Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə27/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________125________________________ 
 
İlk  elektron  məktub  26  mart  1976-cı  ildə 
İngiltərənin kraliçası Yelizaveta II-yə göndərilmişdir. Hal-
hazırda  hər  bir  kəs  “smaylam”ın  xidmətindən  istifadə 
edir.  Amma  əksəriyyəti  bilmir  ki,  smaylamın  yaranma 
tarixi əslində 12 aprel 1979-cu il hesab olunmalıdır. 
    
 
   Tom Van Vlek                       Noel Morris 
 
 
 
VERİLƏNLƏRİN RABİTƏ KANALLARI İLƏ ÖTÜRÜLMƏSİ. 
ŞƏBƏKƏDƏ QARŞILIQLI FƏALİYYƏT METODLARI 
 
Kompüterlər  arasında  əlaqə  onların  arasında  fiziki 
rabitə  yaratmaq  yolu  ilə  əldə  edilir.  Verilənlər  şəbəkədə 
xüsusi kabelin köməyi ilə, telefon və ya radio ilə ötürülür. 
Bu  xətlərin  fiziki  xarakteristikaları  kompüterdəki  şinin 
xarakteristikalarına 
uyğun 
olmadığından, 
siqnalın 
dəyişdirilməsi lazım gəlir. İnformasiya kabellə ötürülərkən 
dəyişdirmə prosesi üçün şəbəkə adapterindən, telefon və 
ya radio ötürməsində isə modemdən istifadə edilir. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________126________________________ 
 
Şəbəkəyə  qoşulmuş  kompüterlər  şəbəkə  düyünləri, 
məlumat ötürən xətlər isə rabitə kanalları adlanır. Əslində, 
şəbəkə  düyünü  dedikdə,  ya  adapter,  ya  da  modem 
nəzərdə tutulur. Odur ki, bir kompüterdə bir neçə şəbəkə 
adapteri və ya modem olduqda həmin kompüter şəbəkə 
düyünləri kimi fəaliyyət göstərir.  
Bir  və  sıfırlar  sırası  şəklində  ötürülən  məlumat 
blokunun  ilki  və  sonu  müəyyən  edilir.  Buna  paketlərin 
sinxronlaşdırılması  deyilir.  Sinxronlaşdırma  qaydasına 
kommunikasiya  protokolu  deyilir.  Siqnalötürmə  prosesi 
şəbəkə  trafiki  adlanır.  Biristiqamətli  ötürmə  kanalına 
simpleks kanal deyilir. İkiistiqamətli kanal dupleks kanal 
adlanır. 
 
KOMMUNİKASİYA AVADANLIĞI 
 
Şəbəkədə  telefon  xətlərindən,  xüsusi  naqildən, 
koaksial  və  optik  kabellərdən  və  radio  dalğalarından 
istifadə edilir. Ən ucuz kabel 2-3 naqilli kabeldir ki, bu da 
saniyədə  10  Meqabit  informasiya  ötürə  bilir.  Lakin  küyə 
qarşı  müqaviməti  azdır.    Bu  problem  kabelin 
ekranlaşdırılması  üsulu  aradan  qaldırılır.  Bu  halda  kabel 
bahalaşır. Koaksial kabel orta bahalığa malik, küyə qarşı 
yaxşı müdafiə olunan kabeldir. Bir neçə kilometrə ötürmə 
zamanı istifadə edilir. Saniyədə 100 Meqabit informasiya 
ötürür.  Hər  kilometr  yarımdan  sonra  gücləndirici 
(təkrarlayıcı və ya fəal konsentrator), son ucda isə xüsusi 
siqnaluducu (terminator) olmasını tələb edir. Optik kabel 
bahadır.  Lakin  ötürmə  sürəti  saniyədə  10-50  Qiqabayta 
çatır. Kabelin uzunluğuna məhdudiyyət yoxdur. Küy təsir 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________127________________________ 
 
etmir.  Kabeli  budaqlandırmaq  çox  mürəkkəbdir.  Paralel 
qoşulmaq, gizli dinləmək qeyri-mümkündür. 
Son  zamanlar  rabitə  kanalları  daha  çox  peyk 
rabitəsinə  əsaslanır.  Kommunikasiya  peyklərinin  3  tipi 
vardır: 
 Aşağı orbitli peyklər (LEO – Low Earth Orbit) 290 - 1600 
km yüksəklikdə Yerin fırlanma sürətindən çox sürətlə uçur. 
Bunlar  səmərəli  deyil.  Küyə  qarşı  müqaviməti  azdır. 
Atmosferin  yuxarı  qatlarında  müqavimətə  rast  gələrək 
yavaşıyıb mövqeyini dəyişir. 
 Orta orbitli peyklər (MEO – Middle Earth Orbit) 10-16 min 
km  yüksəklikdə  Yerin  fırlanma  sürətindən  artıq  sürətlə 
uçur. 
 Geostasionar  (geosinxron)  orbitli  peyklər  (GEO  – 
Geostationary Earth Orbit) 35 min km yüksəklikdə Yerlə 
bərabər sürətlə fırlanır. Buna görə də bu peyklər ekvator 
üzərində  bir  nöqtədə  asılmış  şəkildə  uçur.  Retranslyator 
stansiyaları üçün bu peyklər çox münasibdir. 
Şəbəkə adapteri verilənlərin ötürülməsi ilə bağlı baza 
funksiyalarının bir hissəsi ilə proqramlaşdırılmışdır. Bunu  
prosessor kompüter portuna görə tanıyır. Şəbəkə adapteri 
prosessorun porta daxil etdiyi əmrlərlə idarə edilir. Qalan 
funksiyaları özü icra edir. Şəbəkə adapteri rabitə kanalı ilə 
daxil  olan  məlumatlar  arasından  lazımi  verilənləri  qəbul 
edib  öz  buferinə  yığaraq  prosessorun  qəbuledici  əmrini 
gözləyir. Şəbəkəyə ötürüləcək məlumatları prosessordan 
öz  buferinə  yığan  şəbəkə  adapteri  şəbəkənin  azad 
olmasını gözləyir və sonra ötürür. 
 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________128________________________ 
 
 
 
Şəbəkə adapteri 
 
Şəbəkə  drayveri  şəbəkə  adapteri  ilə  bilavasitə 
qarşılıqlı  fəaliyyət  göstərən  proqrama  deyilir.  Bu, 
prosessorun  sorğularını  adapterin  anladığı  əmrlərə  və 
əksinə tərcümə etmək üçündür.  
Şəbəkə  modulu  paketləri  bu  və  ya  digər 
kommunikasiya protokoluna uyğun surətdə işləyən sistem 
proqramıdır. Şəbəkə modulu şəbəkə drayveri ilə, şəbəkə 
əməliyyat  sisteminin  proqramları  ilə  və  digər  şəbəkə 
modulları ilə qarşılıqlı fəaliyyət göstərir.  
Şəbəkə interfeysi şəbəkə adapteri, şəbəkə drayveri 
və  şəbəkə  modulunun  birgə  fəaliyyətinin  nəticəsi  kimi 
meydana çıxır. 
Körpü bir texnologiya ilə yaradılmış iki şəbəkəni bir-
birinə qoşan şəbəkə düyünüdür. Körpü öz şəbəkəsi üçün 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________129________________________ 
 
nəzərdə  tutulan  məlumatlara  toxunmur,  yalnız  başqa 
şəbəkəyə ötürüləsi məlumatları ötürür.  
Marşrutizator  və  ya  paket  kommutatoru  müxtəlif 
texnologiyalarla  qurulmuş  şəbəkələri  qoşmaq  üçündür. 
Marşrutizatorun funksiyasını şəbəkə kompüterlərindən biri 
icra edir. 
Şlüz  müxtəlif  şəbəkə  avadanlığı  və  müxtəlif 
protokollu  verilənlərlə  xarakterizə  olunan  iki  şəbəkəni 
birləşdirir. 
Multipleksor  xəbəri  təkrarlayaraq  eyni  vaxtda  bir 
neçə  kanalla  ötürməyə,  həmçinin  bir  neçə  kanalla 
ötürülən siqnalları bir kanalda birləşdirib ötürməyə imkan 
verən şəbəkə moduludur. 
Şaxələndirici  bir  neçə  işçi  stansiyanı  bir  rabitə 
kanalına qoşan qurğudur. Bu, bir kanalla ötürülən siqnalı 
iki  və  ya  üç  kanala  şaxələndirir.  Daha  çox  kanala 
şaxələndirmə  halında  xab  (ingiliscə,  Hub)  deyilən 
təkrarlayıcı qurğudan istifadə edilir.  
 
 
 
24 portlu USB-XAB (24 Port USB Monster Hub) 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə