Dərslik kimi tövsiyyə edilir. B a k I 1 İQTİsadi İnformatiKA



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə18/65
tarix11.10.2017
ölçüsü2,91 Kb.
#4434
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   65

 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________82________________________ 
 
ardıcıllığı  nəzərdə  tutulur.  Simvollar  nömrələnir 
(kodlaşdırılır) və simvol əvəzinə koddan istifadə edilir. Hər 
simvol 1 bayt yer tutur.  
Hal-hazırda  128  simvolluq  (0-dan  127-dək) 
ASCII 
(American Standard Code for Informational Interchange) 
standart  kodundan  istifadə  edilir.  Milli  əlifbalar  128-255 
arasında  nömrələnir.  Mətni  düzgün  oxumaq  üçün  mətn 
drayverləri vardır.  
Məntiqi  verilən  2  qiymət  (0  və  1)  alır.  0-yalan,  1- 
gerçək. Məntiqi verilən 1 bit yer tutur. Şəkil və səs kimi 
mürəkkəb obyektlər də 2-lik rəqəmlərə çevrilib saxlanır. 
 
QEYD:  ASCII  (Amerikan  Standart  Code  for 
İnformation İnterchange –İnformasiya mübadiləsi üçün 
standart  Amerika  kodu)  genişləndirilmiş  kod 
cədvəlindən  nümunə-fraqment  (rus  əlifbasına  uyğun 
olan) verilmişdir (S – simvol sözünü əks etdirir). 
 

İkilik 
kod 

İkilik 
kod 

İkilik 
kod 

İkilik kod 

10000000 
И 
10001000 
Р 
10010000 
Ш 
10011000 
Б 
10000001 
Й 
10001001 
С 
10010001 
Щ 
10011001 
В 
10000010 
К 
10001010 
Т 
10010010 
Ъ 
10011010 
Г 
10000011 
Л 
10001011 
У 
10010011 
Ы 
10011011 
Д 
10000100 
М 
10001100 
Ф 
10010100 
Ь 
10011100 
Е 
10000101 
Н 
10001101 
Х 
10010101 
Э 
10011101 
Ж 
10000110 
О 
10001110 
Ц 
10010110 
Ю 
10011110 
З 
10000111 
П 
10001111 
Ч 
10010111 
Я 
10011111 
 
Nümunə 
kimi 
KOMПЬЮТЕР 
sözünün 
kodlanmasını  şərh  edək.  Verilmiş  mətn  9  simvolun 
ardicilliğindan ibarətdir. Bu baxımdan mətnin yaddaşda 
saxlanması  üçün  9  bayt  yaddaş  sahəsi  tələb  olunur. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________83________________________ 
 
Cədvəldən  istifadə  etməklə  mətnin  maşın  kodunu 
almaq mümkündür.  
 





К 
О 
М 
П 
Ь 
10001010 
10001110 
10001100 
10001111 
10011100 
 




Ю 
Т 
Е 
Р 
10011110 
10010010 
10000101 
10010000 
 
Beləliklə, 
КОМПЬЮТЕР 
sözü 
hesablama 
maşınında ikilik kodun köməyi ilə belə təqdim olunacaq: 
1000 1010 1000 1110 1000 1100 1000 1111 1001 1100 
1000 1110 1001 0010 1000 0101 1001 0000
2 

Nəzərə  almaq  lazımdır  ki,  tetradlar  arasında 
buraxılmış probel yazılmış kodun rahat mənimsənməsi 
üçündür.  Buraxılmış  probellər  kompüterin  yaddaşına 
yazılmır. 
Qeyd  etmək  lazımdır  ki,  əgər  öndə  göstərilmiş 
КОМПЬЮТЕР  sözünün  əvəzinə  компьютер  sözü 
yazilsaydı,  digər  kodlardan  istifadə  edilməli  idi.  Bu 
ASCII kodunun çatışmazlığıdır. 
 
PROQRAMIN KOMPÜTERDƏ İCRASI PROSESİ 
 
Kompüterdə  verilənlərin  saxlanması  və  emalı  ayrı-
ayrı qurğularda icra edilir. İnformasiya kompüterin yaddaş 
qurğusunda  saxlanır,  mərkəzi  prosessorda  emal  edilir. 
Kompüterin  işi  yaddaşındakı  informasiyadan  asılıdır. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________84________________________ 
 
Kompüterin yaddaşı 3 bölmədən ibarətdir: ünvanlaşdirilan 
yaddaş, prosessor registrləri kompüter portları tərəfindən 
istifadə  edilən  giriş-çıxış  yuvaları.  Kompüter  portları 
informasiya ötürülməsi qaydasına görə, ardıcıl və paralel 
olur.  Modem  ardıcıl  porta,  printer  paralel  porta  qoşulur. 
Ünvanlaşdirilan  yaddaş  məntiqi  cəhətdən  ardıcıl 
yuvalardan ibarətdir. Hər yuva 1 bayt saxlayır. Operativ 
yaddaşdakı  baytlar  nömrələnmiş  olur.  Baytın  nömrəsi 
onun ünvanıdır. 
Mərkəzi  prosessor  kompüterin  əsas  qurğusudur. 
Mərkəzi  prosessor  həm  bütün  hesablamaları  icra  edir, 
həm də kompüterin bütün hissələrinin işini idarə edir.  
Prosessor  registrləri  kompüter  yaddaşının  ən  cəld 
hissəsidir. Çoxsaylı registrlər müxtəlif funksiyalar icra edir. 
Kompüterin işi elementar əməliyyatlar ardıcıllığından 
ibarətdir.  Hər  bir  elementar  əməliyyat  müəyyən  maşın 
əmrinin nəticəsidir. Maşın əmrlərinin bütövlükdə bir neçə 
yüz  variantı  vardır.  Hər  maşın  əmrinin  icrası  üçün 
prosessorun konstruksiyasında ayrıca elektron mikrosxem 
nəzərdə  tutulmuşdur.  Maşın  əmrləri  əməl  tipləri  üzrə 
təsnifləşdirilir. Əməl tipləri üzrə icra edilən maşın əmrləri 
aşağıdakılardır: 
 İnformasiya blokunu operativ yaddaşdan prosessor 
registrinə keçırır; 
 İnformasiya  blokunu  prosessor  registrindən 
operativ yaddaşa keçırır; 
 İnformasiya  blokunu  portdan  alıb  prosessor 
registrinə ötürür və s. 


 
İQTİSADİ İNFORMATİKA 
 
 
________________________85________________________ 
 
Prosessor  əməllərin  bir  çoxunu  paralel  icra  edir. 
Bunun üçün impuls taktları generatoru vardır. Bu,  əməli 
kvantlarla icra edir. 
Həm  verilən,  həm  də  proqram  ünvanlaşdırılmış 
yaddaşda saxlanır. Kompüter əmr deşifratorunun köməyi 
ilə  proqram  mətnini  veriləndən  ayırır.  Maşın  əmrlərinin 
bitkin çoxluğu maşın dilini yaradır. Maşın əmrinin icrası 3 
addımdan  ibarətdir:  əmrin  seçilməsi,  icrası  və  növbəti 
əmrin ünvanının hesablanması. Bunun üçün prosessorda 
2  registr  –  ünvan  və  əmr  registri  vardır.  Ünvan  registri 
əmr  baytının  nömrəsini,  əmr  registri  isə  əmrin 
məzmununu təyin edir.   
 
 
 
 
 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə