, bunun da
nəticəsində nasaz texnikanın boşdayanmaları ilə bağlı itkilər
artdı. Bu itkilərin qiymətləndirilməsi iqtisadçılar qarşısında
problemə çevrildi.
İNFORMASİYA SİSTEMLƏRİNİN ÖMÜR TSİKLİ
İnformasiya
sistemlərinə
çəkilən
xərclərin
hesablanmasında informasiya sistemlərinin ömür tsikli anlayışı
müəyyənedici rol oynayır.
İnformasiya sistemlərinin ömür
tsikli dedikdə, onun tətbiqi momentindən istismardan
çıxarılma momentinədək keçdiyi təkamül müddəti nəzərdə
tutulur. İNSİ adı altında həm yalnız aparat vasitələri(məsələn,
lokal şəbəkə serveri və ya elektron poçt serveri), həm yalnız
proqram təminatı (bu təminatın bütün növləri), həm də aprat
və proqram vasitələrinin iri kompleksləri (məsələn, müasir
müəssisənin idarə edilməsi sistemi) başa düşülə bilir.
İNSİ-nin ömür tsikli bir-neçə fazadan ibarətdir:
•
B
aşlanğıc faza – sistemin tətbiq ediləcəyi sahə təyin
edilir,
məhdudiyyət
şərtləri
müəyyənləşdirilir,
layihələşdirici komanda və layihənin infrastrukturu –
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 183 ____________________________
rəhbər orqanı, nizamnaməsi, standartları və s.
formalaşdırılır;
•
D
əqiqləşdirmə fazası – bu, yeni İNSİ layihəsinin
tətbiqinin planlaşdırılması işlərinin aparılması və layihə
üzrə texniki layihənin (Buna konseptual layihə də
deyilir) işlənib hazırlanması fazasıdır ki, bu da texniki
layihənin təsdiqi ilə başa çatır;
•
Q
uraşdırma fazası – bu faza yeni sistemin yaradılması
və testləşdirilməsi işlərini əhatə edir və inteqrasiya
edilmiş test protokolunun təsdiqi ilə bitir;
•
G
enişləndirmə (açılma) fazası – bu fazada sistem
tirajlaşdırılır, istifadəçilər və müşayiətedicilər üçün
nəzərdə tutulan sənədlər hazırlanır, son istifadəçilər
öyrədilir. Bu faza sistemin istismara qəbulu
protokolunun imzalanması ilə sona çatır;
•
İ
stismar fazası – bu, son istifadəçilərin sistemdə
işləməsi, informasiya sistemləri xidməti əməkdaşlarının
müşayiətedici və reqlamentləşdirilmiş işlər üzrə
inzibatçılıq fəaliyyəti və ola bilsin ki, sistemin müxtəlif
növ modernləşdirilməsi aparılan fazadır. Bu faza
sistemin istismardan çıxarılması barədə qərarın qəbulu
ilə başa çatır;
•
İ
stismardan çıxarma fazası – bu, verilənlərin mövcud
sistemin əvəzinə qurulan sistemə köçürülməsi fazasıdır.
Bu faza, adətən, yeni sistemin tətbiqi layihəsinin bir
hissəsini təşkil edir.
İnformasiya sistemləri xərclərinin təhlilinə müasir
yanaşmanın
prinsipial
momenti
xərcləri
informasiya
sistemlərinin ömür tsiklinə bağlamaqdır. Bu yanaşmada
informasiya sistemləri xərclərini ilkin və istismar xərclərinə
ayırırlar.
İlkin xərclər dedikdə, başlanğıc, dəqiqləşdirmə,
MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 184 ____________________________
quraşdırma və genişləndirmə fazalarındakı xərclər,
istismar
xərcləri dedikdə isə, sistemin istismarı fazasndakı xərclər
nəzərdə tutulur. İnformasiya sistemləri xərcləri illik, rüblük,
aylıq hesablanır. İlkin xərclər informasiya sistemlərinin ömür
tsikli üzrə bərabər paylanır. Məsələn, informasiya sistemlərinin
ilkin xərcləri 360 min dollardırsa, istismar fazası 3 ildirsə, illik
istismar xərci 120 min dollar, aylıq istismar xərcləri 10 min
dollar təşkil edir. İstismar xərcləri il, rüb, ay üzrə orta qiymət
kimi hesablanır.
GÖZƏGÖRÜNMƏZ XƏRCLƏR
İdarəetmə uçotunun ən ciddi problemlərindən biri
informasiya infrastrukturuna çəkilən xərclərin uçotudur. Çünki
burada 3 vacib xərc qrupları üzrə məlumat mövcud deyildir.
Bunlardan biri, istifadəçilərin boşdayanması ilə, ikincisi, istifa-
dəçilərin özünü dəstəkləməsi ilə, üçüncüsü, istifadəçilərin bir-
birini qarşılıqlı dəstəkləməsi ilə bağlı itkilərdir.
Xərclərin
bu
kateqoriyasına
aid
verilənlərin
“gözəgörünməzliyi” heç də o demək deyil ki, bu xərclər
təşkilatın xərclərinin ümumi məbləğınə daxil olmur. Ənənəvi
uçot sistemində (Ənənəvi uçot dedikdə, informasiya
texnologiyaları infrastrukturuna çəkilən xərclərin təhlilində
sahibolmanın icmal dəyəri (SİD) modelindən (модель
совокупной стоимости владения -CCB) istifadə edilməyən
xərclər uçotu sistemi nəzərdə tutulur. Qeyd edək ki,
gözəgörünməz və nəzarət edilməyən xərclər anlayışları yalnız
konkret idarəetmə uçotu sisteminə nəzərən məna daşıyır)
xərclərə dair məlumatlar işçi qüvvəsinə çəkilən xərclərin
tərkibində uçota alınır. Təşkilatda istismar xərclərinin bir növü
Dostları ilə paylaş: |