İQTİSADİ İNFORMATİKA
________________________223________________________
İDARƏETMƏDƏ İNFORMASİYA
SİSTEMLƏRİNDƏN İSTİFADƏNİN
ƏSASLARI
İNFORMASİYA SİSTEMLƏRİNİN TƏSNİFATI
İnformasiya sistemləri həll etdiyi məsələlərin
mürəkkəbliyi səviyyələrinə və xidmət göstərdiyi
istifadəçilərin sayına görə təsnifləşdirilir.
Sistemin miqyası və ya əlçatanlığı həmin sistemdən
istifadə edən istifadəçilərin sayı ilə müəyyən edilir.
Sistemin əlçatanlığının 2 tipi fərqləndirilir: dinamik
əlçatanlıq və kommersiya əlçatanlığı.
Dinamik əlçatanlıq eyni vaxtda xidmət göstərilən
istifadəçilərin sayı ilə, kommersiya əlçatanlığı isə sistem
istifadəçiləri üçün işçi yeri təşkil etmək məqsədi ilə satın
alınmış lisenziyaların sayı ilə müəyyən edilir. Dinamik
əlçatanlıq daha obyektivdir, lakin çətin qiymətləndirilə
biləndir. Çünki sistemə eyni zamanda müraciət edən
istifadəçilərin sayı həmin momentdə onların hansı
məsələləri həll etdiklərindən əhəmiyyətli dərəcədə asılı
olur. Buna görə də bu göstərici qiyməti müəyyən mümkün
qiymətlər arasında, məsələn, X-dən az, Y-dən çox ola
bilməz şəklində təyin edilir. X ədədi həll edilən məsələlərin
və ya sistemin icra etdiyi biznes-proseslərin xarakteri ilə
bağlıdır. Buna görə də bu ədəd həmişə təxminidir. Y ədədi
isə sistemin leqal (gizli olmayan) istifadəçiləri ilə
İQTİSADİ İNFORMATİKA
________________________224________________________
bağlanmış müqavilələr əsasında əldə edilmiş lisenziyaların
sayına bərabər olduğundan, həmişə dəqiqdir.
“İnformasiya sisteminin miqyaslaşabilənliyi” termini
də hal-hazırda geniş tətbiq edilir. Bu, sistemə eyni vaxtda
müraciət imkanı qazanmış istifadəçilərin sayının artmasına
və ya texnoloji resursların artan yükə adaptasiya
(uyğunlaşmaq) qabiliyyəti kimi dərk edilir.
Miqyaslaşabilənlik sistemin çevikliyini, yəni istismar
şərtlərinin dəyişməsini nəzərə ala bilənliyini xarakteizə
edir.
Sistemə obyektiv qiymət vermək üçün ədədi
parametr kimi istifadə edilən miqyas və miqyaslaşabilənlik
anlayışlarının təyinində müəyyən çatışmazlıqlar diqqəti
cəlb edir. Məsələn, verilmiş informasiya sistemlərinin 100
istifadəçiyə işləmək imkanı verməsi barədəki hökm və ya
təsdiq sistemin hansı məsələlərin həlli ilə məşğul olduğu
barədə heç nə demir. Bu fikri izah etmək üçün aşağıdakı
iki nümunəni müqayisə edək:
Malların pərakəndə satışı ilə məşğul olan yüzlərlə
satıcı-operator işçi yerləri ilə xarakterizə olunan
supermarketdə gedən biznes-proseslər olduqca sadə və
standart olduğundan, bu proseslərin gedişinə kifayət
qədər sadə informasiya sistemi xidmət göstərə bildiyi
halda, ölkənin müxtəlif regionlarında filialları olan iri
xoldinqin cəmi 3-4 mütəxəssisdən ibarət olan analitik
şöbəsi müxtəlif mal qrupları üzrə satış dinamikasını tədqiq
etdikdə xoldinq informasiya sistemlərinin bütün
hesablayıcı və kommunikasiya resursları bu işə cəlb edilir.
İQTİSADİ İNFORMATİKA
________________________225________________________
“Miqyas”
parametrinin
bu
xüsusiyyətini
unutmamaqla, informasiya sistemlərinin aşağıdakı şərti
təsnifatı qəbul edilmişdir:
Lokal informasiya sistemləri (Low End PC). Bunlar
bir-neçə istifadəçi üçün və ya kompüter şəbəkəsinə
ehtiyac
duymayan
kiçik
müəssisə
üçün
məhdudimkanlı
sistemlərdir.
Məsələn,
1C:Бухгалтерия, Инфин, Парус liokal İNSİ-lərdir;
Kiçik sistemlər (Middle End PC). Bunlar çoxsaylı
funksiyalar icra edir, tətbiqi xüsusi məsləhətcilər
tələb edir, nisbətən azsaylı istifadəçilərlə işləyir.
Məsələn, 1С:Предприятие, Парус, Галактика,
PLATİNUM, SCALA kiçik sistemlərdir;
Orta sistemlər (High End PC). Bunlar çoxfunksiyalı,
çoxistifadəçili sistemlərdir, tətbiqi mürəkkəb və
bahadır
və
məsləhətçi
rəhbərliyi
altında
mümkündür. Məsələn, PEOPLE SOFT, BAAN,
SCALA orta sistemlərdir;
İnteqrasiya
edilmiş
idarəetmə
sistemləri
(Enterprise Resource Planning – ERP). Bunlara:
SAP R/3, ORACLE APPLICATIONS aiddir.
Tətbiqinə çəkilən xərclərin həcminə görə orta və iri
sistemlər fərqləndirilir. Məsələn, ERP-sistemi azı 500 min
ABŞ dolları dəyərindədir. Bu parametrin inandırıcı
görünməsi çətin olsa da, bir orientir kimi istifadə edilə
bilər. Təsnifatın bu tipi konkret informasiya sistemi üçün
baza parametrlərinin dəyişmə diapazonunu təyin
etdiyindən, mövqeləşdirici təsnifat adlandırılır.
Göstərək ki, lokal informasiya sistemləri və ERP-
sistemlər yaxşı mövqeləşdirilir. Çünki bunlar bir-birindən
İQTİSADİ İNFORMATİKA
________________________226________________________
kəskin fərqlənir. Praktiki olaraq isə təsnifatda qonşu olan
sistemlər arasında dəqiq sərhəd qoymaq mümkün
deyildir. İnformasiya sistemləri yaradıcıları öz məhsullarını
daim inkişaf etdirir, onların funksional imkanlarını və
fəaliyyət miqyaslarını genişləndirir və daha yüksək
göstəricilərə malik təsnifat qruplarına yaxınlaşdırırlar.
Xüsusilə də kiçik və orta sistemləri fərqləndirmək olduqca
çətin olur. Buna baxmayaraq, bu, dünyada qəbul edilmiş
təsnifatdır.
İNFORMASİYA SİSTEMLƏRİNİN TƏKAMÜLÜ
Burada əsas diqqət ERP-sistemlərinə yönəldilir.
Çünki iqtisadiyyat, biznes və idarəetmə sahəsində
qərarların hazırlanması və qəbulu proseslərində istifadə
edilən informasiya sistemlərinin bütün əsas xüsusiyyətləri
ilə yalnız ERP-sistemlərin nümunəsində tanış olmaq olar.
ERP-sistemin nə olduğunu anlamaq üçün əvvəlcə onun
meydana çıxmasının tarixinə qısa nəzər salmaq lazımdır.
“ERP-sistem”
termini
GartnerGroup
şirkəti
tərəfindən 20-ci əsrin 90-cı illərində ortaya atılmışdır.
“ERP-sistem” anlayışı istehsalın təşkilinin kəmiyyət
metodları təməli üzərində formalaşmışdır. Bu metodların
bünövrəsi 20-ci əsrin əvvəllərində Frederik Teylor və Henri
Qant (1861-1919) tərəfindən qoyulmuşdur. F.Teylor
(1856-1915) istehsalın planlaşdırılması tədris fənninin və
akademik metodların təcrübədə tətbiqinin, yəni
“tərtökdürmə elmi sistemi”nin banisi kimi məşhurdur.
H.Qant iqtisadiyyat və menecment sahələrində ardıcıl
işlərin planlaşdırılması ilə bağlı olaraq fəal istifadə edilən
Dostları ilə paylaş: |