Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə21/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________97________________________ 
 
QEYD: 1973-cü ildə IBM firması yeni  texnologiya 
ilə 16 Kbayt informasiyanı saxlayan ilk sərt diski istehsala 
buraxır. Disk hər biri 30 sektora bölünən 30 silindrdən 
ibarət olduğundan, onun şərti işarəsi 30/30 kimi qəbul 
edilir. Bu işarə 30/30 kalibrinə malik, alman istehsalı olan 
Vinçester tipli məşhur avtomatik tüfəngə anoloji olduğu 
üçün ona “
Vinçerter” adı da verilir. O vaxtdan bəri sərt 
disklərin  konfiqurasiyası  xeyli  dəyişmiş,  tutumu, 
etibarlılığı və işləmə sürəti kəskin artmışdır. Lakin fərdi 
kompüterlərdə  sərt  diskin  əvvəlki  adı  indi  də  istifadə 
edilməkdədir. 
İlk  sərt  disklərin  seriya  şəkilində  istehsalı  1979-cu  ildə 
Seagate  firması  tərəfindən  həyata  keçirilmişdir.  Beş 
düymlü  ST-506  diskinin  tutumu  6  Mbayta  bərabər  idi. 
1979-cu  ildə  istehsal  olunan  sərt  disk  belə  disklərin 
istehsalının təməlini qoydu. Müasir vinçester yığıcıları bir 
ox  üzərində  quraşdırılmış  maqnit  disklər  paketindən 
ibarətdir. Diskin hazırlanması üçün alüminium lövhədən, 
şüşə və keramikadan və onun üzərinə xüsusi texnologiya 
ilə  yapışdırılmış  (oturdulmuş)  yüksək  keyfiyyətli 
ferromaqnit  qatdan  istifadə  olunur.  Diskin  üzərinə  qat 
yapışdırılandan sonra onu firmada xüsusi texnologiya ilə 
emal  edirlər.  Emal  olunmuş  diskləri  bir  paketə  yığıb 
otürücüyə  quraşdırılmış  oxa  bərkidirlər  (adətən  bir 
paketdə 2-dən 12-yə qədər disk olur). 
 
 
Çıxış 
qurğuları 
kompüterdə 
işlənmiş 
informasiyanı insan üçün münasib formada təqdim etmək 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________98________________________ 
 
üçündür. Buraya: monitor, printer, plotter (qrafquran) və 
səsucaldan kolonkalar aiddir. 
 
 
Plotter 
 
Monitor  (displey)  mətn  və  qrafik  informasiyanı 
təqdim etmək üçündür. Fərdi kompüterin monitoru mətn 
rejimində  25  sətr  və  80  sütunun  kəsişməsindəki  2000 
xanadan  ibarətdir.  Hər  xanaya  bir  simvol  yazılır.  Simvol 
nöqtələrdən yığılmış şəkildir. Qrafik rejimdə isə monitorun 
sahəsi  piksellə  (nöqtə  ilə)  ölçülür.  480x640,  600x800, 
768x1024, 864x1152, 1024x1280 rejimləri vardır. 
Monitor 
ekranına 
çıxarılan 
informasiya 
videoyaddaşda  saxlanır.  Bu,  məntiqi  cəhətdən  operativ 
yaddaşın  bir  hissəsi  olsa  da,  fiziki  cəhətdən  monitora 
quraşdırılmış ayrıca qurğudur. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________99________________________ 
 
Giriş-çıxış  qurğuları  portlar  vasitəsilə  idarə  olunur. 
Port  kompüterin  girişinə  və  ya  çıxışına  müvafiq  virtual 
yuvadır. Konkret qurğuya bir-neçə port xidmət edə bilir. 
Hansı verilənin və ya əmrin hansı porta ötürüləcəyi və ya 
hansı portdan qəbul ediləcəyi prosessor tərəfindən təyin 
və icra edilir. Məsələn, printerin qoşulduğu port  əvvəlcə 
onun  qoşulub-qoşulmadığını,  sonra  işə  hazır  olub-
olmadığını, sonra kağızın olub-olmadığını yoxlayır, sonra 
lazımi əmri ötürür. 
Printer informasiyanı kağız üzərinə çıxarır. Printerlər: 
ardıcıl, sətri və səhifəlik olur. İş prinsipinə görə, zərbəli və 
zərbəsiz  printerlər  vardır.  Çap  üsuluna  görə,  matris  və 
simvol printerləri mövcuddur. Matris printer iynə ilə işləyir. 
Başlıqda 9, 18, 24 iynə ola bilir. Sətri və səhifəlik matris 
printerlər müvafiq olaraq sətri və səhifəni bir dəfəyə çap 
edir.  Lakin  bunlar  səslidirlər.  Şırnaqlı  printerlər  zərbəsiz 
olduğundan səssiz işləyir. Dəqiqədə 2-7 səhifə çap edir. 
Lazer printer kseroks prinsipində işləyir. 
Plotter  (qrafquran)  faktiki  olaraq  çertyoj  quran 
böyük printerdir. 
İndiki  kompüterlərin  hamısında 
audioadapter  (səs 
platası) 
vardır. 
Səsucaldan 
kolonkalar 
həmin 
audioadapterlə işləyir. 
 
BƏZİ DİGƏR QURĞULAR 
 
Bunlardan: 
Riyazi prosessor üzən vergüllü ədədlər üzərində cəld 
və daha dəqiq əməllər aparır. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________100________________________ 
 
Taktlı  impulslar  generatoru  kompüter  qurğularına 
ötürülən siqnalları müəyyən vaxt fasilələri ilə göndərir. Bir 
saniyədəki taktların sayına kompüterin takt tezliyi deyilir. 
Saniyədə milyon takt 1 meqahersdir. Bu, bütün qurğuların 
işini sinxronlaşdırmaq üçündür.  
Kəsilmələr kontrolleri kəsilmələri idarə edir. Bu, vaxt 
kvantları ilə işləyir. 
Yaddaşa  birbaşa  müraciət  kontrolleri  operativ 
yaddaşla  xarici  qurğular  arasında  prosessorun  iştirakı 
olmadan əlaqə yaradır. Nəticədə paralel iş rejimi yaranır. 
Taymer  kompüterin  takt  tezliyini  ixtiyari  tezliyə 
çevirmək üçündür. Bunun köməyi ilə kompüter real vaxta 
köklənir və səs generasiyası baş tutur.  
 
Takt tezliyi anlayışı. İstənilən verilənlər üzərində 
müxtəlif əməliyyatların yerinə yetirilməsində kompüterin 
bir neçə qurğusu iştirak edir. Yerinə yetirilən əməliyyatlar 
arasında müəyyən uyğunluq olmalı, qurğular isə bir-biri 
ilə sinxron işləməlidirlər. Belə uyğunluğu və sinxronluğu 
kompüterin  daxilində  yerləşən  xüsusi  qurğu  –  impuls 
taktları  generatoru  həyata  keçirir.  İmpuls  taktları 
generatoru  bərabər  zaman  ərzində  sinxronlaşdırıcı 
impuls siqnaları hasil edir. Sinxron impulslar kompüterin 
daxilindəki  qurğuların  vasitəsi  ilə  yerinə  yetirilən 
əməliyyatları  koordinasiya  edir.  Hasil edilən impulsların 
uzunluğunun  da  eyni  olması  (yüksək  dərəcədə 
dəqiqliklə) vacib şərtlərdən biridir. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə