Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə26/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________121________________________ 
 
kompüterlərə yazılır. Bu şəbəkələr nisbətən azməhsuldar 
olsa da, istismarı sadədir. 
Şəbəkənin ən mühüm cəhəti konfliktli situasiyaların 
həlli  metodları  ilə  seçilir.  Bu  məqsəd  üçün  şəbəkələrin 
çoxu prioritet sistemindən istifadə edir. 
 
 
QEYD
Serverlər 
(server ingiliscə 
to 
serve deməkdir  və  xidmət  etmək  anlamını  verir) 
şəbəkədə  olan  digər  kompüterlərə  müxtəlif  servis 
xidmətlərini göstərə bilən, optimal xarakteristikaya malik 
kompüterlərdir. Onlar güclü prosessorlara, böyük sayda 
(həmçinin tutuma) operativ yaddaşa və böyük tutumlu 
xarici yaddaşa (vinçerterə) malikdirlər. 
İlk  İnternet-server  1991-ci  ilin  6  avqustunda 
yaradılmışdır.  Bu  gün  WWW  (Vsemirnoe  pautinı-
Ümumdünya  Hörümçək  Toru)  istifadəçiləri  üçün 
əlamətdardır.  Amma  serverdən  istifadə  1989-cu  ilə 
təsadüf  edir.  İnternet-serverin  yaradıcısı,  Avropa  nüvə 
tədqiqatları  laboratoriyasında  işləyən  ingilis  alimi  Tim 
Berners-Li  ilk  dəfə  serverin  yaradılma  ideyasını  çap 
etdirdiyi məqalədə irəli sürür və Ümumdünya kompüter 
şəbəkəsinin yaradılmasını təklif edir. 
İl  ərzində  (1991-ci  il  nəzərdə  tutulur)  İnternet-
server  Avropa  və  Amerikanın  digər  tədqiqat 
mərkəzlərində  də  yaradılır.  1992-ci  ilin  noyabr  ayında 
artıq dünya miqyasında 26 serverdən istifadə olunurdu. 
1993-cü ildə bu rəqəm 200-ü keçir. 1995-ci ildə WWW–
nin müxtəlif ölkələrdə tətbiqi o qədər artır ki, şəbəkəni 
“həvəskar şəbəkə” adlandırmaq düzgün sayılmır. İndiki 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________122________________________ 
 
zamanda  İnternet-şəbəkədən  milyardlarla  istifadəçi 
bəhrələnir.  Hal-hazırda  Tim  Berners-Li  yaratdığı 
Ümumdunya  Hörümçək  Toru  şəbəkəsi  Konsorsimuna 
(World Wide Web Consortium) rəhbərlik edir. 
 
 
Ser  Timoti  Con  Bernars-Li  (ingiliscə  Sir  Timothy 
John «Tim» Berners-Lee) 1955-ci ildə anadan olmuşdur. 
İnhilis  alimi,  URI,  URL,  HTTP,  HTML-in  yaradıcısı, 
Ümumdünya Hörümçək Torunun yaradıcısı (Robert Kayo 
ilə 
bitlikdə), 
Ümumdünya 
Hörümçək 
Toru 
Konsersiumunun  başçısı,  Semantik  Hörümçək  Toru 
konsepsitasının  müəllifi,  informasiya  texnologiyaları 
sahəsində çoxlu sayda tədqiqatların müəllifi. 
 
İcra etdiyi funksiyadan asılı olaraq, server müxtəlif 
cür  adlandırılıa  bilir.  Məsələn,  telekommunikasiyalar 
serveri  lokal  şəbəkə  ilə  digər  şəbəkələr  arasında  əlaqə 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________123________________________ 
 
yaradır.  Buna  görə  də  bu  server  xəbərlərin 
marşrutlaşdırılmasını  və  gəlib-gedən  informasiyanın 
buferləşdirilməsini təmin etməlidir. Hesablayıcı server işçi 
stansiyaların  gücü  çatmayan  hesablamaları  aparmaq 
üçündür.  Disk  serveri  geniş  xarıcı  yaddaş  resurslarına 
malik  olmaqla,  işçi  stansiyalara  əlavə  yaddaş  xidməti 
göstərmək üçün qurulur.  
Bu  bölgü  yalnız  funksional  bölgü  olduğundan,  real 
həyatda  bir  kompüterdə  həm  kommunikasiya  serveri, 
həm verilənlər bazası serveri, həm poçt serveri və həm də 
işçi stansiya təşkil etmək mümkündür. 
Verilənlər bazası serveri üçün isə bir neçə kompüter 
ayırmaq  mümkündür.  Lakin  bütün  bu  kompüterlərə 
funksional aspektdə vahid kompüter kimi baxılacaqdır.  
Şəbəkə həm də müxtəlif proqram və altproqramların 
qarşılıqlı 
fəaliyyətini 
təmin 
etdiyindən, 
həmin 
proqramların  hansı  kompüterlərdə  yerləşməsindən  çox 
şey  asılıdır.  Yəni  elə  etmək  lazımdır  ki,  şəbəkə  boyu 
ötürülən informasiyanın həcmi minimum olsun.  
“Müştəri  –  server”  texnologiyasında  funksiyalar  və 
informasiya  xidməti  müştəri  (informasiya  istifadəçisi)  ilə 
server  (informasiya  sahibi)  arasında  elə  paylanır  ki, 
şəbəkə  üzrə  informasiya  ötürülüşü  minimum  olsun.  Bu 
texnologiyada  müştəri  serverə  sorğu  göndərir.  Sorğuda 
tələb olunan informasiyanın xarakteri və həcmi, həmçinin 
verilənlərin  təşkili  forması  göstərilir.  Bunun  əsasında 
lazımi  informasiyanı  server  verilənlər  bazasında  axtarır, 
tapır  və  tələb  olunan  formada  dəyişdirir,  alınmış  nəticə 
müştəriyə 
ötürülür. 
Bu 
texnologiyada 
interfeys 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________124________________________ 
 
proqramları müştəri kompüterdə, sorğunu işləyən sistem 
proqramları isə serverdə işləyir. 
Global, regional və lokal şəbəkələrin geniş yayılması, 
xüsusilə  İNTERNET-in  meydana  çıxması  bir  sıra  yeni 
xidmətlərin yaranmasına səbəb oldu ki, bunlardan da ən 
populyarı  elektron  poçtdur.  Bununla  yanaşı,  verilənlərin 
şəbəkə vasitəsilə ötürülməsi, uzaqdakı verilənlər bazasına 
və  proqramlara  müraciət,  telekonfransların  keçirilməsi, 
İnternet  vasitəsilə  telefon  zənglərinin  icrası  mümkün 
olmuşdur.  İnternet  artıq  bir  sosial  hadisə  olaraq  müasir 
cəmiyyətin  həyat  ukladlarının  hamısına  televiziya  qədər 
güclü təsir göstərməkdədir. 
 
QEYD:  1965-ci  ildə  Massaçuset  Texnologiya 
İnstitutunun əməkdaşları Noel Morris və Tom Van Vlek 
IBM  7090/7094  kompüterinə  quraşdırılmış  CTSS 
(Compatible  Time-Sharing  System)  əməliyyat  sistemi 
üçün MAIL proqramını hazırlayırlar. 
Sonrakı illərdə bu istiqamətdə digər mütəxəssislərin 
də elmi araşdırmalar aparmasına baxmayaraq bu sahədə 
hiss ediləcək irəlləyiş əldə olunmur. 
Öncə elektron poçtu böyük ölçüyə malik verilənlərin 
mərkəzləşdirilmiş  təhlilini  həyata  keçirə  bilən  böyük 
kompüterlərdə 
– 
maynfremlərdə 
informasiya 
mübadiləsinin  yerinə  yetirilməsi  üçün  nəzərdə 
tutulmuşdu.  Bu  məsələ  istifadəçilərdən  ötrü  o  qədər 
əlverişli  oldu  ki,  onlar  (N.Morris  və  T.V.Vlek)    belə 
əməliyyatları  müxtəlif  kompüterlər  arasında  da  həyata 
keçirməyə başladılar. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə