54
4. Həyatın əmələ gəlməsi haqqında
müasir təsəvvürlər
Alt standart:
1.1.4. Yer üzərində həyatın əmələ gəlməsinə dair fikirləri müqayisəli şəkildə şərh
edir.
Məqsəd:
•
Həyatın əmələ gəlməsi haqqında müasir təsəvvürləri şərh edir.
Bu mövzuda da 1.1.4. məzmun standartı reallaşdırılır. Lakin bu zaman əvvəlki
mövzulardan fərqli olaraq həyatın yaranması ilə bağlı müasir təsəvvürlər tədqiqat ob-
yektidir. Bu mövzuya əvvəl qazanılmış biliklərə əsaslanan sualların müzakirəsi ilə baş-
lamaq mümkündür.
•
Həyatın əmələ gəlməsi ilə bağlı ilkin təsəvvürlər hansılardır?
•
Hansı şəraitdə həyat yarana bilərdi?
Tədqiqat sualı:
Müasir
təsəvvürlərə görə, həyat necə yaranmışdır?
Paraqrafın nəzəri materialı ilə tanışlıq müəllimin məqsədəuyğun hesab etdiyi üsul-
lardan birindən istifadə olunmaqla aparıla bilər. Bu üsullara misal olaraq İNSERT, fa-
siləli oxu və s. göstərmək olar.
Məzmun aşağıdakı ardıcıllıqla öyrənilə bilər:
•
Yer planeti haqqında ilkin və müasir təsəvvürlər;
•
Avtotrofluq;
•
Heterotrofluq.
Şagirdlərin fərdi bacarıqlarını qiymətləndirmək məqsədilə F blokndakı 3-cü tapşı-
rıqdan istifadə etmək olar. 1-ci və 2-ci tapşırıqlar isə lövhədə bütün siniflə birlikdə müza-
kirə oluna bilər.
Mövzu içərisindəki sxem və şəkillərə diqqət yetirilməli və onların müzakirəsinə də
yer ayrılmalıdır.
Qiymətləndirmə meyarı:
•
şərhetmə
I
səviyyə
II
səviyyə
III
səviyyə
Həyatın yaranması ilə bağ lı
müasir
təsəvvürləri şərh
etməkdə çətinlik çəkir.
Həyatın yaranması ilə bağ lı
müasir təsəvvürləri şərh
edərkən səhvlərə yol verir.
Həyatın yaranması ilə bağlı
müasir
təsəvvürləri sərbəst
şərh edir.
LAYİHƏ
55
Alt standart:
1.1.4. Yer üzərində həyatın əmələ gəlməsinə dair fikirləri müqayisəli şəkildə şərh
edir.
Məqsəd:
•
Bioloji monomer və polimerlərin yaranmasına dair fikirləri şərh edir.
Mövzunun tədrisinə şagirdlərin əvvəlki mövzulardan əldə etdikləri biliklər əsasın-
da başlamaq olar. Bu məqsədlə bütün bölmənin 1.1.4. məzmun standartını reallaşdırdı-
ğını nəzərə alaraq həyatın yaranması ilə bağlı fərziyyələri və nəzəriyyələri şaxələndir-
mə üsulundan istifadə etməklə qruplaşdırmaq mümkündür.
Şaxələndirmə:
Məsələn:
Abiogenez
Həyatın yaranması
haqqında təsəvvürlər
Canlılar cansızdan
yaranmışdır.
İlk fərziyyəni
Aristotel irəli
sürmüşdür.
Tədqiqat sualı:
Həyatın yaranması ilə bağlı daha hansı təsəvvürlər mövcud olmuşdur?
Tədqiqatın aparılması mərhələsində dərslikdə verilmiş S.Müllerin aparatı müzakirə
olunmalıdır.
Mətnin oxunması da olduqca vacibdir. Bunun üçün fasiləli oxu üsulundan istifadə
etmək olar. Burada məqsəd mətndəki faktları, onlar arasındakı səbəb və nəticə əlaqələ-
rini şagirdlərə dəqiq və anlaşıqlı şəkildə çatdırmaqdan ibarətdir.
Mətnin hissə-hissə oxunması oxu zamanı şagirdin diqqətini tez və dəqiq səfərbər
etməyə, mətnin dərk olunmasına imkan yaradır. Beləliklə də, bu zaman verilmiş nəzəri
bilikləri şagirdlər qısa müddətdə mənimsəyə bilirlər.
Müzakirələrdə dərslikdəki sxem və şəkillərə mütləq istinad edilməlidir.
5. Bioloji monomer və polimerlərin
yaranması
LAYİHƏ
56
Mətni oxuyub bitirdikdən sonra şagirdləri F blokundakı tapşırıqların həllinə cəlb
etmək lazımdır.
F blokundakı tapşırıqların cavabı:
2. I mərhələ – c, d, e
II mərhələ – b,
III mərhələ – a,
Qiymətləndirmə meyarı:
•
şərhetmə
I
səviyyə
II
səviyyə
III
səviyyə
Bioloji-monomer və
polimerlərin yaranması ilə
bağlı fikirlərini şərh edərkən
səhv lərə yol verir.
Bioloji-monomer və
polimerlərin yaranması ilə
bağlı
fikirlərini müəllimin
isti qa mətverici sualları
əsa sın da şərh edir.
Bioloji-monomer və
polimerlərin yaranması ilə
bağ lı fikirlərini sistemli şərh
edir.
LAYİHƏ
57
Alt standart:
1.1.4. Yer üzərində həyatın əmələ gəlməsinə dair fikirləri müqayisəli şəkildə şərh
edir.
Məqsəd:
•
Yer üzərində orqanizmlərin sadədən mürəkkəbə doğru inkişafı barədə fikirlərini
şərh edir.
Dərsə başlayarkən şagirdlərə mövzu ilə bağlımüxtəlif şəkillərdən ibarət slayd
nümayiş etdirilə bilər. Bu şəkillərdə həm birhüceyrəli, həm də çoxhüceyrəli orqa-
nizmlər əks olunmalıdır.
Şagirdlərə şəkilləri 2 qrupda qruplaşdırmaq tapşırılır (birhüceyrəli və çoxhüceyrəli).
Tədqiqat sualı:
Yer üzərində canlılar sadədən mürəkkəbə, birhüceyrəlidən çoxhüceyrəliyə doğru
necə inkişaf etmişdir?
Bu mövzuda tədqiqatın aparılması şagirdlər üçün maraqlı ola bilər. Çünki məhz bu
mövzuda onlar aşağı siniflərdə öyrəndiklərini bir daha xatırlayaraq bu cür quruluşun
yaranmasının səbəblərini daha dərindən dərk edəcəklər.
B blokundakı mətnin araşdırılması məqsədilə mətnin bütöv oxunması strategiya-
sından istifadə etmək olar. Bu prosesdə şagirdlər müxtəlif hissələr arasındakı əlaqələri
görür və öyrənirlər ki, hər bir hissə özündən əvvəlkinin məzmun və məntiqi cəhətdən
davamı olub və onu inkişaf etdirir, ardıcıl olaraq da sonrakı hissənin meydana çıxması-
na zəmin yaradır. Bunun əsasında məzmun şüurlu mənimsənilir. Müzakirələr zamanı
müxtəlif çoxhüceyrəli orqanizmlərin şəkillərinin nümayiş etdirilməsi məqsədəuyğun-
dur.
F blokundakı tapşırıqlar kollektivdə müzakirə ilə yerinə yetirilə bilər.
Qiymətləndirmə meyarı:
•
şərhetmə
I
səviyyə
II
səviyyə
III
səviyyə
Orqanizmlərin
sadədən
mürəkkəbə doğru inkişafına
dair fikirlərini şərh edərkən
səhvlərə yol verir.
Orqanizmlərin sadədən
mürəkkəbə doğru inkişafına
dair fikirlərini müəllimin
köməyi ilə şərh edir.
Orqanizmlərin sadədən
mürəkkəbə doğru inkişafına
dair
fikirlərini sərbəst şərh
edir.
6. Çoxhüceyrəliliyə doğru yol
LAYİHƏ