Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə20/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

75
 21. Seleksiyanın metodları
Seleksiya  sahəsində  aparılan  işlərin  təsərrüfat  əhəmiyyəti  çox  böyükdür.  Az 
məhsuldar formaların məhsuldarlıqlarının artırılması seleksiyanın əsas məqsədlə-
rindəndir. Dünya əhalisinin sayı sürətlə artır. Onların gündən-günə artan tələbat-
larını ödəmək üçün seleksiya işinin müvəffəqiyyətlə aparılması vacibdir. Bunun 
üçün seleksiya metodlarından düzgün istifadə edilməlidir. 
► 
Seleksiyanın hansı metodları vardır?
► 
Sort və cinslərin alınması zamanı hansı ardıcıl proseslər həyata keçirilir?
M
Şəkildə verilmiş heyvanları (I, II) məhsuldarlığına görə qruplaşdırın və onların 
alınmasında istifadə olunan metodları müəyyənləşdirin. 
F
I
II
a)
a)
c)
b)
b)
d)
d)
c)
  LAYİHƏ


76
Seleksiyada əsas metodlar seçmə və hibridləşdirmədir. Bu metodlar əsasında digər 
metodlar formalaşır. Seçmə apararkən başlanğıc formaların çox müxtəlif olmasına fi-
kir verilir. Heyvanlarda bu, eksteryer əlamətlərə görə müəyyənləşdirilir. “Eksteryer
*
” 
heyvanların xarici bədən quruluşu, bədən hissələrinin nisbəti, zahiri əlamətlərin cəmidir.
Seleksiya metodlarının tətbiqi nəticəsində alınan at cinsləri
Kütləvi
Nəslin geno-
tipi nəzərə 
alınmır.
Fərdi
Nəslin geno-
tipi nəzərə 
alınır.
Qohum çarpazlaşdırma
Bitkilərdə öz-özünə tozlan-
ma, heyvanlarda inbridinq
*
 
əlamətlərin möhkəmlən-
məsi məqsədilə aparılır, saf 
xətlər yaranır.
Qohum olmayan çarpaz-
laşdırma
Müxtəlif cinslər və sort-
lar, o cümlədən müxtəlif 
növlər arasında aparılır. 
Bu zaman yeni əlamətlər 
üzə çıxır.
Hibridləşdirmə
Metodiki seçmə
Seleksiya işlərinin əsas üsulları (metodları)
Qarabağ atı – Azərbaycanın Qarabağ ərazisində yaradılmış dağ-minik at cin-
sidir. XVII–XVIII əsrlərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdiril-
miş, Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Hal-hazırda Azərbaycan 
Respublikasında milli at cinsidir və bizim milli sərvətimizdir.
Ərəb atı
Orlov atı
Vladimir atı
Qarabağ atı
  LAYİHƏ


77
Alma bitkisinin yabanı forması və ondan alınan poliploid formalarda meyvələr
Fərdi seçmə nəticəsində alınan fərdlərdə mutasiyaların toplanma ehtimalı aza-
lır. Səbəbini izah edin. 
F
Qo hum ol ma yan çar paz laş dırma yük sək məh-
sul dar lıq lı fərd lər (he te ro zis) əl də et mək üçün saf 
xət lər ara sın da apa rı lır. Bu növ da xi li, növ lə ra ra sı 
və cins lə ra ra sı çar paz laşdır ma dır.
Kal mık-Cer sey  –  qa ra mal,  Berk şir-As ka ni ya  –  
do nuz,  As ka ni ya  ra m bul ye si  –  me ri nos  qo yun 
cins lə ri  nö v da xi li  çar paz laş dırma   nəticəsində  alı-
nan  cinslərə  misaldır.  Burada  növdaxili  saf  xətlər 
alınmış və xətlərarası hibridləşdirmə aparılmışdır.
Müxtəlif  növ lə rin  və  cins lə rin  ara sın da  apa rı lan  çar paz-
laş dırma uzaq hib rid ləş dirmə ad la nır. Hey van lar da uzaq hib-
rid ləş dirmə za ma nı he te ro zis effek ti nə ma lik, əsa sən, döl süz 
for ma lar  alı nır.  Bit ki lər də  də  yük sək  dərəcədə  məh sul dar, 
mü hit amil lə ri nə dö züm lü for ma lar döl süz olur. La kin bit ki-
lər də xro mo som dəst lə ri ni iki, üç, dörd və s. də fə ar tır maq la 
döl süz lü yü  ara dan  qal dır maq  müm kün dür.  Bu  üsul  Georgi 
Dmitriyeviç Kar pe çen ko tə rə fin dən (1924-cü il də) tət biq edil-
miş dir. Kar pe çen ko turp və kə ləm bit ki lə ri nin hib ridləşdirməsi 
zamanı xro mo som dəst lə ri ni iki də fə ar tır maq la döl süz lü yü ara dan qal dır mış dır. 
Xro mo som dəst lə ri nin bu cür ar tı rıl ma sı yo lu ilə alı nan fərd lər po lip lo id lər 
ad la nır. Po lip lo id li yə, əsa sən, bit ki lər də tə sa düf edi lir. Po lip lo id  formalarda bit-
ki lə rin məh sul dar lı ğı ar tır. Mə də ni bit ki lə rin ək sə riy yə ti po lip lo id dir. Bu bit ki-
lə rin  ya ba nı  əc dad la rı  dip lo id  xro mo som  dəs ti nə  ma lik   olduqlarından  onların 
məhsuldarlığı aşağı olur . 
Askaniya rambulyesi – 
 merinos qoyun cinsləri
Turp və kələmin 
hibridi
Seleksiya sahəsində aparılan işlər zamanı metodiki seçmənin fərdi və kütləvi 
seçmə formalarından istifadə olunur. Kütləvi seçmə çarpaz tozlanan bitkilərdə tət-
biq edilir və heteroziqot genotipli fərdlər alınır. Fərdi seçmə heyvanlarda və öz-ö-
zünə tozlanan bitkilərdə tətbiq edilir. Alınan fərdlərdə homoziqot genotipli fərdlə-
rin sayı artır. Arzu olunan əlamətə malik olanlar seçilir, digərləri isə çıxdaş edilir. 
Bu yolla saf xətlər alınır. Heyvandarlıqda saf xətlər almaq üçün yaxın qohum çar-
pazlaşdırmasından (valideynlə balalar və ya eyni valideynin balaları) istifadə olu-
nur.  Saf  xətlərarası  çarpazlaşdırma  yüksək  məhsuldar  və  mühit  amillərinə  qarşı 
dözümlü  fərdlərin  alınması  ilə  nəticələnir.  Belə  hibridlərdə  göstərilən  əlamətlər 
nəsildən-nəslə keçdikcə zəifləyir.
  LAYİHƏ


78
1.  Uzaq  hibridləşdirmə  nəticəsində  alınan  bitkilərin  dölsüzlüyünün  səbəbini 
izah etmək üçün araşdırma aparın və nəticəni məruzə şəklində təqdim edin.
2.  Müxtəlif mənbələrə istinadən “Bitkilərdə və heyvanlarda poliploidlik” möv-
zusunda referat hazırlayın.
3. Bitki və heyvan seleksiyasını müqayisə edin. 
4.  Xromosom dəsti tetraploid (4n) olan bitki heksaploid (6n) bitki tozcuğu ilə 
tozlanmışdır. Alınan hibridin endosperm hüceyrəsinin xromosom dəsti neçə 
olar? 
5.  Tetraploid bitkinin yarpaq hüceyrəsinin xromosom yığımı 24-dür. Bu bitkini 
kök hüceyrələrində xromosom yığımı 42 olan bitki tozcuğu ilə tozlandırsaq, 
alınan hibridin endosperm hüceyrəsinin xromosom dəsti neçə olar? 
T
Bitkilərdə həyata keçirilən uzaq hibridləşdirmə
buğda + çovdar
tritikale
çoxillik buğda
turp + kələm
buğda + ayrıqotu
Heyvanlarda həyata keçirilən uzaq hibridləşdirmə
birgüvənli dəvə
+ ikigüvənli 
dəvə
merinos
*
 + arxar
*
arxaromerinos
at + eşşək
yak + iribuy-
nuzlu qaramal ağbalıq + cökə
qatır
qaytaq
bester
Uzaq hibridləşdirmə nəticəsində alınan bu fərdlər dölsüz olmaqla bərabər, yük-
sək həyatilik qabiliyyətinə malik, mühit amillərinə qarşı dözümlü olurlar. 
Respublikamızda qiymətli tut bit ki si nin po lip lo id for ma la rı İlyas Kərim oğlu 
Ab dul la yev tə rə fin dən alın mış dır. 
Ölkəmizdə mədəni bitkilərin alimlərimiz tərəfindən yetişdirilmiş bir çox po-
liploid formaları var.
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə