103
Qılıncla tankların üzərinə hücum
Xeyr, bu bir əfsanə deyil. Suvarilərin
tankların üzərinə hücumu 1 sentyabr
1939cu ildə Vermaxtın “Polşa kam
pa niyası” zamanı Kroyantama yaxınlı
ğın da baş vermişdir. Almanların tank
korpusunun hücumunun qarşısını al
maq üçün polşalı suvarilər qılınc və
nizələrlə tankların üzərinə atılmışlar.
Suvarilər bu döyüşdə çoxlu itki ver sə
lər də, almanların hücumunu müvəq
qəti də olsa, dayandıra biliblər.
Tank səngərə yaxınlaşdıqda əsgər
onun 25–30 m məsafəyə qədər yaxın
laşmasını gözləyir, ölü zonadan tank
əleyhinə qumbaranı tanka atır. Bu zaman
tank vurul mazsa və hərəkəti davam
etdirərsə, əsgər səngərin dibinə yatır.
Tank keçən kimi cəld qalxır və onu zəif
yerlərindən məhv edir. Vurulmuş tankın
heyəti tankı tərk etməyə cəhd göstə
rərsə, avtomatın atəşi ilə məhv edilir.
1. Tankların I Dünya müharibəsində tətbiqi haqqında təqdimat hazırlayın.
2. Müşahidə cihazlarını əlaltı vasitə ilə örtdükdə tankın “kor” olmasını
necə başa düşürsünüz?
3. Tanklarla mübarizədə motoatıcı taqımın tərkibində hansı vəzifədə
olmaq istərdiniz? Fikrinizi əsaslandırın.
4. Sizcə, РКГ3 kumulyativ əl qumbarasının partlama anında əmələ
gələn zərbə dalğasından necə qorunmaq olar?
5. Tank vurulmayıbsa və hərəkəti davam etdirirsə, hərbçi səngərin
dibinə yatır, tank keçən kimi cəld qalxır və onu zəif yerlərindən məhv edir.
Onun “kor” edilərək ələ keçirilməsi barədə nə düşünürsünüz?
6. Tankçı qəhrəmanlar haqqında təqdimat hazırlayın.
7. Tankların inkişafını və onlarla mübarizəni fizika fənnindən öy
rəndiyiniz hansı qanunla müqayisə edərdiniz? (Fikrinizi əsaslandırın.)
Sual və tapşırıqlar
LAYİHƏ
104
Hərbi topoqrafiya
19. TOPOQRAFİK XƏRİTƏLƏRİN OXUNMASI
Yer səthinin xəritə və planlarının meydana gəlməsinin tarixi çox qə dimdir.
Yer səthində kəşfiyyatın aparılması, döyüş əməliyyatlarının plan laşdırılması
və idarə olunmasını topoqrafik xəritələrsiz təsəvvür etmək mümkün deyil. Bu
xəritələrdə Yerin fiziki səthi və orada olan bütün obyektlər eyni dərəcədə
təsvir edilir. Təsvirin mükəmməlliyi, dolğunluğu xəritənin miqyasından asılıdır.
Sizcə, döyüş əməliyyatlarının planlaşdırılmasında topoqrafik xəri tələrin rolu
nədən ibarətdir?
Böyük miqyaslı
xəritə lər
əsasən Yer səthi nin mü
kəmməl öyrənilmə sində,
dəqiq hesablama və ölçmə
işlərinin apa rılmasında,
artilleriyada atəş hazırlı
ğında,
hərbi mühəndis
qurğularının həcminin
öyrənilmə sin də, hərbi
tapşırıqla rın yerinə yeti
rilməsində tət biq edilir.
Orta miqyaslı topoq
ra fik xəritələr əsa
sən hərbi marşlarda,
düş mənin izlənmə
sində,
yer səthində
səmtlən mədə tətbiq
edilir.
Kiçik miqyaslı
topoq ra fik xəritələr
hərbi qə rar gahlarda,
aviasiyanın havada
səmtlənmə sin də və
digər
xüsusi
məsələlərin həllində
is tifadə edilir.
Taktiki xəritələr
Böyük miqyaslı –
1:25000, 1:50000
Əməliyyat xəritələri
Orta miqyaslı –
1:100000, 1:200000
Strateji xəritələr
Kiçik miqyaslı –
1:500000, 1:1000000
Hərbi əməliyyatlarda tətbiq edilən xəritələr
miqyasına görə aşağıdakı qruplara bölünür:
LAYİHƏ
105
Topoqrafik xəritələrin məzmunu
Topoqrafik xəritələrin məzmununa təbii və sosialiqtisadi elementlər aiddir.
Təbii elementlərə һidroqrafiya obyektləri, relyef, bitki örtüyü və qrunt; sosial
iqtisadi elementlərə isə yaşayış məntəqələri, yollar və rabitə vasitələri, siyasi
inzibati elementlər, iqtisadi və mədəni obyektlər aiddir.
Hidroqrafik obyektlərə
dənizlər, göllər, su anbarları, çaylar, kanallar, su
quyuları və bulaqlar aiddir. Topoqrafik xəritələrdə bu obyektlər mavi və göy
rəngin müxtəlif tonları (çalarları ilə) təsvir olunur. Topoqrafik xəritələrdə çayların
bir sıra göstəriciləri, çayın eni, keçidlər (dərinliyi ilə), çayın dibində qruntun
xüsusiyyəti və s. şərti işarələrlə, yazılarla təsvir olunur.
Relyeflə һidroqrafiya
arasında bilavasitə əlaqə və qarşılıqlı asılılıq vardır.
Ona görə də topoqrafik xəritələrin tərtibi zamanı göstərilən əlaqə və asılılıq
nəzərdən qaçmamalıdır.
Bitki örtüyünə
һəm təbii (meşələr, kolluqlar, örüşlər, çəmənliklər, bataq
lıqlar və s.), һəm də mədəni (bağlar, tarlalar, üzümlüklər və s.) aiddir.
Qrunta
qumluqlar, çınqıllıqlar, gilli və daşlı sətһlər, iri monolit süxur ların
sətһə çıxdığı saһələr, şoranlıqlar və s. aiddir.
Topoqrafik xəritələrin şərti işarələri
Topoqrafik xəritələrin şərti işarələri ayrıayrı miqyaslar üzrə xüsusi kitablar
şəklində nəşr olunur.
Topoqrafik plan və xəritələrin şərti işarələri çoxdur, miqyasdan asılı olaraq
onların sayı dəyişir. Məsələn, 1:10000, 1:25000, 1:50000 və 1:100000 miq yaslı
topoqrafik xəritələrdə 350yə qədər qrafik şərti işarə və 400dən çox ixtisar edil
miş izaһedici yazılar tətbiq edilir. Şərti işarələri yadda saxlamaq, birbirindən fərq
ləndirmək, onların köməyi ilə xəritə və planları oxumaq o qədər də çətin deyil.
Topoqrafik şərti işarələr konturlu (saһəvi), xətti, miqyassız və izaһedici olur.
Konturlu (saһəvi) şərti işarələr
forma və ölçüləri xəritənin miqyasına
əsasən göstərilə bilən obyektləri təsvir etmək üçün işlədilir. Bu işarələr xəritə
üzrə müəyyən saһəni tutduğuna görə bəzən
sahəvi şərti işarə də adlanırlar.
Meşə, bağ, pambıq tarlası, çəmənlik, göl və s. kimi obyektlərin xəritədə kon
turları təsvir olunur, sonra isə konturların daxilinə işarələr düzülür. Bu işarələr
bəzən təsvir edilən obyekti (qamışlıq, üzümlük və s.) xatırladır, bəzən isə sadə
һəndəsi formada (məsələn, kolluqları təsvir edən kiçik dairəciklər, daşları təsvir
edən üçbucaqlar və s.) olur.
Xətti şərti işarələr
yer sətһində ensiz, dar zolaq şəklində uzanan müxtəlif
obyektləri (yolları, çayları, kanalları və s.) və xətləri (zonanın, rayo nun sərһəd
ləri və s.) təsvir etmək üçün işlədilir. Zolaq şəkilli obyektlərin eni xəritənin
miqyasından asılı olaraq bəzən miqyas üzrə, bəzən isə miqyassız təsvir olunur.
LAYİHƏ