İQTİSADİ İNFORMATİKA
________________________227________________________
məşhur Qant diaqramları ilə tanınmışdır. Bu yanaşma
əsasında 1950-ci illərdə ABŞ-da şəbəkə planlaşdırması
metodları formalaşdırıldı ki, bunlar da paralel icra edilən
işlər zəncirləri çoxluğunda ən qısa və ya ən sürətli yolu -
“kritik yolu” təyin etməyə imkan verdi. F.Teylor və
H.Qantın əsərlərindəki ideyalar əməliyyatların tədqiqi,
istehsalın təşkili və idarə edilməsi kimi elmi istiqamətlərin
meydana çıxmasına səbəb oldu. Bir sözlə, bugün də
inkişaf etməkdə olan “ERP-sistem”lərin təməli olduqca
məhsuldar olmuşdur.
Fredrfik Uinslou Teylor (ingiliscə Frederick Winslow
Taylor) amerika mühəndiisi, menecment və əməyin elmi
təşkilinin banisi
.
İQTİSADİ İNFORMATİKA
________________________228________________________
20-ci əsrin 60-cı illərinin əvvəllərində ABŞ-da
ehtiyatların
idarə
edilməsinin
avtomatlaşdırılması
sahəsində işlər fəal inkişaf etdirilirdi. Bu işlərdə məhsul
istehsalı üçün tələb olunan ehtiyatların səviyyəsinin
optimallaşdırılması məqsədi ilə riyazi metodlardan istifadə
edilirdi. Ehtiyatların ixtisar edilməsi anbar ehtiyatları və
bitməmiş istehsal şəklində dondurulmuş irihəcmli
vəsaitlərə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan
verdi. İlk “ehtiyatların avtomatlaşdırılmış idarə edilməsi
sistemləri”ndə verilmiş müddətə (ay, rüb, il və s.) hazır
məhsul
istehsalı
planı
əsasında
material
və
komplektləşdirici məmulatların satın alınması həcmləri
hesablanırdı.
Henri Lourens Qant (ingiliscə Henry Laurence
Gantt) menecmeti nümunə kimi Birinci Dünya
Müharibəsində istifadə olunan gəmilərin qurulmasında
öyrənir və bu sahədə özünəməxsus diaqramı təklif edir.
Ehtiyatların avtomatlaşdırılmış idarə edilməsi
ideyasını inkişaf etdirərək Oliver Uayt istehsalın
İQTİSADİ İNFORMATİKA
________________________229________________________
planlaşdırılması
məsələlərini
zəruri
rüsursların
göndərilməsi və hazır məhsulun satışı ilə əlaqələndirməyi
təklif etdi. Bu yanaşma plan tapşırıqlarını istehsal
prosesində baş verən şərait dəyişmələri (Resursların
vaxtında göndərilməməsi, avadanlığın imtinası, hazır
məhsula sifarişin dəyişməsi) ilə bağlı olaraq korrektə
etməyə imkan verdi. 1960-cı illərin sonlarında O.Uayt MRP
(MRP – Material Requirement Planning) konsepsiyasını
formalaşdırdı ki, burada da materiallara tələbatın
planlaşdırılması alqoritmləri verilmişdi. Planlaşdırma
alqoritmərinin sonrakı təkmilləşdirilməsi nəticəsində
Oliver Uayt belə bir fikrə gəldi ki, təkcə materiallara
tələbatın planlaşdırılması kifayət deyil, bununla yanaşı,
maliyyə və əmək resurslarının planlaşdırılması da
zəruridir.
1970-ci
illərin
sonlarında
O.Uayt
MRPII
konsepsiyasını formalaşdırdı və bununla da istehsal
ehtiyatlarının planlaşdırılması alqoritmlərini təklif etdi. Bu
konsepsiyaya analoji olaraq keçmiş SSRİ-də MAİS –
müəssisənin avtomatlaşdırılmış idarəetmə sistemi
yaradıldı.
“ERP-SİSTEM”LƏRİ
20-ci əsrin 80-ci illəri MRPII (Manufacturing
Resource Planning) sistemlərinin inkişafı illəri idi. Bu
inkişaf təkcə istehsalla bağlı proseslərə aid deyildi.
Avtomatlaşdırma maliyyə fəaliyyəti məsələlərini həll
etməyə kömək etdi. İnformasiya sistemləri vergitutma,
İQTİSADİ İNFORMATİKA
________________________230________________________
hüquq xidməti, ətraf mühitlə qarşılıqlı münasibətlər kimi
köməkçi fəaliyyət proseslərini əhatə etdi. Bundan əlavə,
transmilli korporasiyaların tələbatlarına xidmət göstərmək
- müxtəlif hüquqi, fiskal (Nəzarətedici) və gömrük
şərtlərində, müxtəlif dillərdə tərtib edilmiş sənədlərdə və
müxtəlif valyutalarda müştəri və malgöndərənlərlə
hesablaşmaların aparılması problemlərini həll etmək
demək idi. Bu məsələlərin həllinin avtomatlaşdırılmasına
tədiyəqabiliyyətli tələb tədricən yeni tip informasiya
sistemlərini formalaşdırdı. İndi artıq yeni informasiya
sistemləri konsepsiyasının müəllifi, MRP və MRPII
sistemlərinin müəllifi O.Uayt kimi bir nəfər deyil,
qloballaşma və informatlaşdırmanın yeni çalarları ilə
bəzənmiş müasir iqtisadiyyatdır.
1990-cı illərdə korporativ informasiya sistemlərinin
inkişaf etdirilməsi və tətbiqi sahəsində dünyada məşhur
olan
GartnerGroup
şirkəti
ERP-sistemlərini
iri
korporasiyalarda qərarların hazırlanması və qəbulu aləti
kimi etiraf etdi.
ERP-sistem dedikdə, artıq iri müəssisələrdə biznes-
proseslərin avtomatlaşdırılması və optimallaşdırılması ilə
inteqrasiya edilmiş planlaşdırma və idarəetmə ideologiyası
nəzərdə tutulur. ERP-sistemləri planlaşdırma, uçot,
maliyyələşdirmə, istehsal, resurs sifarişləri və hazır
məhsul satışı üçün qərarların hazırlanması və qəbulu
məqsədi ilə şirkətin praktiki olaraq bütün əsas biznes-
proseslərini vahid informasiya mühitində, vahid verilənlər
bazası əsasında avtomatlaşdırmaq imkanı təklif edir (Bu
baxımdan, ERP SSRİ-dəki AİS- avtomatlaşdırılmış
idarəetmə sistemi anlayışına yaxındır).
Dostları ilə paylaş: |