E L E K T R O N
B I Z N E S
Bundan əlavə, adətən, elektron ticarətin komponentlərinin qarşılıqlı
fəaliyyətini həyata keçirən və elektron ticarət aparan müəssisənin fəaliyyət
göstərməsi üçün informasiya dəstəyi verən əlavə proqram-aparat təminatı
(mühasibat sistemi, anbarın idarə edilməsi sistemi və s.) da mövcud olur.
İxtiyari elektron ticarət texnologiyası üçün ayrıca və məcburi bir
element var ki, bu da ödəmə sistemidir. Bu sistem alıcı, mağaza və bank
arasında hesablaşmaları həyata keçirir.
ELEKTRON
MAĞAZA
YARADILARKƏN
HƏLL
EDİLƏN
ƏSAS
MƏSƏLƏLƏR
Formal cəhətdən elektron mağazanın yaradılması problemi kifayət
qədər sadə və aydındır. Yəni aşağıdakı məsələlərin həllini təmin edən
informasiya serveri yaratmaq lazımdır:
•
Malların aktual vəziyyəti kataloqunun nəşr edilməsi;
•
Malın satın alınması üçün müştəri sifarişinin formalaşdırılması;
•Anbardan və ya kənar malgöndərəndən mal alınmaslına dair
sifarişin formalaşdırılması;
•
Malın müştəriyə çatdırılmasının müşayiət edilməsi;
•
Malın haqqının alınması.
Sadə halda İnternet infrastrukturu potensial müştəriyə informasiya
çatdırılması və onun niyyəti barədə informasiya alınması üsulu kimi istifadə
edilir. Nisbətən mükəmməl variantda İnternet həm də mağaza bölmələri və
malgöndərənlər arasında informasiya mübadiləsi mühiti kimi istifadə edilir.
9 4