Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə12/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

48
TORPAĞIN MİKROFLORASI
Tərkibində üzvi və mineral maddələrin, eləcə də rütubətin olması tor-
paqda  mikroorqanizmlər  üçün  əlverişli  mühit  yaradır.  Bu  canlıların  sayı 
5–20 sm dərinlikdə daha çox olur. Dərinliyə getdikcə miqdarı azalır, 1 m 
dərinlikdə isə minimuma enir.
Qrafikə  əsasən  mikroorqanizmlərin  miqdarının  torpağın  dərinliyindən  asılı 
olaraq bu cür dəyişməsinin səbəbini izah edin. 
F
5 10 15 20 25 30 35 40
Dərinlik (sm-lə)
Mikroorqanizmlərin sayı
Tipindən və iqlim qurşaqlarının növündən asılı olaraq torpağın mikroflorası 
dəyişir.  Cənub  qurşaqlarında  münbit  və  gübrələnmiş  torpaqlarda  mikroorqa-
nizmlərin miqdarı çox olur.
Torpaqda  azotfiksəedici,  nitrifikasiya,  denitrifikasiya,  sellüloza  parçalayıcı 
bakteriyalara, göbələklərə, şibyələrə və bir sıra ibtidailərə təsadüf edilir. Bunlar 
maddələr dövranının həyata keçməsində mühüm rol oynayır.
Mikroorqanizmlər üzvi maddələri qeyri-üzvi maddələrə parçalayır, atmosfer 
havasındakı azotu bitkilər tərəfindən mənimsənilə biləcək hala gətirir. Bununla 
da torpağın münbitləşməsində və öz-özünü tənzimləmə prosesində iştirak edir. 
İnsan və heyvanların ifrazatları vasitəsilə torpağa düşən mikroorqanizmlərin ək-
səriyyəti müxtəlif ekoloji amillərin təsirindən məhv olsa da, bir qismi uzun müd-
dət  yaşama  qabiliyyətini  saxlayaraq  yenidən  insanları  yoluxdurur  və  müvafiq 
xəstəliklər törədirlər.
  LAYİHƏ


49
Bakteriyaların sporları torpaq vasitəsilə yara nahiyə-
sinə daxil olaraq tetanus və qazlı qanqrena törədirlər. Bo-
tulizm  törədicisi  torpaqdan  tərəvəz  və  meyvələrə,  eləcə 
də müxtəlif qida məhsullarının tərkibinə keçməklə insanı 
yoluxdurur və xəstəlik törədir.
Bəzi  helmintlərin
*
  də  əsas  yaşayış  mühiti  torpaqdır. 
Yaşayış  məntəqələrinin,  məntəqələr  daxilində  müxtəlif 
obyektlərin  tikilməsi  üçün  torpaq  sahəsi  seçərkən,  eyni  zamanda  epidemioloji 
göstərişlər  olduqda  torpağın  sanitar-mikrobioloji  müayinəsi  aparılır.  Bu  zaman  
1 q torpaqda olan bakteriyaların, o cümlədən patogen mikroorqanizmlərin miq-
darı təyin edilir.
1.  Torpaqda olan mikroorqanizmlərin maddələr dövranında roluna dair məruzə 
hazırlayın.
2.  “Torpaq vasitəsilə yoluxan xəstəliklər və onların yoluxma mexanizmi” möv-
zusunda təqdimat hazırlayın.
3.  Torpağın qatlarını mikroorqanizmlərin miqdarının artma sırası ilə düzün. Se-
çiminizi əsaslandırın.
Yer kürəsini əhatə edən səhralaşma problemi milyonlarla hektar torpaq sahəsi-
nin yararsız hala düşməsinə səbəb olmuşdur. Afrika, Avstraliya, Mərkəzi Asiyanın 
müxtəlif təbii zonalarında səhralaşma çox ciddi problemə çevrilmişdir. Bütün dün-
yanı bürüyən bu problem respublikamızda da mövcuddur.
Azərbaycanda torpaqların eroziyası geniş yayılmışdır. Buna səbəb, əsasən, in-
sanların düzgün olmayan təsərrüfat fəaliyyətidir. Eroziya nəticəsində torpaq yuyu-
lub dağılır, münbitliyi azalır, yararsız hala düşür, mikroflorası dəyişkənliyə məruz 
qalır. Bu baxımdan da dünyada və ölkəmizdə torpaq eroziyasına qarşı müntəzəm 
mübarizə tədbirlərinin aparılması zəruridir.
T
a
5 m
b
10 m
c
15 m
d
20 m
e
25 m
Torpağın sanitar mikrobioloji müayinəsində:
• 1 q torpaqda olan bakteriyaların ümumi sayı;
• Sanitar göstərici mikroorqanizmlərin – bağırsaq çöplərinin miqdarı;
• 1 q torpaqda olan termofil* bakteriyalar;
• Epidemioloji göstərişlər olduqda patogen mikroorqanizmlər (salmonellalar*, 
tetanus və botulizmin törədiciləri, bəzi viruslar) təyin edilir.
  LAYİHƏ


50
 
12. Suyun mikroflorası
Su mənbələri müxtəlifdir. Mənbələr fərqli olduğu kimi, onların mikroflorası da 
fərqlidir. 

 
Müxtəlif su mənbələrdə mikroorqanizmlərin miqdarı necə dəyişə bilər? 

 
Bu dəyişkənliyin baş verməsinə səbəb nədir?
İçdiyiniz suda canlı varmı? Su damcısında nə gördünüz?
● Təmiz stəkan götürün və ona içməli su tökün. Sonra stəkandakı sudan pipet 
vasitəsilə  bir  neçə  damcı  götürərək  steril  əşya  şüşəsinin  üzərinə  damızdırın. 
Steril örtük şüşəni götürüb damcıların üzərini örtün. Preparatı mikroskop altın-
da müşahidə edin.
● Pipet vasitəsilə gölməçə suyu götürüb yuxarıdakı üsulla təcrübə apararaq on-
lara orta böyütmə ilə zəif işıqlanmada baxın. 
 Akvarium varsa, oradan bir neçə damcı 
su götürərək təcrübəni təkrarlayın. Müşahi-
də edin və suları müqayisə edin. 
(Əgər qış fəslidirsə, qardan və ya buzdan 
da istifadə edə bilərsiniz. Buz əriyən zaman 
tərkibi gölməçə suyundan fərqlənmir.)
Tə bii su mən bə lə ri öz-özü nü tən zim lə mə xü su siy yə ti nə ma lik dir. Bu pro ses 
müxtəlif fi zi ki, kim yə vi və bi olo ji amil lər dən ası lı dır. Tən zim lə mə nin get mə si nə 
bax ma ya raq, su höv zə lə ri bir çox mik ro or qa nizm lər üçün əsl ya şa yış mü hi ti olur. 
Bun la rın içə ri sin də tor paq mik ro or qa nizm lə ri nə, ba ğır saq mik rofl o ra sı nın nü ma-
yən də lə ri nə  rast  gə li nir.  Bə zi  ba ğır saq  mik ro or qa nizm lə ri  (en te ro kok lar
*
)  su da 
fə aliy yət lə ri ni bir ne çə gün sax la dı qları hal da, bə zi lə ri isə həf tə lər və ay lar la da-
vam et di rir lər. Buna görə də suda olan mikroorqanizmlərin növlərinə və miqda-
rına əsasən su yun çirklənmə dərəcəsini tə yin et mək mümkündür. 
Açıq  su  höv zə lə rin də  (də niz lər,  göl lər,  çay lar)  tor paq  mik ro or qa nizm lə ri nə  
daha çox rast gə li nir.
Ya şa yış mən tə qə lə ri əra zi sin də olan axar çay la rın su yun da, in sa nın ba ğır saq 
mik rofl o ra sının növlərinə da ha çox rast gə li nir. Yaşayış əra zi lər indən uzaq laş dıq-
ca özü nütən zim lə mə pro se si nə ti cə sin də onların say la rı aza lır. Öz-özü nü tən zim-
lə mə nə ti cə sin də suda sap ro fit mik ro or qa nizm lə rinin miq da rı da tən zim lə nir.
Tən zim lən mə nin baş lı ca sə bə bi su höv zə lə rin də olan iri his sə cik lə rin çök mə-
si dir. Şəf faf su Günəş şü ala rı nı yax şı ke çir di yin dən ora da kı mik ro or qa nizm lə rin 
bir qismi məhv olur və on la rın sa yı azalır.
F
M
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə