Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə23/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________105________________________ 
 
yüksəltdi.  Əməliyyat  sistemlərinin  müasir  versiyalarında 
istifadəçi  interfeysi  əməliyyat  sistemlərinin  bilavasitə 
tərkib  hissəsidir. 
Makintosh  maşınlarındakı  istifadəçi 
interfeysi daha uğurlu oldu. Sonra bu interfeys 
Windows 
əməliyyat  sistemində  də  istifadə  edildi.  Sonra  əməliyyat 
sisteminin  inkişafı  yeni  xidmətlərin  daxil  edilməsi 
istiqamətində  getdi.  Məsələn, 
Windows  əməliyyat 
sistemində  çap  dispetçeri  yaradıldı  ki,  bu  da  mətn  və 
qrafik  informasiyanın  çapa  çıxarılması  funksiyasını  öz 
üzərinə götürdü. Yəni çap avtonomlaşdı. 
Müasir 
əməliyyat 
sistemləri 
virtual 
maşın 
konsepsiyasına əsaslanır.  
Virtual 
maşın 
dedikdə, 
xarakteristikaları 
yaxşılaşdırılmış  operativ  yaddaşı  (virtual  yaddaşı)  və 
müxtəlif proqramların verilənləri üçün mütləq təhlükəsizlik 
təmin  edən  hüdudsuz  sayda  xarıcı  qurğuları  olan 
mücərrəd maşın nəzərdə tutulur. Tətbiqi sistemlər məhz 
belə ideal virtual maşına istinad edir. Bu halda əməliyyat 
sisteminin  vəzifəsi  real  kompüterin  işini  elə  təşkil 
etməkdən  ibarət  olur  ki,  tətbiqi  proqram  nöqteyi-
nəzərindən  o,  virtual  maşın  kimi  görünsün.  Əməliyyat 
sistemi  vasitələrinin  köməyi  ilə  virtual  maşın 
reallaşdırılmasına virtual maşının 
emulyasiyası deyilir.  
Hesablayıcı  şəbəkələrin  meydana  çıxması  yeni  tip 
məsələlər  yaratdı.  Fərdi  kompüterlər  arasında  şəbəkə 
rabitəsini  təmin  edən  şəbəkə  örtükləri  (məsələn,  Novell 
firmasının  NetWare  sistemi)  istifadəyə  verildi.  Şəbəkə 
funksiyalarının  daxil  edilməsi  əməliyyat  sisteminin 
inkişafında mühüm rol oynadı. 
Windows NT və UNIX  belə 
yarandı. Bu əməliyyat sistemləri həm ayrıca kompüterin, 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________106________________________ 
 
həm  də  şəbəkənin  fəaliyyətini  təmin  edir.  Şəbəkə 
əməliyyat sistemləri şəbəkədəki bütün kompüterlərin fayl 
fəzalarını  vahid  fayl  fəzası  kimi  istifadə  edir.  Yəni, 
istifadəçi öz kompüterində nə edə bilirsə, onu şəbəkədə 
də  edə  bilir.  Şəbəkə  əməliyyat  sistemləri  çoxistifadəçili 
sistemlər 
olduğundan, 
hansı 
proqramın 
hansı 
kompüterdən  işə  buraxıldığını,  fayl  sistemindən  açılmış 
fayldan  kimin  iştifadə  etdiyini  izləmək  lazım  gəlir.  Bu 
zaman  əməliyyat  sistemləri  həmin  istifadəçinin  həmin 
fayla  müraciət  hüququnun  olub-olmadığını  yoxlayır  və 
istifadəçi prioritetini nəzərə alır. 
  
ƏMƏLİYYAT SİSTEMİNİN FƏALİYYƏTİ 
 
Müasir 
kompüterlərdə 
əməliyyat 
sisteminin 
funksiyalarının  bir  hissəsi  sabit  yaddaşda    saxlanan 
proqramlarda  reallaşdırılmışdır.  Bu  proqramlar  giriş-çıxış 
baza sistemi 
(BİOS) adlanır. Kompüter cərəyana qoşulan 
kimi ilkin yüklənmə proqramı icra edilir. Bu, kompüterin 
qurğularını  yoxlayan  diaqnostika  proqramlarını  qoşur. 
Bundan  sonra  əməliyyat  sistemi  operativ  yaddaşa 
yüklənir.  Sonra  isə  əməliyyat  sisteminin  nüvəsi  –  baş 
idarəedici proqram (və ya kommander, və ya dispetçer, 
və ya əməliyyat sisteminin monitoru) işə başlayır. Utilitlər 
lazım gəldikdə yüklənir və işləri başa çatan kimi operativ 
yaddaşdan  silinir.  Əməliyyat  sisteminin  nüvəsi  ətraf 
mühitdən  (klaviaturadan,  mışdan  və  s.)  daxil  olan  əmri 
təhlil edib müvafiq proqramı yaddaşda axtarır, tapırsa işə 
qoşur, tapmırsa, bu barədə məlumat verir. Dispetçer 
MS 
DOS-da command.com, Windows-da win.com adlanır. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________107________________________ 
 
PROQRAMLARIN İCRASININ İDARƏ EDİLMƏSİ 
 
İlk zamanlar kompüterdə yalnız bir proqram işləyirdi 
və  o,  operativ  yaddaşın  sıfır  nömrəli  yuvasından 
başlayaraq  yerləşdirilirdi.  Operativ  yaddaşa  bir  neçə 
proqramın  yerləşdirilməsi  halında  proqramın  icrasından 
sonra  onun  yaddaşda  ünvanı  dəyişə  bilir.  Bu  hal 
verilənlərin yerləşməsində də özünü göstərir. Buna görə 
də  nisbi  ünvan  anlayışından  istifadə  edilir.  Yəni, 
proqramın  ilk  ünvanı  nə  qədər  sürüşürsə,  həmin  rəqəm 
qalan ünvanların üzərinə əlavə edilir. 
Müasir kompüterlərdə çoxsaylı proqram mərtəbələri 
mövcuddur  ki,  bunların  da  ən  yüksək  mərtəbəsində  ƏS 
durur. Müxtəlif proqramlar qarşılıqlı fəaliyyət göstərə bilir. 
Daha doğrusu, bir proqram işləyərkən başqa proqramı işə 
qoşa bilir və özü başqa proqram vasitəsilə işə qoşula bilir. 
Başqa proqram vasitəsilə işə qoşularkən həmin proqram 
özünü alt proqram kimi aparır. Yəni, bu proqramın aldığı 
nəticələr  hökmən  onu  işə  qoşan  proqram  tərəfindən 
istifadə  edilir.  Yəni,  hər  bir  proqramın  icrası  müəyyən 
proqramlar  əhatəsində  baş  tutur.  Bütün  bunlar  isə  ƏS 
tərəfindən idarə olunur. 
 
YADDAŞIN İDARƏ EDİLMƏSİ 
 
Kompüterdə  çoxlu  proqram  işlədikdə,  hansı 
proqramın  operativ  yaddaşın  harasında  yerləşdiyini 
izləmək çox vacibdir. Bu,  əməliyyat sistemn in yaddaşın 
idarə  edilməsi  funksiyası  adlanır.  Əməliyyat  sistemi 
yaddaşın boş hissəsini dolu hissəsindən ayırmağı bacarır. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________108________________________ 
 
Yeni proqram işə buraxılarkən əməliyyat sistemi yaddaşı 
idarə edən utilitdən boş sahə olub-olmadığını öyrənir və 
bu  proqram  üçün  lazım  olan  yaddaş  sahəsini  ayırmağı 
tələb  edir.  Utilit  yaddaşda  boş  sahə  axtarır,  tapan  kimi 
tələb olunan ölçüdə yer olub-olmadığını araşdırır, varsa, 
yer ayırır. Bəzən işləyən proqram əməliyyat sistemindən 
əlavə  yaddaş  sahəsi  tələb  edir  ki,  dinamik  verilənlər 
deyilən aralıq nəticələri yerləşdirsin. Bu iş də yaddaşı idarə 
edən  utilitin  vəzifəsidir.  Dinamik  verilənlərə  ehtiyac 
qalmadıqda  onlar  silinir.  Yaddaşı  idarə  edən  utilit 
həmçinin tutulmuş sahəni başqa proqramlardan qoruyur. 
Yaxşı  məlum  olan  əməliyyat  sistemlərinin  hamısında 
operativ  yaddaşın  məntiqi  modelindən  istifadə  edilir  ki, 
buna da virtual yaddaş deyilir. 
Virtual yaddaş – əməliyyat 
sisteminin istifadəçilər və proqramlar üçün yaratdığı ideal 
kompüterin  yaddaşıdır.  Virtual  yaddaş  vinçesterdə 
yaradılır.  Yəni,  bu  və  ya  digər  proqrama  operativ 
yaddaşda  yer  çatmadıqda  vinçesterin  müəyyən  hissəsi 
virtual  yaddaş  adı  ilə  müvəqqəti  istifadəyə  cəlb  edilir. 
Cəlbetmə işi xüsusi keş yaddaşda həyata keçirilir. 
 
FAYL SİSTEMİNİN İDARƏ EDİLMƏSİ 
  
Proqramların  xarici  yaddaşda  yerləşən  verilənlərə 
müraciət  etməsini  təşkil  etmək  üçün  ƏS  mürəkkəb  fayl 
sistemindən  istifadə  edir. 
Fayl  dedikdə,  xarici  yaddaşda 
vahid  məntiqi  obyekt  şəklində  saxlanan  və  müəyyən 
proqramlar  üçün  lazım  olan  verilənlər  yığımı  (proqram 
mətni və adi verilənlər) nəzərdə tutulur. ƏS üçün fayl elə 
bir  struktur  vahididir  ki,  proqram  istifadəçiləri  onun 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə