E L E K T R O N
B I Z N E S
ELEKTRON
TICARƏT
1998-ci ildə İnternet şəbəkəsinə qoşulan 65 milyon amerikalı
İnternet vasitəsi ilə satın alınan məhsula 8 milyard dollar xərcləmişdi. Həmin
ildə Rusiyada İnternetdən istifadə edənlərin sayı 1,2 milyon nəfər,
kommersiya xidmətləri satışının ümumi həcmi isə 11,5 milyon dollar təşkil
etmişdi. Bununla yanaşı, İnternetin Rusiya seqmentində ən populyar biznes
növü İnternet-mağazaların təşkili olmuşdur. Biznesin bu modeli Rusiyalı
sahibkarların əksəriyyəti üçün daha yaxşı başa düşüləndir. Mahiyyətcə, bu,
informasiya texnologiyaları tətbiq edən adi ticarət müəssisəsidir. İnternet
texnologiyalarının cəlbedici cəhəti odur ki, şirkətin saytına eyni zamanda
olduqca çoxsaylı potensial alıcı müraciətləri mümkündür.
Məsələn,
Amazon.com mağazasının informasiya serverinə gün
ərzində bir-neçə milyon potensial müştəri müraciət edir. Binaların icarə
xərclərinin ixtisar edilməsi və 30 milyon adda məhsul təqdim edən nəşrlərin
reallaşdırılması imkanları cəlbedici görünür.
ELEKTRON
MAĞAZA
Elektron mağazanın ümumi iş sxemi aşağıdakı kimidir. Potensial alıcı
brauzerin köməyi ilə mağazanın informasiya serverinə müraciət edir.
Serverdə elektron vitrin mövcuddur. Vitrində malların təsvir edildiyi
kataloqlar, sorğu üzrə axtarış vasitələri, qeydiyyata düşmək, sifarişin
rəsmiləşdirilməsi, malın haqqının ödənilməsi və alıcının ünvanına
gətirilməsinin sənədləşdirilməsi üçün imkanlar vardır.
9 1