Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə13/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________58________________________ 
 
yanaşı, həm  də  görünməmiş  dərəcədə ucuzlaşdırmışdır. 
İndi informasiya dövriyyə kapitalını əvəz etməkdədir. 
Maliyyə 
axinları 
iqtisadiyyatın 
qan-damar 
sistemidirsə, informasiya axınları da əsəb sistemidir. Odur 
ki, 
iqtisadiyyatın 
müxtəlif 
sahələrinin 
fəaliyyət 
ahəngdarlığı  informasiya  sisteminin  mükəmməlliyindən 
asılıdır. 
QLOBALLAŞDIRMA 
 
Dünya  müharibələrinin  arasının  uzanması  sənaye 
ölkələrinin iqtisadiyyatının çiçəklənməsinə, dövlətlərarası 
ticarətin görünməmiş miqyas almasına, nəhəng transmilli 
kompaniyaların  meydana  çıxmasına  gətirib  çıxarmışdır. 
Bütün  bunlar  müxtəlif  ölkə  maraqlarının  birləşməsinə, 
beynəlxalq  ticarət  mərkəzləri,  bank  assosiasiyaları, 
dövlətlər  birliyi  yaranmasına  səbəb  olmuşdur.  Nəticədə 
mövcud coğrafi sərhədlərin böyük hissəsi formal xarakter 
almışdır. Bütün bu proseslər qloballaşdırma adı almışdır. 
Qloballaşdırma  milli  maraqları  arxa  plana  keçirmişdir. 
Buna  görə  də  bu  proses  müəyyən  müqavimətlə 
üzləşməkdədir.  Qloballaşdırma  informasiya  təqdimatı 
(məsələn,  mühasibat  hesabatlarının  tərtibi  və  maliyyə 
göstəricilərinin  formalaşdırılması)  sahəsində  dünya 
standartları  yaratmışdır.  İndi  bunsuz  milli  iqtisadiyyatın 
idarə  edilməsi  mümkün  deyildir.  Deməli,  bütün  ölkələr 
eyni  metodoloji,  metodiki  və  texnoloji  təməl  üzərinə 
keçməyə  məcburdur.  Bu  məcburiyyətdən  irəli  gələn 
çətinlikləri  aradan  qaldırmaqda  qabaqcıl  ölkələr  daha 
maraqlıdırlar. 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________59________________________ 
 
QEYD:  Assosiasiya  (latınca  associatio  –  birləşmə 
sözündən yaranmışdır) – fərdin təcrübəsindən yaranmış, 
iki  mahiyyət  arasında  dərk  edilmiş  (duyulmuş,  təklif 
edilmiş, düşünülmüş, hiss iedilmiş və s.) qanunauyğun 
əlaqədir.  Assosiasiya  dedikdə  bir  düşüncəsinin 
yaranmasının özü ilə digər düşüncələrin də yaranmasına 
səbəb olması başa düşülür. Assosiasiya hadisəsi barədə 
Platon  və  Aristotel  öz  əsərlərində  yazmışlar.  Amma 
assosiasiya  termini  Con  Lokk  (1632-1704)  tərəfindən 
təklif olunmuşdur. 
İngilis  fəlsəfəçisi  T.Qobbs  da  (1588-1679) 
assosiasiya haqqında öz fikirlərini söyləmişdir. 
 
 
 
Con Lokk
 
 
Tomas Qobbs 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________60________________________ 
 
Fəlsəfə və məntiq sahəsində sayılan alımlərdən biri, 
görkəmli rus alimi, Qrot Nikolay Yakovleviç (1852 - 1899)
 
bütün  düşüncə  proseslərinin  altı  başlanğıc  forma  ilə 
bağlılığını sübut etmişdir. 
  
 
Nikolay Yakovleviç Qrot 
 
Alim  altı  forma-
dan 
birinci 
yerdə 
duranının  assosiasiya 
olduğunu  qeyd  etmiş-
dir.  N.Y.Qrota  görə 
mülahizənin 
bütün 
prosesləri 
assosiasi-
yanın,  dissossiasiyanın 
və 
dizassosiasiyanın 
düşünülmüş  proseslə-
ridir. 
 
 
 
 
YENİ İQTİSADİYYAT 
 
İnformasiya  sistemləri  dünya  iqtisadiyyatının 
görkəmini  dəyişmişdır.  İnternet-iqtisadiyyat,  yeni 
iqtisadiyyat, metakapitalizm kimi yeni terminlər meydana 
çıxmışdır. 
Yeni iqtisadiyyat termini daha çox yeni informasiya 
texnologiyalarının  hazırlanması,  yayılması  və  tətbiqi 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________61________________________ 
 
sferalarını  əhatə  edir.  Bu  iqtisadiyyatın  bəzi  cəhətləri 
aşağıdakılardan ibarətdir: 
1. İqtisadiyyatın  bəzi  sahələrində  keyfiyyət  və 
məhsuldarlıq  artmış,  qiymətlər  isə  aşağı 
düşmüşdür.  Mur  qanunu  deyilən  qanuna  görə, 
hər 2 ildə kompüterin məhsuldarlığı 2 dəfə artdığı 
halda,  qiyməti  azca  artır.  Adi  iqtisadiyyatda 
qiyməti  azaldırlar  ki,  tələb  artsın.  Burada  isə, 
tələb artsa da qiymət aşağı düsür. Çünki burada 
yeniləşmə  sürəti  olduqca  böyükdür.  Mənəvi 
köhnəlməyə  məruz  qalan  texnikanın  qiyməti 
kəskin  şəkildə  aşağı  düşsə  də,  məhsuldarlığı 
qaneedici  olur.  Bu  səbəbdən  yeni  məhsulun 
qiyməti zəif artır; 
2. Kompaniyaların  dekapitallaşması  baş  verir,  iri 
kompaniyalar  bir-biri  ilə  sıx  əlaqəli  şəkildə 
fəaliyyət göstərən kifayət qədər sərbəst, lakin baş 
kompaniyanın  ticarət  markasını  daşıyan  xırda 
konqlomeratlar  çoxluğu  şəklində  fəaliyyət 
göstərir. 
Proqram 
məhsulları 
offşor 
proqramlaşdırma 
deyilən 
metodla 
virtual 
kompaniyalarda  hazırlanır.  Yəni,  müxtəlif  ölkə 
mütəxəssisləri  heç  bir  yerə  getmədən,  öz  iş 
yerlərində,  öz  evlərində  proqram  yazıb,  virtual 
kompaniyaya göndərməklə, müvafiq əmək haqqı 
alırlar. Rus və Hind mütəxəssisləri əsasən bu işlə 
məşğuldurlar; 
3. İstehlakçı  ilə  birbaşa  əlaqələrin  inkişafı,  onların 
fərdi  sifarişləri  ilə  görülən  işlərin  artması.  İndi 
İnternet  vasitəsilə  istənilən  məhsulu,  istənilən 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________62________________________ 
 
dizaynı  qiymət  dəyişikliyi  olmadan  sifariş  etmək 
mümkündür. Ənənəvi iqtisadiyyatda istehsalçı ilə 
istehlakçı  bazarın  “gözəgörünməz  əli  ilə”  bir-
birinə bağlanırsa, yeni iqtisadiyyatda nə sərbəst 
istehsalçı, nə də sərbəst istehlakçı var. Hamı bir-
biri ilə həm məntiqi, həm də fiziki şəkildə birbaşa 
bağlıdir. 
 
 
Qordon  Erl  Mur  (ingiliscə
  Gordon  Earle  Moore) 
1929-cu  ildə  anadan  olmuşdur.  Direktorlar  Məclisinin 
vəxri sədri, Intel şirkətinin yaradıcısı, “Mur qanunu”nun 
banisi.
 
 
Beləliklə, yeni iqtisadiyyat bilik iqtisadiyyatıdır. Biliyi 
olmayana yeni dünyada yer olmayacaqdır. 
 
QEYD:
 
Konqlomerat firmaların  birləşməsidir. 
Konqlomeratlar  inkişaf  edən  bazarlara,  həmçinin  çox 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə