Dərslik layiHƏ 4 MÜNDƏRİcat


  HƏRƏKƏT ZAMANI YER SƏTHİNDƏ



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə31/53
tarix22.05.2018
ölçüsü3,72 Kb.
#45617
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   53

116
21.  HƏRƏKƏT ZAMANI YER SƏTHİNDƏ 
XƏRİTƏLƏRDƏN İSTİFADƏ
Hərəkət zamanı istiqamətin saxlanması əsasən xəritə üzrə səmt lən məyə 
hazırlıqdan asılıdır.
Sizcə, Yer səthində hərəkətə hazırlıq və hərəkət zamanı xəritə la  zım dırmı?
Yer səthində hərəkətə hazırlıq zamanı və hərəkətdə olarkən aşağıdakı təd­
birlər həyata keçirilməli və qaydalara əməl olunmalıdır:
Yol boyu hərəkət zamanı əvvəlcədən xəritə üzrə hərəkət marşrutu və marşrut 
boyu  yolların  xarakteristikası,  yol  boyu  qurğular,  yol  ətrafındakı  ori yen­
tirlər, cəhətlərə uyğun olaraq ümumi istiqamət, özünün və düşmənin yer­
ləşdiyi vəziyyət öyrənilir. 
Bundan  sonra  marşrut  boyu  yoxlama  məqsədilə  əsas  oriyentirlər  qeyd 
edilir. Bu halda dağılma təhlükəsi az olan obyektlər: yaşayış məntəqələri, yol 
kəsişmələri, daşdan tikililər, relyefin xarakterik formaları seçilməlidir. Oriyentir­
lərin  seçilməsi  ilə  yanaşı,  onların  arasındakı  məsafələr  ölçülür  və  qeyd  edilir. 
Sonra  marşrut  boyu  ümumi  məsafə  hesablanır.  Marşrutun  seçilməsində  ən 
vacib işlərdən biri yol kəsişmələrinə diqqət yetirməkdir ki, bu da hərəkət zamanı 
istiqamətin düzgün seçilməsinə şərait yaradır. Hərəkət zamanı müntəzəm ola­
raq oriyentirlərin düzgünlüyü – ardıcıllığı yoxlanılır. Meşədə və oriyentiri az olan 
ərazilərdə vaxtı qeyd etməklə hərəkət sürətinə görə olduğun yeri təyin etmək 
olar.
Yolsuzluq  şəraitində  hərəkət  edərkən  əvvəlcə  xəritədə  marşrutu  qeyd  edib 
əsas döngələri işarələyir və oriyentirləri seçirlər. Bu halda üstünlük düz­
xətli  oriyentirlərə  verilir.  Məsələn,  rabitə  xətləri,  xəndəklər,  meşə  kənarı 
və s. rəngli karandaşla marşrut cızılır və oriyentirlər qeyd edilir. Oriyen tir­
lərin az olduğu, görünmənin məhdud olduğu sahələrdə azimutla hərəkət 
etmək olar. Hərəkət zamanı oriyentirlər tez­tez yer səthi ilə tutuşdurulur 
və daima xəritə göz önündə olmalıdır.
Qapalı  ərazidə  meşədə  hərəkət  edərkən  kompasdan  istifadə  edilir,  yəni 
azimutlar üzrə hərəkət xəritədə hazırlanır. Bu zaman meşə yol ları, tala­
lar, relyefin xarakterik formaları, göllər və s. istifadə oluna bilər. Hərə kət 
zamanı ölçmə işləri aparılır və məsafələr qeyd edilir. 
  LAYİHƏ


117
Gecə zamanı hərəkət edərkən oriyentirlər bir­birinə yaxın məsafədə seçilir və 
yaxşı  görünməlidirlər,  yəni  qaranlıqda  onları  seçmək  mümkün  olmalıdır 
(xırda təpələr seçilməlidir). Gecə zamanı hərəkətdə, yolsuzluq şəraitində, 
adətən, azi mutlarla hərəkət edilir. Oriyentir kimi göy cisimləri (ay, ulduzlar) 
müşahidə  olunur.  Xəritə  fanar  və  ya  kibritlə  işıqlandırılır  (bir  şərtlə  ki, 
düşmən işığı görməsin). 
Xəritə üzrə 
hərəkət 
zamanı 
mar şrutun 
seçilməsi 
əyani olaraq 
göstərilib
  LAYİHƏ


118
Avtomobillə  hərəkət  za  manı  maşının  keçə  biləcəyi  marşrut  seçilir.  Avto mo­
billdən  müşahidə  zamanı  görünmə  sa  həsi  məhdudlaşdığı  üçün  mün tə­
zəm  olaraq  müşahidə  aparılır.  Bəzi  hallarda  hərəkəti  yoxlamaq  məq­
sədilə kompas tətbiq edilir. 
Taqım  komandiri  yer  səthində  Poladlı  –  meşəbəyinin  evi  –  hərbi  hissə  – 
bulaq – kurqan – dayaz keçid – körpü üzrə marşrutu seçmişdir. Marşrut meşə­
nin  kənarı  ilə,  sonra  meşədən  keçdiyi  üçün  azimutla  hərəkət  nəzərdə  tutul­
muşdur.  Son rakı  marşrutda  isə  bulaq,  meşəcik  (solda),  yel  də yirmanı  (solda) 
oriyentirləri mövcuddur. Bütün mar şrut boyu oriyentirlər rəngli karan daşla qeyd 
edilmişdir.  Topoqrafik  xəritə  üzrə  hərəkət  zamanı  istənilən  istiqa mətdə  mar­
şrutun  seçil məsi  mümkün dür  və  bütün  hallarda  komandir  xəritədən  istifadə 
etməyi bacar malıdır.
Qafqazda hərbi topoqrafiya üzrə general­mayor ali 
hərbi rütbəyə layiq görülən yeganə şəxsiyyət.
Topoqraf­general  İbrahim  ağa  Vəkilov  Zaqafqa­
ziyada  yeganədir­nə  özündən  əvvəl  və  sonra,  nə  də 
müasirləri arasında bu sahə üzrə belə ali hərbi rütbəli 
mütəxəssis olmayıb.
Şəmistan Nəzirli
1.  Sizcə, xəritə üzrə hərəkət marşrutunu əvvəlcədən öyrənərkən nələrə 
diqqət yetirmək lazımdır? Fikrinizi əsaslandırın.
2.  Azimutlar üzrə hərəkəti xəritədə hazırlayın. 
3.  Gecə vaxtı hərəkət edərkən oriyentirlərin bir­birinə yaxın seçil mə­
sini necə əsaslandırardınız?
4.  Xəritə  üzrə  hərəkət  zamanı  marşrutun  hazırlanmasını  praktiki 
olaraq yerinə yetirin. 
5.  Xəritə üzrə hərəkət etmək üçün özünüzü hazır hesab edirsinizmi?
Sual və tapşırıqlar
  LAYİHƏ


119
Mülki müdafiə
22. MÜLKİ MÜDAFİƏNİN VƏZİFƏLƏRİ VƏ TƏŞKİLİ
Mülki  müdafiə  –  əhalini  və  xalq  təsərrüfatını  qəzaların,  təbii  fəlakətlərin 
nəticələrindən,  habelə  müasir  qırğın  vasitələrindən  mühafizə  etmək  məqsə­
dilə sülh və müharibə dövrlərində həyata keçirilən təd birlərdən biridir.
Sizcə, mülki müdafiənin təşkilində əhalinin rolu nədən ibarətdir?
Müasir silah və döyüş texnikalarının tətbiq olunduğu müharibələrdə ölkənin 
bütün ərazisi havadan basqına, sənaye, kənd təsərrüfatı obyektləri, energetika 
və nəqliyyat müəssisələri düşmən zərbəsinə məruz qala bilər. 
Sülh dövründə mülki müdafiə işləri az deyil. Elmi­texniki tərəqqinin sürətlən­
məsi ilə əlaqədar olaraq istehsalatda texnika və texnoloji proseslər durmadan 
mürəkkəbləşir. Xalq təsərrüfatında zəhərlənmə, yanğın, partlayış təhlükəsi olan 
müəssisələrin  sayı  artır.  Belə  müəssisələrdə  mürəkkəb  texnoloji  proseslər 
bəzən  işçinin  nəzarəti  altından  çıxır,  nəticədə  insanlar  üçün  təhlükə  yaranır. 
Çernobıl, Fukusima Atom­Elektrik Stansiyaları, magistral qaz kəmər ləri, eləcə 
də  digər  obyektlərdə  baş  vermiş  qəza  və  fəlakətlər  bunu  bir  daha  isbat  edir. 
Müxtəlif təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün tələb olunan işlər 
də mülki müdafiənin vəzifələrində öz əksini tapmışdır.
Bunları aşağıdakı əsas qruplara ayırmaq olar: 
Əhalinin 
mühafizəsinin 
təşkili
İdarə və 
müəssisələrdə 
fasiləsiz fəaliyyətin 
təmin edilməsi 
məqsədilə görülən 
tədbirlər
Qəzaların və 
təbii fəlakətlərin 
nəticələrinin aradan 
qaldırılması
İdarə və müəssisələrdə mülki müdafiənin təşkili
Sənaye müəssisələri, idarə, təşkilat və tədris ocaqları mülki müdafiə işləri­
nin  icra  edilməsində  mühüm  rol  oynayır.  Mülki  müdafiənin  bütün  vəzifələri 
praktiki olaraq məhz bu yerlərdə həyata keçirilir.
  LAYİHƏ


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə