İQTİSADİ İNFORMATİKA
________________________231________________________
ERP-sistemin əsas məsələləri aşağıdakı sxemdəki
kimidir:
İNFORMASİYA SİSTEMLƏRİNDƏ
İNTEQRASİYA
Müasir
şirkətlərdə
işləyən
iri
informasiya
sistemlərinin müzakirəsi zamanı işlədilən ən vacib anlayış
inteqrasiyadır. Qərarların hazırlanması və qəbulu üçün
inteqrasiya edilmiş yanaşmanı təmin etmək məqsədi ilə
informasiya sistemlərindən istifadə edilməsinin vacibliyi
informasiya iqtisadiyyatına aid ilk əsərlərdə də öz əksini
tapmışdır. Belə ki, Y.Q.Yasin göstərirdi ki, “inteqrasiya
ixtiyari saylı qarşılıqlı əlaqəli məsələlərin həlli və nəzarət
edilə bilməyən informasiya axınlarının emalının
təkrarlanmalarını ləğv etmək üçün verilənləri sistemə bir
dəfə daxil etməyi və kompleks şəkildə istifadə etməyi
nəzərdə tutur. Çünki bu halda informasiyanın saxlanması,
Satış
planı
İstehsal
planı
Satınalma,
avadanlıqların və işçi
heyətin yüklənməsi
planları
Maliyyələşdir-
mə planı
Xərclər planı
İQTİSADİ İNFORMATİKA
________________________232________________________
ötürülməsi və təqdim edilməsinin forma və metodlarına
vahid tələblər formalaşır, yəni informasiya prosesləri üçün
vahid standart təyin edilir. Bu ona görə lazımdır ki,
informasiya sistemlərinin istənilən yerində iqtisadi
verilənlər birmənalı başa düşülsün” (Ясин Е.Г. и др.
Экономическая информация. М.:Статистика,1974.).
ERP-sistemləri müəssisədə planlaşdırma, idarəetmə
və nəzarət məsələlərinin gerçək inteqrasiya edilmiş
şəkildə həllinə imkan verir. Bu mənada, ERP-sistemləri
inteqrasiya edilmiş informasiya sistemləridir (İNEDİNSİ).
Bunlar bəzən də inteqrasiya edilmiş idarəetmə sistemləri
(İNEDİS) adlanır. Çünki burada informasiya sistemləri
şirkətin funksional altsistemlərini təmin edən informasiya
proseslərini dəstəkləyən verilənlər mübadiləsini vahid
standartlar
çərçivəsində
saxlayan
birləşdirilmiş
informasiya texnologiyaları (İNTEX) platformalarına
əsaslanır. Məsələn, SAP R/3 tam funksionallıq təmin edir.
Yəni şirkətin istehsal, maliyyə, mühasibatlıq, marketinq,
zəruri resursların satın alınması, hazır məhsulun satışı və
s. kimi bütün funksional istiqamətlərindəki biznes-
prosesləri avtomatlaşdırmaq imkanı verir.
SAP R/3 inteqrasiya edilmiş qərar hazırlayır. Çünki
qərar qəbulunu şirkətin bu sistemin xidmətlərindən
istifadə edən bütün bölmələrində verilənlər və
informasiyanın hazırlanması və təqdim edilməsinin vahid
standartlarına əsasən hazırlayır. Beləliklə, ERP-sistemlər
şirkətin biznes-proseslərini vahid texnoloji və informasion
əsasda avtomatlaşdırmaq üçün vasitələr təqdim edir.
Digər tərəfdən, ERP-sistemlər daha bir vacib xassə
nümayiş etdirir. İri şirkət və ya xoldinq, bir qayda olaraq,
İQTİSADİ İNFORMATİKA
________________________233________________________
müxtəlif bölmələrdə və ya tabe (qız) müəssisələrdə
müvəffəqiyyətlə işləyən bir-neçə müxtəlif informasiya
sistemlərinə malik olur. Göstərək ki, ERP-sistemin müvafiq
modulları pərakəndə paylanmış sistemlərdə ya xüsusi
hazırlıq işi görülmədən işləmir, ya da məqsədəuyğun
olmur. Bu halda ERP-sistem birləşdirici və ya
inteqrasiyaedici rol oynayır. Yəni şirkətdə bütün iyerarxiya
səviyyələri üzrə fəaliyyət göstərən müxtəlif təbiətli və
müxtəlif funksional imkanlara malik olan informasiya
sistemlərini birləşdirir. Məsələn, şirkətin mərkəzi ofisində
işləyən SAP R/3 bölmələrdə işləyən 1C sistemindən
mühasibat verilənlərini, tabe müəssisələrdə işləyən Парус
sistemindən digər verilənləri qəbul etməklə birləşdirici rol
oynaya bilir.
Burada İNEDİNSİ ilə İNEDİS arasında mövcud olan
fərqə diqqət yetirmək lazım gəlir. Belə ki, İNEDİS fərqli
biznes-modellərdən və verilənlərin idarə edilməsi üzrə
fərqli
texnologiyalardan
istifadə
edən
müxtəlif
platformalara əsaslanan proqram əlavələrinin ERP
əsasında birgə istismarını təmin edir. İNEDİNSİ isə
şirkətdə mövcud olan və özünün funksional altsistem
modulları olmayan proqram əlavələrinə yalnız qoşula bilən
EAI (EAI – Enterprise Application Integration) proqram
paketləri əsasında inteqrasiya həyata keçirir.
Adətən inteqrasiyanın 3 səviyyəsini fərqləndirirlər:
İnformasiya texnologiyaları - birgəlik (
IT-
compatability);
Funksional altsistemlərin və proqram əlavələrinin
bir-birinə qoşula bilənliyi;
İQTİSADİ İNFORMATİKA
________________________234________________________
Biznesin idarə edilməsinin inteqrasiyası (biznesin
inteqrasiyası).
Bu anlayışları izah etmək üçün çox sadə bir misala
baxaq.
Ailədə ata, ana, oğul və qız: hərə öz maliyyə işini
informasiya sistemlərinin köməyi ilə: ata - işçi stansiyada,
ana - fərdi kompüterdə, oğul - noutbukda, qız isə - adi
dəftərdə aparır. Ata ailənin maliyyə işində qayda
yaratmaq və onu idarə etmək qərarına gəlir. Bunun üçün
ata öz işçi stansiyasında bir-neçə funksional altsistemdən
ibarət olan “AB” (AB – ailə büdcəsi) paketi yaradır.
Bu altsistemlərdən ikisi üzərində ətraflı dayanaq:
“Balans” altsistemi. Ailə üzvlərinin gəlirləri və
xərcləri, həmçinin ailənin verəcəkləri (kreditlər) və
alacaqları (debetlər) bu altsistemdə əks etdirilir. Bu
altsistemin vəzifəsi həm daxilolmalar və ödəmələr
üzrə hesab əməllərini icra etməkdən, həm də
alacaqların və verəcəklərin çatan müddətləri
barədə xəbər verməkdən ibarətdir. Bundan əlavə,
bu altsistem istifadəçilərin sifarişi üzrə balasın
vəziyyəti barədə verilmiş formada hesabat da
təqdim edir.
“Bank” altsistemi. Bu altsistem ailə üzvlərinə imkan
verir ki, müxtəlif banklarda yerləşdirdikləri özlərinin
bank hesablarındakı məbləğləri müvafiq bankların
informasiya sistemlərinə qoşulmaq yolu ilə idarə
edə bilsinlər. Bu altsistemdə avtomatlaşdırılan
proseslərdən ən vacibi “kommunal xərclərin
ödənilməsi” prosesidir ki, bunun nəticəsində qaz,
su, elektrik enerjisi, telefon, zibil daşımaları, mənzil
Dostları ilə paylaş: |