Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə21/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

79
Seleksiyanın əsas məqsədinin xəstəliklərə, əlverişsiz mühit şəraitinə dözüm-
lü, yüksək məhsuldar cins və sortların alınması olduğu sizə məlumdur. 
► 
Yeni alınmış cins və sortlar mühit şəraitinə necə uyğunlaşırlar?
► 
Əgər uyğunlaşmışlarsa, seleksiya işi hansı istiqamətdə aparılmalıdır? 
► 
Bu sahədə seleksiyaçı alimlər nə kimi tədbirlər görürlər?
 22.  Dominantlığın idarə edilməsi. 
Seleksiyanın digər nailiyyətləri
Aşağıdakı sxemi nəzərdən keçirin. Sxemdə yeni olan halqanı müəyyənləşdi-
rin. Araşdırma  nəticəsində  həmin  halqada  göstərilən  proses  haqqında  məlumat 
toplayıb təqdim edin.
F
seleksiya metodları
mentor
süni seçmə
əhliləşdirmə
hibridləşdirmə
Orqanizmin fenotipi genotip və mühit şəraitindən asılıdır. Ona görə də mühit 
şəraitini dəyişməklə orqanizmləri və onun 
xüsusiyyətlərini  dəyişmək  mümkündür. 
Bitki seleksiyasında böyük əməyi olan rus 
seleksiyaçı alimi İ.V.Mi çurin bitkilərin se-
leksiyası ilə məşğul olarkən iqlimə uyğun-
laşdırmada  qarşılaşdığı  çətinliyi  bu  xüsu-
siyyəti  nəzərə  alaraq  aradan  qaldırdı.  O, 
cənub  sortlarını  soyuğadavamlı  bitkilərlə 
çarpazlaşdırarkən  belə  qənaətə  gəldi  ki, 
hibridin əlaməti xarici mühitdən yalnız inki-
şafın ilk mərhələsində asılı olur. Hibridlərdə 
elə əlamətlər dominantlıq edir ki, onlar ətraf 
M
Miçurinin süni seçmə yolu 
ilə aldığı Qış beresi 
armud sortu
Yabanı Ussuriya 
cır armudu
(şimal növü)
Qış beresi
Fransız armudu 
Bere Royal
(cənub sortu)


x
  LAYİHƏ


80
mühitdə öz inkişafı üçün əlverişli şəraitə rast gəlirlər. İ.V.Miçurin hibridin inkişa-
fının ilk dövrlərində dominant əlamətlərin idarə edilməsinin mümkün olması fik-
rini irəli sürdü. 
Alim cənub bitki sortlarının soyuğadavamlılığını artırmaq üçün seleksiya me-
todlarına  hibridlərin  tərbiyələndirilməsi  (mentor)  metodunu  da  əlavə  etdi.  Da-
vamlılığı artırmaq məqsədilə aldığı hibriddən həm calaqaltı, həm də calaqüstü kimi 
istifadə etdi. Bu zaman istifadə olunan ikinci bitki soyuğadavamlı olurdu. Çarpaz-
laşma nəticəsində yeni alınan bitki sortunda həm məhsuldarlıq, həm də soyuğada-
vamlılıq əlaməti birləşirdi. 
Seleksiyanın nailiyyətləri
Əlverişsiz mühit amillərinə dözümlü heterozis effektinə malik yüksək məhsul-
dar bitki sortlarının və heyvan cinslərinin alınması istiqamətində Azərbaycan və di-
gər ölkələrin alimləri xeyli işlər görmüşlər. 
Bitki seleksiyasında əldə olunmuş nailiyyətlər:
Fəsilə
Alınan bitki
Seleksiyaçı alim
Xaççiçəklilər
Turp + kələm
G.D.Karpeçenko
Gülçiçəklilər
Meyvə bitkiləri
İ.V.Miçurin
Taxıllar
Payızlıq buğda
V.N.Remeslo
Yazlıq buğda
A.P.Şexurdin, V.N.Mamontova
Buğda + ayrıqotu
N.V.Sitsin
Buğda sortları
P.P.Lukyanenko
Qarğıdalı sortları
M.İ.Xaçinov
Mürəkkəbçiçəklilər
Günəbaxan sortu
V.S.Pustovoyt
Döllü kələm-turp hibridinin alınması
18T
kələmin 
diploid dəsti
18K + 18T
kələm-turp 
hibridi
9K + 9T
dölsüz kələm-turp 
hibridi
18K
turpun 
diploid dəsti
  LAYİHƏ


81
Heyvan seleksiyasında əldə olunmuş nailiyyətlər:
Alınan heyvan cinsi
Seleksiyaçı alim
Arxaromerinos
Y.Y.Lusis, Nikolay Savviç Butarin
Ropşa-karp balıq cinsi
V.S.Kirpiçnikov
Tut ipəkqurdu (poliploid)
Boris Lvoviç Astaurov
Ukrayna ağ səhra donu zu və zərif yunlu 
Askaniya rambulyesi qoyun cinsləri
Mixail Fyodoroviç İvanov
Məhsuldar cinslər almaq üçün seleksiyaçının qarşısında bir çox məqsədlər qo-
yulur.
1.  İ.V.Miçurin ömrünün 30 ilini Sibirdə cənub sortlarının yetişdirilməsinə sərf 
etmiş, ancaq onun işləri nəticəsiz qalmışdır. Cənub sortlarının toxmacları so-
yuğa davam gətirməyərək məhv olmuşlar. Bunun səbəbini izah edin.  
2.  “Azərbaycanda üzüm sortları” haqqında araşdırma aparın və məruzə hazırlayın.
3. “Azərbaycan seleksiyaçılarının nailiyyətləri” mövzusunda təqdimat hazırlayın.
Məqsədlərin həyata keçirilməsi zamanı seleksiyaçı alimlər genetika elminin qa-
nunlarına əsaslanırlar. Bunun nəticəsidir ki, son zamanlar seleksiyaçılar yeni-yeni na-
iliyyətlər əldə edirlər.
MƏQSƏDLƏR
Ya ra dı lan cins lə-
rin məh sul dar lı ğı 
ilə ya na şı, seç mə 
apa rı lan tə bii zo-
na nın mü hi ti nə 
uy ğun laş ma sı
Hey van la rın məh sul dar lıq 
gös tə ri ci lə ri nin, mə sə lən
süd də yağ lı lıq də rə cə si-
nin, to yuq lar da yu mur ta-
ver mə qa bi liy yə ti nin, xəz-
də ri li hey van la rın xə zi nin 
key fiy yə ti nin ar tı rıl ma sı
İribuy nuz lu hey van-
lar da ət və süd məh-
sul dar lı ğı nın er kən 
yaş dövr lə rin də də ar-
tı rıl ma sı, qo yun lar da 
ət və yun məh sul dar-
lı ğı nın yük səl dil mə si
Xəstəliklərə 
qarşı daha 
dözümlü 
cinslər ya-
radılması
Azərbaycan seleksiyaçılarının nailiyyətləri

Alim
Bitki və heyvanlar
Alınan bitki və sortlar
1 İ.D.Mustafayev
buğda
“Kürgənə”, “Bol buğda”, “Bol arpa”
2 Ə.M.Quliyev
qarğıdalı
yonca
pambıq
“Azərbaycan-3”
“Asxi-1”
“Qələbə-3”, “Ağdaş-3”
3 C.Ə.Əliyev
buğda
“Qaraqılçıq-2”, “Vüqar-80”, 
“Əlincə-84”, “Bərəkətli-95”, 
“Azəri”, “Əkinçi-84”, “Tərtər”
4 A.Ə.Ağabəyli
camış
“Qafqaz camış cinsi”
5 F.Ə.Məlikov, M.H.Sadıxov, 
V.Q.Smaraqdov
qoyun
“Azərbaycan dağ merinosu”
6 R.A.Hüseynov, 
A.Mustafazadə
ipəkqurdu
“Azərbaycan”, “Şəki-1”, “Şəki-2”, 
“Azad”, “Gəncə”, “Atlas”
T
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə